Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3157/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X11 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən atası Ərizəçi 1949-cu ilin sonu və ya 1950-ci ilin əvvəllərində ölüm faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. X8, X1 olmuşdur. X2 x xxxxxx 1995-ci ildə, qardaşı X25 xx.xx.1988-ci ildə, bacısı Allahverdiyeva (Əliyeva) Xanım Ağaşərif qızı xx.xx.2015-ci ildə, qardaşı X9 x xxxx 2007-ci ildə vəfat etmişdir. Ona məlum olduğu kimi anası qardaşı Yusifə hamilə olarkən X8 vəfat etmişdir. X20 xx xxxx 1950-ci ildə anadan olmuşdur. Buradan belə bir mənqiti nəticəyə gəlmək olar ki, atası 1949-cu ilin axırları və ya 1950-ci ilin ortalarında vəfat etmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsinin verilməsinə kömək məqsədilə Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə müraciət etmiş, Xidmətdən aldığı cavab məktubunda bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, eləcə də Şəmkir rayon Qeydiyyat Şöbəsinin arxivində atasının ölümü ilə bağlı hər hansı məlumat aşkar edilmədiyi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Anasından qalan mirası qanun üzrə vərəsə kimi qəbul edərkən sənədləşdirmə vaxtı atasının ölümü haqqında şəhadətnamə əldə edə bilməmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra ərizəçi X15 ərizəsini dəqiqləşdirərək məhkəmədən X8nun 1949-cu ilin sonu və ya 1950-ci ilin əvvəllərində ölüm faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir rayonu Çinarlı qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İİ 007743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (X8, X4) xx.xx.1948-ci ildə Şəmkir rayonu Çinarlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1948-ci ildə 21 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2007ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 293 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ 725984 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.2015-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 220 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2054-05/70 nömrəli arayışdan görünür ki, X25 xx.xx.1988-ci ildə Bakı şəhərində ölmüş, ölümü haqqında xx.xx.1988-ci il tarixdə 197 saylı akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, AZ-İ 303202 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2005-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 172 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyetsri Xidməti tərəfindən Ərizəçi Şirin oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, eləcə də Şəmkir rayon Qeydiyyat Şöbəsini arxivində Ş.Allahverdiyevin ölümü ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Vətəndaşa məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, Ərizəçi onun əridir. X3 ölümü barədə o, baldızından eşitmişdir. Atası öləndə baldızı Xanımın 15- 16 yaşı olmuşdur. Onlar qəbiristanlığa getsələr də köhnə qəbirlərin hamısı itib-batmışdır. Şəmkir rayon Qeydiyyat Şöbəsində də ölümlə bağlı heç bir sənəd çıxmamışdır. 2005-ci ildə isə qayınanası, 2007-ci ildə isə qaynı rəhmətə getmişdir. Bundan sonra, əri evi öz adına rəsmiləşdirmək istəsə də atası adına ölüm kağızı olmadığından alınmamışdır. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları, ərizəçinin izahatı və şahid ifadəsi əsasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1948-ci ildə doğulmuş, X8, X1 olmuşdur. X1 xx.xx.2005-ci il tarixdə ölmüş, bu bardə müvafiq akt qeydi edilmişdir. Lakin X8nun ölümü barədə heç bir qeydiyyat aparılmamış, nə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, nə də Şəmkir rayon Qeydiyyat Şöbəsini arxivində Ş.Allahverdiyevin ölümü ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Hazırda isə ərizəçi atasının ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. O, iddia edir ki, atası 1949-cu ilin sonu 1950-ci ilin əvvəllərində ölmüşdür. O, bunu belə əsaslandırır ki, atası öldüyü vaxt anası qardaşı X6 hamilə olmuş, qardaşı Yusif xx.xx.1950-ci ildə doğulmuşdur. Beləliklə, atasının 1949-cu ilin sonu, 1950-ci ilin əvvəllərində ölmüş olduğu nəticəsinə gəlmişdir. Məhkəmə iclasında ifadəsi alınan və ərizəçinin arvadı olan şahid də ərizədə qeyd edilənləri təsdiqləmiş və ərizəçinin atasının ölümü barədə baldızından eşitdiyini demişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən X8nun qeyd etdiyi tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Ərizədə qeyd edilənlərdən, ərizəçi və şahidin izahatlarından belə görünür ki, Ərizəçi atasının ölümünə şahid olmamışdır. Məlumdur ki, 1948-ci ildə doğulmuş uşaq 1949-cu ildə ölmüş atasının ölümünü dərk edə və yadında saxlaya, dolayısıyla buna şahid ola bilməz. Atasının ölümünü görən və buna şahid ola biləcək ərizəçinin anası, bacısı və qardaşları isə ölmüşdür. İş üzrə yeganə şahid kimi dindirilmiş ərizəçinin arvadı isə qayınatasının ölümü barədə baldızından eşitdiyini demişdir. İş materiallarında isə ərizəçinin atasının ölümünü təsdiq edə biləcək hər hansı tibbi sənəd, yaxud başqa sübutlar yoxdur. Təxminən 70 il - ərizəçinin dediyinə görə - bundan əvvəl ölmüş və bu barədə heç bir qeydiyyat aparılmamış şəxsin ölüm faktını təsdiq edə biləcək ən mötəbər sübut bir-birini tamamlayan, iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə təhlil edilə biləcək şahid ifadələri ola bilərdi. Hazırkı işdə isə nəinki şahid ifadəsi, bu faktın təsdiq ediməsi üçün heç bir sübut yoxdur. İş üzrə yeganə sübut kimi ərizəçinin arvadının ifadəsi təqdim edilmişdir ki, bu da mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ilk növbədə şahid ərizəçinin arvadıdır, ikincisi isə o qayınatasının ölümünə özü şahid olmamış, bu barədə baldızından eşitdiyini demişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu ifadə iş üzrə mötəbər sübut kim qiymətləndirilə bilməz. Bundan başqa, ərizəçi iş materiallarına anasının, bacı və qardaşlarının ölümü haqqında şəhadətnamələrin surətlərini sübut kimi əlavə etmişdir ki, bu sənədlərin heç biri ərizəçinin atasının ölüm faktının müəyyən edilməsi üçün sübut əhəmiyyəti daşımır. Beləliklə, iş materiallarında ərizəçinin X8nun ərizəçinin qeyd etdiyi tarixdə ölməsi faktını təsdiq edəcək heç bir mötəbər sübut mövcud deyil. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Qərarın 9.3-cü bəndinə qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi X8nun ölüm faktını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 312-316, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 37 saylı Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3157/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3157/2020
05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver