Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-31/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X3 miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 14 b saylı evin 8-ci mənzilinə və ** SA *** dövlət qeydiyyat nişanlı (AD456939 nömrəli şəhadətnamə) Ban: 1KF48OJ7C210901 “CHEVROLET MATİZ” markalı avtomobilə dair iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməklə onun qeyd edilən miras əmlaklarda hər birinin 1/3 hissədə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, ataları X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onlar (İddiaçı1 və İddiaçı2) atalarının birinci evliliyindən olan qızlarıdır. Ataları ikinci dəfə hazırkı iş üzrə Cavabdeh1 ilə ailə qurmuş və bu nikahdan övladları olmamışdır. Hazırda atanın üç qanun üzrə vərəsəsi vardır. Miras qalan daşınmaz əmlak - Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzilindən ibarətdir. Həmin mənzil atasına Çernobl Əlili kimi 05 oktyabr 2015-ci ildə 96 saylı Sərəncamla verilmişdir. Miras qalan daşınar əmlak isə **-SA-*** dövlət qeydiyyat nişanlı (AD456939 nömrəli şəhadətnamə) Ban: 1KF480J7C210901 "CHEVROLET MATİZ" markalı avtomobildir. Belə ki, İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmış, lakin ona qanun üzrə şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda 6 ay tamam olduğundan və vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı1 ərizəsi əsasında Suraxanı rayon Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən əmlaklar üzərinə həbs qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 1321.1-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Tərəflərin izahatları.
3. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onun atası X16 07 mart 2022-ci il tarixdə vəfat etmişdir. O və digər iddiaçı olan bacısı İddiaçı2 atasının birinci evliliyindən olan qızlarıdır. Ataları ikinci dəfə Cavabdeh1 ilə ailə qurmuş və bu nikahdan övladları olmamışdır. Beləliklə, hesab edir ki, mərhum atasının qanun üzrə cəmi üç vərəsəsi vardır. Miras qalan əmlak Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzilidir və həmin mənzil onun atasına Çernobl əlili kimi 05 oktyabr 2015-ci ildə 96 saylı sərəncamla verilmişdir. Vərəsəlik sənədləri rəsmiləşdirilən zaman onlara məlum olmuşdur ki, miras əmlak olan həmin mənzilə dair vərəsələrdən birinin adına kirayə müqaviləsinin bağlanması haqda qanunsuz sərəncam verilmişdir. Onlar sərəncamın ləğv olunması ilə bağlı olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş Cavabdeh1 adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Qeyd olunanlara əssaən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək hazırkı iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, vəfat etmiş həyat yoldaşı X4 Chevrolet Matiz markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İddiaçıların pay tələb etdiyi Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8 saylı mənzili isə dövlətin mülkiyyətindədir. Həmin mənzil Çernobil əlili olduğu üçün xx.xx.2004-cü ildə mənzil növbəsinə götürülmüş mərhum X15 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamı əsasında sosial təyinatlı mənzil kimi verilmişdir. Sözügedən yaşayış sahələrinin miras əmlak kimi qiymətləndirilməsi və ona olan hüquqların vərəsəlik əsasında ötürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sosial təyinatlı yaşayış sahələri mənzil qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyətinin sərəncamı və kirayə müqaviləsi əsasında verilir. Həmin kirayə müqaviləsində Mənzil Məcəlləsinin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri də göstərilir. Ailə üzvlərinin də müqaviləyə əsasən hüquq və vəzifələri mövcud olur. Ailə üzvü dedikdə isə Mənzil Məcəllənin 68.1-ci maddəsinə uyğun olaraq sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri nəzərdə tutulur. Kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Belə ki, iddiaçılar tərəfindən pay tələb olunan mənzil mərhum Elman Əskərova verilən zaman onunla birgə yaşayan yeganə ailə üzvü o, (Cavabdeh1) olmuşdur. Bu da mənzil qanunvericiliyinə uyğun olaraq həm icra hakimiyyətinin mənzilin verilməsinə dair xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamında, həm də xx.xx.2015-ci il tarixli kirayə müqaviləsində öz əksini tapmışdır. İddiaçılar isə mərhum Elman Əskərova mənzil verilməzdən çox əvvəl ailə həyatı qurmuş, təsərrüfatları dəyişmişdir və artıq başqa ailənin ailə üzvləridirlər. Onlar mənzil qanunvericiliyi baxımından mərhum Elman Əskərovun ailə üzvü hesab edilmirlər. Digər tərəfdən o sözügedən mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi üçün müraciət etmiş və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı qanunvericiliyə uyğun olaraq mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncam vermişdir. İddiaçılar tərəfindən pay hüququ tələb edilən digər əmlak Chevrolet Matiz markalı, **-SA- *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qeyd olunmalıdır ki, həmin avtomobil mərhum Elman Əskərovla onun birgə nikahda olduğu dövrdə, xx.xx.2019-cu ildə əldə edilmişdir. Odur ki, həmin avtomobil mərhum Elman Əskərovla onun ümumi birgə mülkiyyəti olmuşdur. Bu da onu deməyə əsas verir ki, onun mübahisəli avtomobil üzərində qanunvericiliyə əsaslanan ən azı 1/2 hissədə payı mövcuddur. Digər yarısı isə mərhuma aid olduğundan yalnız ona məxsus 1/2 hissədə pay miras əmlak kimi qiymətləndirilə bilər. İddiaçıların həmin avtomobil üzərində 1/3 hissədə pay tələb etməsi əsassız və yersizdir. Digər tərəfdən mərhum Elman Əskərov həmin avtomobili alarkən borc pul almışdır ki, həmin borc hələ də tam olaraq ödənilməmişdir. Borcun böyük bir qismi onun tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzil və avtomobil üzərində 1/3 hissədə pay hüququnun müəyyən edilməsi və onlara vərəsəlik haqqında şəhadətnamə verilməsi tələbi tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. İş üzrə cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
İş materialları.
7. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X16 xx.xx.1956-cı il tarixdə Ağsu rayonu Rəhimli kəndində anadan olmuş, atası X17, anası X8r.
8. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, vərəsəlik işi ilə əlaqədar xx.xx.2022-ci ildə vəfat etmiş X9 vərəsələri qızı - İddiaçı1dır və qızı - İddiaçı2dır. Odur ki, X6 adına olan ünvan 2 ünvanında yerləşən mənzilə dair Çıxarış verilməsi xahiş olunmuşdur.
9. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri 35-saylı notariat ofisində mərhum atası - X6 miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün edilən müraciətlə əlaqədar bildirilmişdir ki, mərhum ataları - X16 xx.xx.2022-ci ildə vəfat etmişdir. Miras əmlakın qəbulu ilə bağlı müraciətlə bağlı, miras əmlaka olan heç bir hüquq müəyyənedici sənədlər təqdim edilmədiyi üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Yuxarda göstərilənləri nəzərə alaraq, hüquq müəyyənedici sənədlər olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
10. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 235580 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
11. Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası X16, anası X7) xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
12. Ağsu rayon Pirhəsənli kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası X16, anası X7) xx.xx.1981-ci il tarixdə Ağsu rayonunda doğulmuşdur.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, DİN Baş X25 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1956-cı il təvəllüdlü X6 adında xx.xx.2019-cu ii tarixdən "CHEVROLET MATİZ" markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
14. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 96 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, Çernobil əlili X1 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 119 №-li sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş, AR ƏƏSM Nazirliyinin komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 b №-li evin, ümumi sahəsi 87,53 kv.m, yaşayış sahəsi 42,00 kv.m olan, 2 otaqlı, 8 №-li mənzili ona ayrılmışdır. Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 b №-li evin, ümumi sahəsi 87,53 kv.m, yaşayış sahəsi 42,00 kv.m olan, 2 otaqlı, 8 №-li mənzili aşağıdakı ailə tərkibi X6 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanmaq sərti ilə) rəsmiləşdirilməsi qərara alınmışdır. (X16 - özü Cavabdeh1 – arvadı)
15. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 115 saylı, xx.xx.2022-ci il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14B saylı evin, ümumi sahəsi 87,53 kv.m, yaşayış sahəsi 42,00 kv.m olan, 2 otaqlı, 8 №-li mənzilinin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) vətəndaş Cavabdeh1 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
16. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X2 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 397 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əskərov”, arvada “Əskərova” soyadı verilmişdir.
17. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla dövlət mənzil fondundan sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilən sosial təyinatlı yaşayış sahələri istifadə məqsədlərinə görə dövlət mənzil fonduna aiddir. Sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələri üzərində mülkiyyət hüquqları qanunda nəzərdə tutulduğu hallarda və qaydada dövlət qeydiyyatına alındıqda miras qalmış əmlakın kütləsinə daxil edilə bilər.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Suraxanı rayon icra Hakimiyyətinə qarşı (Cavabdeh1 üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia təmin olunmuş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş Cavabdeh1 adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamın ləğv edilməsi qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/202 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh və 3-cü şəxs Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
İşin faktiki halları.
20. İşin faktiki hallarından görünür ki, X16 ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi olaraq nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından övladları olmamışdır. X6 əvvəlki nikahından hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 doğulmuşdur.
21. Hazırda miras əmlak kimi bölünməsi tələb olunan "CHEVROLET MATİZ" markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X6 mülkiyyətindədir.
22. Tərəflərin mübahisələndirildiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 b №-li evin, 8 №-li mənzilinin Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 96 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə X6 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanmaq sərti ilə) rəsmiləşdirilməsi qərara alınmışdır. (X16 özü Cavabdeh1 – arvadı) Daha sonra həmin mənzilə dair kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) vətəndaş Cavabdeh1 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
23. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Suraxanı rayon icra Hakimiyyətinə qarşı (Cavabdeh1 üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və iddiaçıların iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlə birlikdə mübahisəli mənzildə heç bir vaxt yaşamamışlar.
24. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 235580 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
Tətbiq edilən hüquq.
25. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1247. Mirasın qəbul edilməsinin xüsusi müddəti Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
29. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı
3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4 Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 5.12. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə, mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir.
30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 17. Mənzil fondu. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
32. İşin faktiki hallarından görünür ki, X16 ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi olaraq nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından övladları olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 X6 əvvəlki nikahından olan övladlarıdır.
33. Tərəflərin verdiyi izahatlardan və iş materiallarından müəyyən olunur ki, "CHEVROLET MATİZ" markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə əldə olunmuş və xx.xx.2019-cu il tarixdən X6 mülkiyyətindədir.
34. Tərəflərin mübahisələndirildiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 b №-li evin, 8 №-li mənzilinin Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 96 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə X6 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanmaq sərti ilə) rəsmiləşdirilməsi qərara alınmışdır. (X16 özü Cavabdeh1 – arvadı) Daha sonra həmin mənzilə dair kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) vətəndaş Cavabdeh1 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
35. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Suraxanı rayon icra Hakimiyyətinə qarşı (Cavabdeh1 üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və iddiaçıların iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ilə təmin olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
36. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 235580 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
37. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
38. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ər-arvadın rəsmi nikahda olduqları dövrdə əvəzli qaydada avtomobil əldə edilmiş və həmin avtomobil ərin adına rəsmiləşdirilmişdir. Ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksi sübut edilmədiyi müddətcə tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlaklar onların ümumi mülkiyyəti hesab olunur. Məhkəmə hesab edir ki, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən onun ½ hissəsi üzərində Cavabdeh1 pay hüququ mövcuddur və həmin hissə miras əmlak kütləsinə daxil ola bilməz. Həmin avtomobilin ½ hissəsi X12 məxsus olduğundan həmin hissə miras əmlak kütləsinə daxildir və həmin hissəyə hər üç vərəsənin payları müəyyən olunmalıdır.
39. İddia tələbinin miras əmlak kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 14 b saylı evin 8-ci mənzilinə hər birinin 1/3 hissədə paylarının müəyyən olunması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin əmlak dövlət mülkiyyətindədir, həmin mənzilə dair vətəndaşla kirayə müqaviləsi bağlanmış, sonradan kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Həmin əmlak sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı vətəndaşa verilmiş, hal-hazırda dövlət mülkiyyətindədir və ölən şəxsin mülkiyyəti hesab oluna bilməz və miras əmlak kütləsinə daxil deyildir.
Məhkəmə xərcləri.
40. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 mülkiyyətində olan "CHEVROLET MATİZ" markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçılar İddiaçı1 1/6 hissədə və İddiaçı2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə payları müəyyən olunmalı və tərəflərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 35 saylı Notariat ofisinə həvalə olunmalıdır. İddia tələbi qismən təmin olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumunun yarısı – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı1 və İddiaçı2 verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. X6 mülkiyyətində olan "CHEVROLET MATİZ" markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçılar İddiaçı1 1/6 hissədə və İddiaçı2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə payları müəyyən olunsun. Tərəflərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 35 saylı Notariat ofisinə həvalə olunsun. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumunun yarısı – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Leyla Talıbova