Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3142/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/8/2025-0Q405 nömrəli, xx.xx.2025- ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, o, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə bağladıqları MŞB/8/2025- 00405 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə əsasən birgə nikahlarından dünyaya gələn əkiz uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 analarının yanında qalmasına və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü xx.xx.2025-ci il tarixdən etibarən növbəti ayın 10-dək hər uşağa 400 manat olmaqla, ümumilikdə 800 manat aliment pulunu ona ödəməyi barədə Maraqlı şəxs öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs yüksək təqaüd almasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməyərək aliment pullarını ödəməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı X1 Sevinc Məmmədəli qızı ilə aralarında bağlanmış MŞB 18/2025-00405 nömrəli xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsinə dair ərizəsinə heç bir etirazının olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: Birinci tərəf: Ərizəçi İkinci tərəf: (həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 Birinci tərəf: (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə hər ay 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi bu aliment məbləğini İkinci tərəf: Maraqlı şəxs təqdim edəcəyi ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi məqsədilə(barişiq saziş əsasında aylıq 800 AZN aliment məbləği icra olunması (pensiyasından tutularaq) ona Birinci tərəf: Ərizəçi ödənilməsi məqsədi ilə) Bu barışıq sazişini Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti idarəsinə rəsmi qaydada ərizə yazaraq təqdim edəcəyinə dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət edəcəyinə (barışıq sazişini təsdiq etdirəcəyinə və məcburi icraya yönəldəcəyinə) dair hüquqlarını öz üzərində saxlayır. İkinci tərəf: Əliyev X3 tərəf: (həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 Birinci tərəf: (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Əliyev X3 tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 400 (dörd yüz) AZN olmaqla ümumilikdə hər ay 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu barışıq sazişinin surətini Dövlət Sosial Müdafiə Fonduna rəsmi qaydada ərizə yazaraq təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyinə (barışıq sazişini təsdiq etdirəcəyinə və məcburi icraya yönəldəcəyinə) dair hüquqlarından istifadə edəcəyi ona məlumdur və buna etiraz etmir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2016-cı il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxsdur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2016-ci il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxsdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs ilə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X8 dünyaya gəlmişdi. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: Birinci tərəf: Ərizəçi İkinci tərəf: (həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 Birinci tərəf: (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə hər ay 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi bu aliment məbləğini İkinci tərəf: Maraqlı şəxs təqdim edəcəyi ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi məqsədilə(barişiq saziş əsasında aylıq 800 AZN aliment məbləği icra olunması (pensiyasından tutularaq) ona Birinci tərəf: Ərizəçi ödənilməsi məqsədi ilə) Bu barışıq sazişini Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti idarəsinə rəsmi qaydada ərizə yazaraq təqdim edəcəyinə dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət edəcəyinə (barışıq sazişini təsdiq etdirəcəyinə və məcburi icraya yönəldəcəyinə) dair hüquqlarını öz üzərində saxlayır. İkinci tərəf: Əliyev X3 tərəf: (həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 Birinci tərəf: (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Əliyev X3 tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 400 (dörd yüz) AZN olmaqla ümumilikdə hər ay 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu barışıq sazişinin surətini Dövlət Sosial Müdafiə Fonduna rəsmi qaydada ərizə yazaraq təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyinə (barışıq sazişini təsdiq etdirəcəyinə və məcburi icraya yönəldəcəyinə) dair hüquqlarından istifadə edəcəyi ona məlumdur və buna etiraz etmir. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2025-00405 saylı, xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Birinci tərəf: Ərizəçi İkinci tərəf: (həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 Birinci tərəf: (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə hər ay 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi bu aliment məbləğini İkinci tərəf: Maraqlı şəxs təqdim edəcəyi ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi məqsədilə(barişiq saziş əsasında aylıq 800 AZN aliment məbləği icra olunması (pensiyasından tutularaq) ona Birinci tərəf: Ərizəçi ödənilməsi məqsədi ilə) Bu barışıq sazişini Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti idarəsinə rəsmi qaydada ərizə yazaraq təqdim edəcəyinə dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət edəcəyinə (barışıq sazişini təsdiq etdirəcəyinə və məcburi icraya yönəldəcəyinə) dair hüquqlarını öz üzərində saxlayır. İkinci tərəf: Əliyev X3 tərəf: (həyat yoldaşı) Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları (əkizlər) xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 Birinci tərəf: (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Əliyev X3 tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 400 (dörd yüz) AZN olmaqla ümumilikdə hər ay 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu barışıq sazişinin surətini Dövlət Sosial Müdafiə Fonduna rəsmi qaydada ərizə yazaraq təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyinə (barışıq sazişini təsdiq etdirəcəyinə və məcburi icraya yönəldəcəyinə) dair hüquqlarından istifadə edəcəyi ona məlumdur və buna etiraz etmir.” Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3142/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3142/2025
23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver