Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3125/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyalarının yaşayış evindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsi ev 101C ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin öz hesabına cehiz və ev əşyaları olan çörək bişirən aparat, elektrik qril aparatı, sarı rəngli güllü tas, bənövşəyi rəngli bıçaq dəsti, qara rəngli tava - 2 ədəd, qırmızı rəngli qazan - 1 ədəd, qara rəngli TV altlığı - 1 ədəd, yaşıl rəngli su filtri - 1 ədəd, qırmızı qapaqlı elektrik çaynik - 1 ədəd, soyuducu Beko markalı - 1 ədəd, mətbəx əşyaları-sarı və gümüşü ləyən, çay dəsmalı (yaşıl rəngli) - 1 ədəd, yataq dəsti (çexol, yastıq üzü- 2 ədəd), lüstur qonaq otağı üçün - 1 ədəd, lüstur yataq otağı üçün - 1 ədəd, tava - 2 ədəd, ət qızartmaq üçün aparat - 1 ədəd, çaynik - 1 ədəd, rəngli bakal - 3 ədəd, çərəz qabı - 1 ədəd, güzgü - 1 ədəd, televizor rəngli -1 ədəd, televizor altlığı - 1 ədəd, uşaq üçün yazı masası- 1 ədəd, uşaq çarpayısı, matras, yorğan, naxışlı uzun güldan - 1 ədəd, telefon altlığı - 1 ədəd, göy rəngli meyvə qabı - 2 ədəd, şüşə çərəz qabı - 1 ədəd, salat qabı - 2 ədəd, plastmas su qabı - 2 ədəd, xalça qırmızı rəngli - 1 ədəd, çay dəsmalı, süfrələr, döşək üzləri, taxt üçün döşək- 1 ədəd, döşək -3 ədəd, yorğan - 3 ədəd, uşaq üçün döşək - 1 ədəd, örtük - 1 ədəd, vaza - 3 dəst, xrustal bakal - 12 ədəd (altı böyük, altı balaca), sarı güllü süfrə - 1 ədəd, tül – 1 ədəd, ütü masası – 1 ədəd, güldan – 1 ədəd, pərdə (bənövşəyi rəngli), pərdə (yaşıl rəngli), pərdə (çəhrayı rəngli), tül (bej rəngli), vaza ağ rəngli - 3 dəst, bakal – 6 ədəd balaca, 6 ədəd böyük, xrustal vaza (lotka) – 1 ədəd, şamdan – 4 ədəd, konfet qabı (yaşıl rəngli bogema) – 1 ədəd, göy rəngli - 2 ədəd, xrustal mürəbbə qapı – 1 ədəd, xrustal meyvə qabı – 2 ədəd, tort qabı - 3 ədəd, yaşıl rəngli bogema dəsti sok qabı – 1 ədəd, qapaqlı – 6 ədəd, piyalə - 9 ədəd, duz qabı - 6 ədəd, boşqablar, meyvə vazası, xrustal gül qabı - 1 ədəd, mətbəxt naboru - 6 ədəd, qazan (sarı rəngli) – 1 ədəd, ləyən - 1 ədəd, süzgəc – 1 ədəd, sok stəkanı - 1 ədəd, qazan (qapaqları sarı rəngli) - 1 ədəd, ləyən – 1 ədəd, çərəz qabı – 1 ədəd, göy naxışlı kasa- 1 ədəd, servis dəsti yemək üçün – 1 ədəd, rəngli sini – 1 ədəd, şüşə qazan – 1 ədəd, stəkan - 5 ədəd, çəngəl-qaşıq (çemodanda) – 1 ədəd, şüşə yemək qabı – 1 ədəd, sarı rəngli qazan – 1 ədəd, böyük və balaca qaşıq dəsti, naxışlı stəkan (qutuda)- 5 ədəd, qara rəngli qazan – 1 ədəd, tava- 5 ədəd, mikro dalğalı soba aparatı – 1 ədəd, duxovka - 1 ədəd, yun odeyal – 1 ədəd, xalça (yaşıl-ag) - 1 ədəd, xalça kolidor üçün (dorojka) - 1 ədəd, tozsoran – 1 ədəd, boşqab güllü - 4 ədəd, boşqab – 3 ədəd, dəm çayniki – 1 ədəd, plov üçün iri qab – 2 ədəd, dəmir vedrə - 1 ədəd, aliminium ləyən – 1 ədəd, qazan üstü güllü – 1 ədəd, bokal - 12 ədəd, toyuq qızartmaq üçün qab – 1 ədəd, rəngli piyalə – 4 ədəd, rəngli salat qabı - 11 ədəd və qazan sarı rəngli - 1 ədəd adda cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərkən qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsi ev 101C ünvanında yerləşən fərdi yaşayış evini 2012-ci ildə şəxsi vəsaiti və əvvəlki evini sataraq tikdirmiş və 2017-ci ildə mülkiyyəti təsdiq edən sənəd almışdır. Həmin evdə o, həyat yoldaşı, oğulları və nəvəsi Cavidan yaşayırlar. X18 23 oktyabr 2007-ci ildə cavabdehlə ailə qurduqdan sonra bir müddət onun mülkiyyətində olan Yeni Günəşli qəsəbəsi, D y/s bina 19 mənzil 83 ünvanında yaşamışlar. Daha sonra o, həmin evi sataraq 2012-ci ildə Zığ qəsəbəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamışlar. Həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi aldıqdan sonra özünü və ailə üzvlərini, həmçinin keçmiş gəlini Cavabdeh həmin evə pasport qeydiyyatına aldırmışdır. Onlar ailə üzvləri ilə birlikdə 2012ci ildən 2021-ci ilədək orada yaşamışlar. Lakin 2021-ci ilin mart ayında keçmiş gəlini onlara xəbər vermədən uşaqları da götürüb evdən çıxıb getmişdir. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və onların nikahları Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan azyaşlı uşaq X4 atasının, digər iki azyaşlı uşaqlar isə analarının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin tutulması qət edilmişdir. Cavabdeh artıq uzun müddətdir ki, evi tərk edərək getsə də, onun bütün cehiz əmlakları onun mülkiyyətindəki evdə qalmaqdadır. Qeyd olunan əşyalarının onun mülkiyyətində olan evdə qalması onun mülkiyyət hüquqlarını pozur, həm də həmin əmlaklara cavabdehlik daşımaq məcburiyyətindədir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, uşaqları ilə birlikdə halhazırda kirayədə qalır, cehiz əşyalarını aparmağa yeri yoxdur. Onun keçmiş həyat yoldaşı daimi olaraq onu söymuş və təhqir etmişdir. Bu səbəbdən həmin evdə yaşamaq mümkün olmadığından o evdən çıxıb getmək məcburiyyətində qalmışdır. O 2007-ci ildə nikaha daxil olan zaman Yeni Günəşli qəsəbəsi, D y/s bina 19 mənzil 83 ünvanında yerləşən mənzildə yaşamışlar. Sonradan həmin mənzil satılmış və həmin evin satışından əldə olunmuş məbləğə hal-hazırkı fərdi yaşayış evi tikilmişdir. Sonradan onlar hamısı həmin evə pasport qeydiyyatına alınmışlar. Onun yaşamağa başqa yaşayış yeri olmadığından iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında olan nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, ev 101C fərdoi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 14 aprel 2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101C saylı evdə İddiaçı, X5, X12, Cavabdeh, X13, X4, X8, X6 və X9 qeydiyyatdadırlar. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(010)-2072/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X12 arasında 23 oktyabr 2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 14 oktyabr 2008-ci il təvəllüdlü X4 atası-cavabdeh X10, 17 noyabr 2011-ci il təvəllüdlü X8 və 12 iyun 2015-ci il təvəllüdlü X6 anaları-iddiaçı Cavabdeh yanında saxlanılmaları, cavabdeh X7 17 noyabr 2011-ci il təvəllüdlü X3 və 12 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101C saylı evinin mülkiyyətçisi olduğundan və mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi təmin olunmalı və Cavabdeh məxsus olan cehiz əşyaları İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan - çörək bişirən aparat, elektrik qril aparatı, sarı rəngli güllü tas, bənövşəyi rəngli bıçaq dəsti, qara rəngli tava – 2 ədəd, qırmızı rəngli qazan - 1 ədəd, qara rəngli TV altlığı - 1 ədəd, yaşıl rəngli su filtri – 1 ədəd, qırmızı qapaqlı elektrik çaynik – 1 ədəd, soyuducu Beko markalı – 1 ədəd, mətbəx əşyaları-sarı və gümüşü ləyən, çay dəsmalı (yaşıl rəngli) – 1 ədəd, yataq dəsti (çexol, yastıq üzü - 2 ədəd), lüstur qonaq otağı üçün – 1 ədəd, lüstur yataq otağı üçün – 1 ədəd, tava – 2 ədəd, ət qızartmaq üçün aparat – 1 ədəd, çaynik – 1 ədəd, rəngli bakal – 3 ədəd, çərəz qabı – 1 ədəd, güzgü – 1 ədəd, televizor rəngli – 1 ədəd, televizor altlığı – 1 ədəd, uşaq üçün yazı masası - 1 ədəd, uşaq çarpayısı, matras, yorğan, naxışlı uzun güldan – 1 ədəd, telefon altlığı – 1 ədəd, göy rəngli meyvə qabı - 2 ədəd, şüşə çərəz qabı - 1 ədəd, salat qabı - 2 ədəd, plastmas su qabı – 2 ədəd, xalça qırmızı rəngli – 1 ədəd, çay dəsmalı, süfrələr, döşək üzləri, taxt üçün döşək - 1 ədəd, döşək – 3 ədəd, yorğan – 3 ədəd, uşaq üçün döşək – 1 ədəd, örtük – 1 ədəd, vaza - 3 dəst, xrustal bakal - 12 ədəd (altı böyük, altı balaca), sarı güllü süfrə - 1 ədəd, tül – 1 ədəd, ütü masası – 1 ədəd, güldan – 1 ədəd, pərdə (bənövşəyi rəngli), pərdə (yaşıl rəngli), pərdə (çəhrayı rəngli), tül (bej rəngli), vaza ağ rəngli - 3 dəst, bakal – 6 ədəd balaca, 6 ədəd böyük, xrustal vaza (lotka) – 1 ədəd, şamdan – 4 ədəd, konfet qabı (yaşıl rəngli bogema) – 1 ədəd, göy rəngli - 2 ədəd, xrustal mürəbbə qapı – 1 ədəd, xrustal meyvə qabı – 2 ədəd, tort qabı - 3 ədəd, yaşıl rəngli bogema dəsti sok qabı – 1 ədəd, qapaqlı – 6 ədəd, piyalə - 9 ədəd, duz qabı- 6 ədəd, boşqablar, meyvə vazası, xrustal gül qabı - 1 ədəd, mətbəxt naboru - 6 ədəd, qazan (sarı rəngli) – 1 ədəd, ləyən - 1 ədəd, süzgəc – 1 ədəd, sok stəkanı - 1 ədəd, qazan (qapaqları sarı rəngli) - 1 ədəd, ləyən – 1 ədəd, çərəz qabı – 1 ədəd, göy naxışlı kasa - 1 ədəd, servis dəsti yemək üçün – 1 ədəd, rəngli sini – 1 ədəd, şüşə qazan – 1 ədəd, stəkan - 5 ədəd, çəngəl-qaşıq (çemodanda) – 1 ədəd, şüşə yemək qabı – 1 ədəd, sarı rəngli qazan – 1 ədəd, böyük və balaca qaşıq dəsti, naxışlı stəkan (qutuda)- 5 ədəd, qara rəngli qazan – 1 ədəd, tava- 5 ədəd, mikro dalğalı soba aparatı – 1 ədəd, duxovka - 1 ədəd, yun odeyal – 1 ədəd, xalça (yaşıl-ag) - 1 ədəd, xalça kolidor üçün (dorojka) - 1 ədəd, tozsoran – 1 ədəd, boşqab güllü - 4 ədəd, boşqab – 3 ədəd, dəm çayniki – 1 ədəd, plov üçün iri qab – 2 ədəd, dəmir vedrə - 1 ədəd, aliminium ləyən – 1 ədəd, qazan üstü güllü – 1 ədəd, bokal - 12 ədəd, toyuq qızartmaq üçün qab – 1 ədəd, rəngli piyalə – 4 ədəd, rəngli salat qabı - 11 ədəd və qazan sarı rəngli - 1 ədəd adda cehiz əmlakları İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3125/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3125/2022
21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver