Məhkəmə qərarları › İş №2(010)-3142/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3142/2020

14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3142/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx xxxx 2020-ci il tarixdə vəfat etmiş bacısı X2 ölüm faktının təsdiq edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bacısı X10 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. xx xxxx 2020-ci il tarixdə bacısı X2 ölüm haqqında xəbərdarlıq vərəqəsi təcili və X4 stansiyası tərəfindən verilmişdir. Bacısı X2 ölüm haqqında şəhadətnməsinin verilməsi üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdikdə bildirmişlər ki, X10 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, bacısı X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun bütün dəfn işlərini özü görmüşdür. Bacısının ondan başqa heç kimi olmamışdır. Bu səbəbdən yanında təkcə özü olmuşdur. Bacısı onun evində qeydiyyatda olub. Hazırda isə onu qeydiyyatdan çıxarmaq istəyir. Lakin bunun üçün ölüm haqqında şəhadətnamə lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə müraciət edilərək işlərin çoxluğu ilə əlaqədar mülki işə Şöbənin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 663-05/75 nömrəli məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. 175 saylı MTK-nın İdarə heyətinin xx.xx.2020-ci il tarixli, 18/20 nömrəli arayışından görünür ki, X10 ünvan 1 mənzil 67 ünvanında yaşamış, təcili tibbi yardımın arayışına əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 713 nömrəli arayışdan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X10 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2020-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. Bakı şəhər Təcili və X4 Stansiyasının 8 saylı Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 125 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 08:30-da Yasamal rayonu, Ş.Əzizbəyov küç., d.5, ev 2 ünvanına X10 adına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi R.Cəfərov yerinə yetirmiş, həkimə qədər ölüm halı müəyyən edilmiş, qadın cinsli meyid aşkar edilmişdir. Qəbir daşının fotoşəklindən görünür ki, qəbirdaşının üzərində “X6 - xx.xx.1939xx.xx.2020” qeyd edilmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onu otuz ildir ki, tanıyır. xx xxxx 2020-ci ildə xəbər gəldi ki, Solmazın bacısı Rəhilə vəfat edib. Rəhilə yaşlı qadın idi. Onu qəbiristanlıqda dəfn etmişlər. O da dəfndə iştirak edib, özü torpağa qoymuşdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Ərizəçi onun anasıdır. X10 isə onun xalası olub. O, xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar anası ilə xalasının evinə gedəndə artıq xalası həyatda olmayıb. Həmin vaxt təcili tibbi yardım da gəlib. Pandemiya dövrünə düşdüyünə görə dəfndə ancaq ailə üzvləri və qonşu Fuad iştirak etmişdir. Onu “Dağüstü 1” qəbiristanlığında dəfn etmişlər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi onun anasıdır. X10 isə onun xalası olub. Xalası Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 5 ünvanında öz evində tək yaşamış, xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar evə gedəndə artıq xalası ölüb. Həmin vaxt təcili yardım da gəlib. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi bacısı X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. R.Paşayevaya görə təcili tibbi yardım da çağırılmış, təcili tibbi yardım stansiyasının müvafiq bölməsi X2 xx.xx.2020-ci il tarixdə öldüyünü təsdiq etmişdir. Həmçinin, Yasamal Bələdiyyəsi X2 xx.xx.2020-ci il tarixdə “Dağüstü 1” qəbiristanlığında dəfn olunması barədə arayış vermişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş şahidlərin hər biri X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktını təsdiq etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən bacısı X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki,şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X2 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından Ərizəçi sonradan bacısının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. O da bacısının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar