Məhkəmə qərarları › İş №2(010)-3125/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3125/2025

23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3125/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-cü il tarixli MŞB/2/2025- 00289 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə ailə həyatı qurmuş, nikahları həmin tarixində 2 saylı Bakı “ASAN Xidmət” X1 138 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2017-cı il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdi. Bir müddət mehriban yaşadıqdan sonra ailələrində müxtəlif səbəblərdən münaqişələr yaranmışdır. Ailə münasibətləri artıq formal xarakter daşıyır. Bu səbəbdən o mediasiya təşkilatına müraciət etmişdir. Bakı 02 saylı Mediasiya Təşkilatında aralarında xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00289 saylı aşağıdakı məzmunlu barışıq sazişi bağlanmışdır. 1. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

2. Tərəflər razılaşdılar ki, 17 aprel 2025-ci il tarixdən etibarən Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 3-nə qədər hər bir uşaq üçün 400 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməyi öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, Sazişin bu bəndi gələcəkdə Ərizəçi tərəfindən alimentin artırılması tələbi barədə iddia üçün heç bir məhdudiyyət yaratmayacaqdır. Göründüyü kimi Sazişin 2-ci bəndinə əsasən Maraqlı şəxs xx.xx.2017-cı il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 3-nə qədər hər bir uşaq üçün 400 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Lakin qeyd edilənlərə baxmayaraq Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini icra etmir. Nəticə etibarilə barışıq sazişi Maraqlı şəxs tərəfindən hələ də icra edilməyib. Maraqlı şəxs tərəfindən xx.xx.2025-cü il tarixli MŞB/2/2025-00289 saylı barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyindən o hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, onunla Ərizəçi arasında xx.xx.2025-ci il tarixli Barışıq Sazişi imzalanmışdır. Aylıq əmək haqqı məbləği 1246 manatdır, lakin kredit müqaviləsi üzrə zamin olduğundan onun aylıq əmək haqqı məbləğindən 623 manat məbləğində pul "xxxx" QSC-nin hesabına tutulur. Bu səbəbdən də uşaqların saxlanması üçün müəyyən edilmiş aylıq aliment məbləğini ödəyə bilmir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər:

1. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

2. Tərəflər razılaşdılar ki, 17 aprel 2025-ci il tarixdən etibarən Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 3-nə qədər hər bir uşaq üçün 400 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməyi öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, Sazişin bu bəndi gələcəkdə Ərizəçi tərəfindən alimentin artırılması tələbi barədə iddia üçün heç bir məhdudiyyət yaratmayacaqdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2017-ci il tarixdə 138 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva, ərə Quliyev soyadı verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxsdur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxsdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2017-cı il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2017-cı il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdi. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər:

1. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

2. Tərəflər razılaşdılar ki, 17 aprel 2025-ci il tarixdən etibarən Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 3-nə qədər hər bir uşaq üçün 400 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməyi öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, Sazişin bu bəndi gələcəkdə Ərizəçi tərəfindən alimentin artırılması tələbi barədə iddia üçün heç bir məhdudiyyət yaratmayacaqdır. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/2/2025/00289 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

2. Tərəflər razılaşdılar ki, 17 aprel 2025-ci il tarixdən etibarən Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 3-nə qədər hər bir uşaq üçün 400 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməyi öhdəsinə götürür.

3. Tərəflər razılaşırlar ki, Sazişin bu bəndi gələcəkdə Ərizəçi tərəfindən alimentin artırılması tələbi barədə iddia üçün heç bir məhdudiyyət yaratmayacaqdır. Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar