Məhkəmə qərarları › İş №2(010)-3126/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3126/2022

08.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3126/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas kаtibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDKR X3 * saylı Bakı Ərazi İdarəsi) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDKR X3 * saylı Bakı Ərazi İdarəsi) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində *3.**.2*2*-ci il tarixli, 4Ə-*549 nömrəli renta müqaviləsinin, onun əsasında Cavabdeh adına olan çıxırışın etibarsız hesab edilməsi və cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, A y/s, ev 28 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı və onun vəkili Vəkil məhkəmədən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında Cavabdeh ərizənin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *7*. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. *7*.*. Bu Məcəllənin 254, 255, 26*.*.*—26*.*.3 və 26*.*.6—26*.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. *7*.3. Bu Məcəllənin *7*.*-ci və *7*.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in *7*, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh (maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDKR X3 * saylı Bakı Ərazi İdarəsi) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş *** (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı (FİN: xxxxxxx, ödəniş edilən bank: "xxxx" ASC, Suraxanı fililalı, tarix: 24.*5.2*22, saat **:27, VÖEN: 99****36**, əməliyyat İD: 5*557**2, qəbzin nömrəsi: 9662, terminal nömrəsi: K***9***) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ** gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar