Məhkəmə qərarları › İş №2(010)-3085/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3085/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3085/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “şəxsin müəyyən vaxta və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 24.04.*973cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, 24.04.*973-cü il təvəllüdlü X8 onun atasıdır. Atası onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 43-də yaşamışdır. X3 xx.xx.2023-cü ildə Lökbatan qəsəbəsində qəflətən vəfat etmişdir, onun səhhəti qəflətən pisləşdiyi üçün təcili tibbi yardım çağırılsa da, lakin təcili tibbi yardım gələnə qədər atası vəfat etmişdir. Bu barədə Təcili və X** Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqi verilmişdir. Atasının vəfatı ilə bağlı Bakı şəhəri Xətai rayon prokurorluğunda ilkin araşdırma aparılmış, araşdırma zamanı atası Zahid Muxtarovun ölməsi faktında hər hansı bir cinayət xarakterli hallar aşkar edilməmişdir. Belə ki, atasının ölümü ilə bağlı tibb müəssisəsinə - 30 nömrəli Ambulatoriyaya tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin ölüm haqqında tibbi arayışın verilməsindən imtina cavabı vermişdir. Habelə qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması, mənzildən qeydiyyatının ləğv edilməsi və digər sənədləşdirmə işləri üçün xx.xx.2023-cü ildə vəfat etmiş atasının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Onun ölüm haqqında şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısının oğlu və X2 isə bacısının həyat yoldaşı olmuşdur. X2 ona zəng vuraraq səhhətinin pis olduğunu bildirmişdir. O, X* həkimə aparmışdır. Ona kömək etmək mümkün olmamış və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X* Hövsan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərmişdir ki, X2 isə bacısının həyat yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə o işdə olmuş və ona qardaşı X9 zəng vuraraq X5 vəfat etdiyini bildirmişdir. Daha sonra o, X*nun yaşadığı ünvana getmişdir. X* Hövsan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3nun ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X8 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölüm qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölməlirini İdarəetmə Birliyi” X*8 “Bakı Baş Səhiyyə Mərkəzi” X*8 30 nömrəli Ambulatoriya tərəfindən Ərizəçi verilmiş *2.06.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş atası 24.04.*973-cü il təvəllüdlü X8 30 nömrəli Ambulatoriyada ambulator kartasının olmaması və atasının qeydiyyatda olduğu ünvanda ünvan 2si *5 saylı TTY bölməsində vəfat etmiş olduğu üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə (Forma *06) verilməmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X** Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 adına xx.xx.2023-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Orconikidze (indiki Suraxanı) rayonu VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*999-cu ildə anadan olmuşdur. X3, anası X7r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon Hövsan Bələdiyyəsinin *9.07.2023-cü li tarixli məktubundan görünür ki, X2 xx.xx.2023-cü ildə vəfat etmiş və Quşçuluq sovxozu y/s qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.04.*973cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 24.04.*973-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar