Məhkəmə qərarları › İş №2(010)-3150/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3150/2023

25.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3150/2023 25.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.17-ci maddəsinin tələbinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə də məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq, müəyyən edilir. Həmin Məcəllənin 306.2-ci maddələrinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddiaçı Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə, yəni iddia ərizəsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etməyərək cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş üzrə maraqlı şəxsi qeyd etməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumunun ödənilməsi haqqında sənəd məhkəməyə təqdim olunmayıb. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Lerik rayonu, Nuravud ərazi dairəsi, Zərdəbərə kəndində qeydiyyatdadır. O, iddia ərizəsində öz yaşayış ünvanını Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytun sovxozu kimi qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyat qaydalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-ci maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Hazırki tələb isə barışıq sazişinin təsdiq olunması ilə bağlıdır. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, iddiaçı Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşaması müəyyən edilmədiyindən həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar