Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3083/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X5 və Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası 08.0*.*94*-ci il təvəllüdlü X9 xx.xx.2024-cü ildə Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev **, mənzil ** ünvanında vəfat etməsi ilə bağlı ölümünün qeyd edilmə faktının müəyyən edilməsi və onun adına 6 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, mərhum atası 08.0*.*94*-ci il təvəllüdlü X9 xx.xx.2024-cü ildə Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev **, mənzil ** ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 onun atasıdır. Atası Sədri 08.0*.*94*ci ildə Ermənistan Respublikasının Axtı rayonu Qorqulu kəndində anadan olmuşdur. Bakı şəhərində atası X*2 rayonu Əmircan qəsəbəsi Balandin küçəsi ev *0, mənzil 3-də qeydiyyatda olsa da, faktiki anası və onunla birgə Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev **, mənzil ** ünvanında yaşamışdır. X*5 xx.xx.2024-cü ildə yaşadıqları ünvanında 83 yaşında ilə vəfat etmişdir. Atası ölən günə kimi hər hansı bir xəstəlikdən əziyyət çəkməmiş və sağlam bir insan olmuşdur. Dünyasını dəyişməmişdən 3(üç) gün əvvəl birdən-birə o, özünü pis hiss etməyə başlamışdı. Bunu görən kimi o, dərhal *03 xidmətini yığaraq yaşadıqları ünvana təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım həkimləri gəldikdən sonra həkimlər atasını müayinə etmiş və lazım olan tibbi yardımı etmişlər. Həkimlər atasını müayinə edib ona tibbi yardım göstərdikdən sonra atasının düşdüyü vəziyyət onun yaşlı olması ilə bağlı olduğunu bildirmişlər. Təcili tibbi yardım işçiləri getdikdən sonra o, atasının düşdüyü vəziyyət barədə sahə həkiminə də məlumat vermişdir. Sahə həkimi də gəlib atasına baxmış və lazım olan müalicəni yazmışdır. Daha sonra onlar yazılan müalicələri etməyə başlamışlar. Müalicələrdən sonra atasının vəziyyəti bir balaca yaxşılaşmışdır. xx.xx.2024-cü ildə o, işdə olan zaman anasına zəng edib atasının vəziyyəti ilə maraqlanırdı. Birinci dəfə zəng edəndə anası ona atasının vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra təxminən 2(iki) saat keçdikdən sonra zəng edən zaman anası ona atasının dünyasını dəyişdiyini bildirmişdir. Daha sonra o, dərhal işdən çıxıb yaşadığı evə gəlmiş və gələndə atasının dünyasını dəyişdiyini görmüşdür. X*3 halı pisləşən zaman *03 xidmətinə zəng olunub yaşadıqları ünvana təcili tibbi yardım çağırılmışdı. Hadisə yerinə Bakı Şəhər Təcili və X6 Stansiyasının 7 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimləri 03 may 2024-cü il saat **:05 dəqiqədə gəlmişdir. Onlar gələnə kimi atası artıq dünyasını dəyişmişdi. Çağırışa gələn BŞT və TTYS-nın 7 saylı bölməsinin həkimləri atasının ölümü barədə onlara Təcili və X7 Stansiyası PHŞ “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” vermişdir. Çağırışa gələn Təcili və X8 həkimləri ona bildirmişlər ki, mərhum atası ölüm haqqında şəhadətnamə almaq üçün yaşadıqları yerin poliklinikasına müraciət etməli, oradan tibbi şəhadətnamə alıb Suraxanı rayon qeydiyyat şöbəsinə və ya ASAN Xidmət Mərkəzinə vermək lazımdır ki, oradan ona ölüm haqqında şəhadətnamə versinlər. Daha sonra o, atasına ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin oradan ona ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişlər. Həmin poliklinikadan ona verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, atası X** poliklinikaya hər hansı bir xəstəliklə əlaqədar son illərdə müraciət etməməsi səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün deyildir. Ondan sonra o, mərhum X*5ə ölüm haqqında şəhadətnamə almaq üçün Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN XİDMƏT” X* müraciət etmiş, lakin ölüm haqqında şəhadətmanə verməkdən imtina etmişlər. xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ’’Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. Bu səbəbdən də o, mərhum atası X9 ölüm faktının müəyyən edilməsi üçün Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Belə ki, mərhum atası X** Bakı şəhəri Suraxanı rayonu Əmircan qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, onun atası 08.0*.*94*-ci il təvəllüdlü X** xx.xx.2024-cü ildə Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev **, mənzil ** ünvanında vəfat etmiş və bununla bağlı olaraq təcili tibbi yardım çağrılmışdır. Həkim gəldikdən sonra onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq o həmin sənədə əsasən ölüm haqqında şəhadətnamə ala bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda ona ölüm haqqında şəhadətnamənin verilməsi dəfn xərcinin alınması ilə bağlı olaraq lazımdır. Qeyd olunan dəlilləri müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X3 və Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, lakin ərizə ilə müraciət edərək mülki işdə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur. Vəfat edən X** isə bibisinin həyat yoldaşı idi. Belə ki, onun bibisinin həyat yoldaşı xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə 83 yaşında vəfat etmişdir. xx.xx.2024-cü ildə ona zəng edərək X4nun vəfat etdiyini bildirmişlər. Onlar təcili tibbi yardım çağırmışlar və orada aparılan müalicə nəticə verməmiş və xx.xx.2024-cü ildə bibisinin həyat yoldaşı vəfat etmişdir. X4 vəfat etdikdən sonra Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn edilmişdir. Digər Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur. xx.xx.2024-cü il tarixdə onun bacısı ona zəng edərək bibisinin həyat yoldaşı X9 vəfat etdiyini bildirmişdir. Belə ki, X4 heç vaxt xəstə olmamış və səhhətində heç bir problem olmamışdır. Bibisinin həyat yoldaşı X** vəfat etdikdən sonra onu Əmircan qəbiristanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2024cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 adına xx.xx.2024-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş *39 saylı MKİS tərəfindən verilmiş *0.05.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, ev *0, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X** Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, ev *0, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 7 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmiş ki, X9 poliklinikaya hər hansı bir xəstəlik ilə əlaqədar son illərdə müraciət etməməsi səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin (Forma N*06) 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*967-ci il tarixdə doğulmuş və valideynləri qrafasında atası X** və anası X2r. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixdə 3-*6-5/8-605-*5/2024 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.*.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. ’’Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, ”Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu, Əmircan Bələdiyyəsi tərəfindən Ərizəçi ünvanlanmış *0.05.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, mərhum atası X** xx.xx.2024-cü il tarixdə vəfat edib. Mərhum Əmircan qəsəbəsi qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08.0*.*94*-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 08.0*.*94*-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3083/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3083/2024
15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver