Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3136/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X*3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *9.05.2007-ci ildə doğulmuş qızı X* xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “*9.05.2007-ci il təvəllüdlü qızım X4 xx.xx.2008-ci ildə Bakı şəhəri, Əmircan qəsəbəsində vəfat etmişdir və həmin qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Uşaq vəfat edərkən çox kiçik yaşda olmuşdur. Həmin vaxt övladımın çox kiçik yaşda vəfat etməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə və qeydiyyat şöbəsinə müraciət etməmişəm. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün ərizə ilə 8 nömrəli X7 müraciət etməyimə baxmayaraq, mənə cavab məktubunda uşağın tibbi qeydiyyatda olmadığı göstərilmişdir. Yəni müraciət etmişəm, lakin müraciətim təmin olunmamışdır. Habelə, qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Başqa övladım yoxdur, çünki digər 2 övladım da irsi xəstəlik səbəbindən vəfat etmişlər. Övladımız olmadığı üçün həyat yoldaşımla nikahın pozulması ilə bağlı “ASAN xidmət” mərkəzinə müraciət etdikdə bizə bildirilmişdir ki, uşağın ölümü qeydə alınmadığı üçün nikahın pozulması məsələsinə “ASAN xidmət” Mərkəzində baxıla bilməz. Eyni zamanda digər sənədləşdirmə işləri üçün də 2008-ci ildə vəfat etmiş qızımın ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Qızımın ölüm haqqında şəhadətnaməsinin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Qızımın vəfat etməsini şahidlər də təsdiq edirlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edəcəyəm. Şahidlərin adları: *) X*0, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi AZE *5984875, yaşayış yeri: Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, H.Byaramov küçəsi, ev 30, əlaqə nömrəsi: 0556*77*59; 2) X**, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi AZE 089*7440, yaşayış yeri: Bakı şəhəri, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, ev 28, əlaqə nömrəsi: **********; 3) X5 Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi AA 085*425, yaşayış yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, ev 28, əlaqə nömrəsi: 05*97207*3”.
Tələbin həcminin azaldılması.
3. Daha sonra Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi hissəsində tələbini azaltmış və məhkəmədən *9.05.2007-ci ildə doğulmuş qızı X* xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, 2006-cı ildə X8 ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından iki övladları – Hülya adlı qızları və Hüseyn adlı oğulları dünyaya gəlmişdir. Hülya 2007-ci ildə anadan olmuş, xx.xx.2008-ci ildə vəfat etmişdir. İkinci uşaqları Hüseyn isə təxminən 9-*0 ay əvvəl, bir yaşına çatmamış ölmüşdür. Uşaqların ölüm səbəbi həyat yoldaşı ilə qan qohumluğundan qaynaqlanan xəstəlikdir. Bu səbəbdən də boşanmaq istəyir. Nikahın pozulması ilə bağlı “ASAN xidmət” Mərkəzinə müraciət etmiş, qızları Hükyanın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sistemdə sağ görünmüşdür. Onlar da məcburiyyətdən uşağın ölüm faktının təsdiqlənməsi üçün məhkəməyə müraciət etmişlər. Övladlarının ölməyinə səbəb genetik əzələ xəstəliyi (SMA) olmuşdur. Birinci uşaqda (Hülyada) həmin xəstəliklə bağlı məlumatları olmamış, lakin ikinci uşaqlarının xəstəliyi ilə bağlı onlara çoxlu tibbi sənədlər verilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
5. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
6. Məhkəmə iclasında ərizəçinin arvadı X8 bildirdi ki, Ərizəçi ilə 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan iki övladları - 2007-ci il təvəllüdlü Hülya adlı qızları, 2020-ci il təvəllüdlü Hüseyn adlı oğulları dünyaya gəlmişdir. Hər iki övladları ölmüşdür. Uşaqların ölməsinə səbəb yoldaşı ilə iki tərəfli qan qohumu olmalarıdır. Aralarında olan qohumluğa görə hər iki uşaqda genetik xəstəlik olan əzələ boşluğu olmuşdur. Birinci uşaqları Hülyada hissiyyat olmamış, ikinci uşaq sağlam anadan olsa da böyüdükdə onda da əzələ boşluğu əmələ gəlmişdir. İlk uşaqları X4 xx.xx.2008-ci ildə rəhmətə getmiş, lakin ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda ərizə ilə olan nikahlarının pozulmasını istəyirlər. Lakin bununla bağlı müraciətləri təmin olunmamışdır. Buna səbəb birgə nikahdan doğulmuş qızları Hülyanın ölüm haqqında şəhadətnaməsi olmadığına görə sağ kimi görünməsidir. Artıq dörd aydır ki, həyat yoldaşı ilə ayrı yaşayırlar. Hər söz-söhbət zamanı əri ona “qapını göstərdiyi" üçün boşanmaq istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi (X8 iş üzrə tərəf olmasa da ölüm faktının təsdiq edilməsi xahiş edilən uşağın anası olduğundan məhkəmədə izahatı dinlənilmişdir).
İş materialları.
7. Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ – İ 3533*4 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X8 arasında xx.xx.2007-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə **78 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvad Abdullayeva soyadında qalmışdır.
8. Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İ 992768 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Ərizəçi, anası X8) *9.05.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 2265 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ 2807*3 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 **.09.202*ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.09.202*-ci il tarixdə *724 nömrə ilə qeyd edilmişdir. *0. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarışda qeyd edilir ki: “X4 barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onun ölümü haqqında akt qeydi aşkar edilməmişdir”. **. “Bakı Baş Səhiyyə Mərkəzi” X2* 8 nömrəli X*2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, *52 saylı məktubdan görünür ki, ərizəçinin övladı *9.05.2007-ci il təvəllüdlü X4 8 nömrəli X3 tibbi qeydiyyatında olmamışdır. *2. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 977-05/75 nömrəli məktubdan görünür ki, X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir.
Şahid ifadələri.
*3. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 bildirmişdir ki, Ərizəçi qonşusudur. Yoldaşının adı isə Aidadır. Onların iki uşaqları - bir qız, bir oğulları olmuş, ər-arvad arasında qan qohumluğu olduğundan uşaqların ikisi də bir yaşlarına çatmamış tələf olmuşdur. Ərizəçi *988-ci ildən tanıyır. Bir qonşu kimi eşitmişdir ki, onun bir qızı dünyaya gəlmiş, lakin bir yaşına çatmamış xəstəlikdən ölmüşdür. Xəstəliyin səbəbi qan qohumluğu olmuşdur. Ərizəçi ilə qapıbir qonşudur. Buna görə Aida xanımın uşağı həyətdə gəzdirdiyini görmüşdür. Həm də uşaqlar rəhmətə gedəndə baş sağlığı verməyə getmişdir. *4. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Onun yoldaşı Aida xanımla iki övladları olmuş və hər ikisi rəhmətə getmişdir. Birinci övladları qız olmuşdur. Anası uşağı həyətdə gəzdirən zaman uşağı görmüşdür. Onların qızlarının adı Hülya, oğullarının adı Hüseyn olmuşdur. Hülya təxminən 2008-2009-cu illərdə rəhmətə getmişdir. İkinci uşaq təxminən 2020-ci ildə anadan olmuşdur. Oğulları öldükdə koronavirus olduğundan yasa gedə bilməmişdir. Ərizəçinin qızının harada dəfn olunduğunu isə bilməmişdir. Lakin uşağı ölü vəziyyətdə görmüşdür. Eşitdiyinə görə həkim demişdir ki, qohum olduqları üçün uşaqları ölmüşdür. *5. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X** bildirmişdir ki, Ərizəçi ilə qonşudur. *989-cu ildə qonşuya gəlin köçdüyü vaxtdan ərizəçini tanıyır. Ərizəçinin arvadının uşaqlarının doğulmasına, lakin sonradan ölümünə şahid olmuşdur. Onların iki uşaqları – bir oğlan və bir qızları dünyaya gəlmişdir. Qızın adı Hülya, oğlanın adı Hüseyn omuşdur. Oğulları təxminən bir il əvvəl, qızları isə 2008-2009-cu illərdə rəhmətə getmişdir. Çox yaxın qonşu olduqlarından uşağın adının Hülya olduğunu bilmişdir. Eşitmişdir ki, onların qohumluq əlaqələri olduğu üçün uşaqları yaşamır. Birinci uşaq öldükdə cənazəsinə getmişdir. İkinci uşaq rəhmətə getdikdə isə qonşuları Məlahət, qaynının arvadı Gülümzarla birlikdə baş sağlığına getmişdir. Eşitdiyinə görə uşaq Əmircan qəbiristanlığında dəfn olunmuşdur.
İşin faktiki halları. *6. Ərizəçi ilə arvadı X2 birgə nikahlarından *9.05.2007-ci il tarixdə Bakı şəhərində X4 doğulmuşdur. Bu uşaq xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ər-arvadın birgə nikahından doğulmuş ikinci uşaq da **.09.202*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onlar ikinci uşağın ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə alsalar da birinci uşağın ölümü ilə bağlı heç bir sənədləri yoxdur. Bu səbəbdən uşağın ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Bu qeyd edilən hallar məhkəmə iclasında izahatı dinlənilən uşağın anası və şahidlər tərəfindən təsdiq etmişdir.
Tətbiq edilən hüquq.
*7. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*9. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
20. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən *9.05.2007-ci il tarixdə doğulmuş qızı X* xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. 2*. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X* ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qızının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi uşağın ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər, eləcə də uşağın anası ərizədə qeyd edilənləri təsdiq etmiş, onların hər biri uşağın qan qohumluğundan qaynaqlanan genetik xəstəlikdən öldüyünü, ərizəçinin arvadı ilə doğulmuş ikinci uşağının da bu xəstəlikdən öldüyünü bildirmişdir. Hansı ki, ikinci uşağın ölümünü təsdiq edən müvafiq ölüm haqqında şəhadətnamə iş materiallarında mövcuddur.
23. Belə olan halda məhkəmə hesab edir ki, *9.05.2007-ci il təvəllüdlü X* xx.xx.2008ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları ilə sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *9.05.2007-ci il tarixdə doğulmuş X* xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. *9.05.2007-ci il tarixdə doğulmuş X* xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva