Məhkəmə qərarları › İş №2(010)-3173/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3173/2020

21.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3173/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “hədiyyə verilmiş qızıl zinət əşyalarının qaytarılması,birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin bir hissəsinin ona qaytarılması,birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin tikintisi və təmirinə sərf edilmiş pulun qaytarılması və mənəvi zərər” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “hədiyyə verilmiş qızıl zinət əşyalarının qaytarılması,birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin bir hissəsinin ona qaytarılması,birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin tikintisi və təmirinə sərf edilmiş pulun qaytarılması və mənəvi zərər” tələblərinə dair ərizəiləməhkəməyəmüraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə hüquqi cəhətdən bağlı olmayan tələblərini birləşdirmişdir. MPM-nin152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, ərizənin geri qaytarılması, buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “hədiyyə verilmiş qızıl zinət əşyalarının qaytarılması,birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin bir hissəsinin ona qaytarılması,birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin tikintisi və təmirinə sərf edilmiş pulun qaytarılması və mənəvi zərər” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin geri qaytarılması, buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar