Məhkəmə qərarları › İş №2(010)-3175/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3175/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3175/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i : Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1937-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X6 onun atasıdır. xx xxxx 2020-ci il tarixdə atasının səhhəti qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq, atasının yaşadığı ünvan 1 ünvana həkim dəvət etmişdilər. Lakin təcili tibbi yardım həkimləri gələnədək atası evdə ölmüşdür. Onlar atasını Suraxanı rayonu Dədəqorqud qəsəbəsi qəbirstanlığında dəfn ediblər. Onun bütün qohumları atasının yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də atasının ölməsi faktını təsdiq edə bilərlər. Lakin atası öləndən onların başı yas mərasiminə qarışmış onlar onun ölümü barədə şəhadətnamə almaq üçün lazımi sənədlər toplayıb Qeydiyyat şöbəsinə təqdim etməmişlər. Lakin hal-hazırda vərəsəlik məsələlərin həlli ilə əlaqədar o, Maraqlı şəxsnə gedərək qardaşının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən atası X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 verdiyi izahatında ərizəçinin anası, vəfat etmiş şəxsin arvadı olduğunu göstərərək, vəfat etmiş X1 xx xxxx 2020-ci il tarixdə axsam çağı təqribi saat 8-in yarısı təzyiqi qalxdı, vaxt itirmədən təcili tibbi yardıma zəng etdiklərini və 15 dəqiqəyə gəldiyini, lakin təcili tibbi yardımın gələnə kimi yoldaşının rəhmətə getdiyini bildirmişdir. Eyni zamanda həmin günü orada yaxın qohumları və qonşularının da olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Ölüm haqqında şəhadətnaməni də, yoldaşının yaşadığı rayon polikilinikasında qeydiyyatı olmadığına görə ala bilmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 verdiyi izahatında vəfat etmiş şəxsin onun əmisi, onunla bir həyətdə yaşadığını, həm qohum, həm qonşu olduğunu qeyd edərək, X3 xx xxxx 2020-ci il tarixdə vəfat etdiyini, onun əmisigilə təqribi saat doqquza işləmişdə gəldiyini, o, oraya gələndə təcili tibbi yardım getdiyini bildirmişdir. Əmisinin təzyiqinin qalxdığını və ürək tutmasından rəhmətə getmişdir. Həmin anda yaxın qohumları və qonşuları orada idi. Ölüm haqqında şəhadətnaməni də, əmisinin yaşadığı rayon polikilinikasında qeydiyyatı olmadığına görə ala bilmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 öz izahatına əsasən, iyun ayının 10-u təqribi saat 8-in yarısında qardaşı tərəfindən zəng gəldiyini, o,özünü ora saat 9-a işləmiş çatdırdığını, o oraya çatanda atasının rəhmətə getdiyini və təcili tibbi yardımın da getdiyini bildirmişdir. Həmin anda bacıları, anası, qardaşı, yaxın qohumları və qonşularının orda olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 714 – 05/75 nömrəli məktubu ilə Maraqlı şəxsndə Ərizəçi xx.xx.2020ci il tarixdə vəfat etmiş atası X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X6 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145. saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. Mülki işin materiallarına əlavə edilmiş 11 saylı Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, 1-ci mədən küçəsi, S.Əliyev 294 B ünvanında yaşamış xəstə X2 yanına 10 iyul saat 20:18 radələrində gəlmiş, aparılmış müalicə tədbirləri nəticə verməmiş və xəstə sol mədəcik çatışmazlığı və Ağciyər ödemin nəticəsində rəhmətə getmişdir. Mülki iş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli 1199 nömrəli arayışa əsasən, Heydərov X4 rayon, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 194 saylı evin yanında müvəqqəti olaraq köçkün kimi qeydə alınmışdır. Mülki iş materiallarında olan Suraxanı rayon Zığ bələdiyəsi tərəfindən xx.xx.2020-ci il tarixli 157 nömrəli verilmiş məktuba əsasən vətəndaş Ərizəçi Zığ Bələdiyəsinə müraciət edərək mərhum atası X6 xx.xx.2020-ci il tarixində Dədə Qorqud qəbiristanlığında yer ayrılaraq dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin izahatlarını dinləyərək, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Ərizəçi atası xx.xx.1937-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü atası xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü atası xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar