Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3192/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 24.02.*947-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdə ölməsi hüquqi faktının və anası 0*.06.*955-ci il təvəllüdlü X9 30.09.20*4-cü il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 24.02.*947-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının və anası 0*.06.*955-ci il təvəllüdlü X9 30.09.20*4-cü il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun mərhum atası 24.02.*947-ci il təvəllüdlü X*0 xx.xx.2005-ci il tarixdə evdə vəfat etmişdir. Mərhum X2 qəbirstanlığında dəfn edilmişdir. Həmçinin anası 0*.06.*955-ci il təvəllüdlü X*2 30.09.20*4-cü il tarixdə evdə vəfat etmiş və həmin tarixdə Biləcəri qəbirstanlığında dəfn edilmişdir. Faktın müəyyən olunması ərizəçiyə vərəsəliklə bağlı müraciət etməsi üçün lazımdır.Mərhum atası və anası ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışlar. O, ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmiş, **.05.2022-ci il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş arayışda X*2 barəsində ölüm haqqında akt qeydinin aşkar edilmədiyi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş arayışda X7 barəsində ölüm haqqında akt qeydinin aşkar edilmədiyi göstərilmişdir. Hüquqları bilmədiyindən valideynləri vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. X* xx.xx.2005-ci il tarixdə və X9 30.09.20*4-cü il tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. Onun mərhum valideynlərinin ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almağa imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Faktın müəyyən olunması ərizəçiyə vərəsəliklə bağlı müraciət etməsi üçün lazımdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 ifadəsində göstərdi ki, o, Ərizəçi qardaşı arvadıdır. O, 2002-ci ildə gəlin gəlmişdir. 2005-ci ildə qaynatası və 20*4-cü ildə qaynanası yaşadıqları evdə, yəni ünvan 1-da vəfat etmişdir. Həm qaynatası, həm də qaynanası Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*9 oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi qardaşıdır. Mərhum atası xx.xx.2005-ci ildə ürək tutmasından, anası isə 30.0.20*4cü ildə şəkər xəstəliyindən vəfat etmişdir. Onlar yaşadıqları evdə, yəni ünvan 1-da vəfat etmişlər. Həm atası, həm də anası Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X** ifadəsində göstərdi ki, o, Ərizəçi ilə bacanaqdır. O, X* və X9 dəfn və yas mərasimlərində iştirak etmişdir. Hər ikisi xəstəlikdən vəfat etmişdir. Hər ikisi Biləcəri qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları X3 sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X9 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları X3 sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən **.05.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, onun 20*4-cü ildə vəfat edən anası X*2 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X6 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən **.05.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, onun 2005-ci ildə vəfat edən atası X*0 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası- 24.02.*947-ci il təvəllüdlü X*0 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində, anası - 0*.06.*955-ci il təvəllüdlü X9 30.09.20*4-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi valideynlərinin ölümü haqqında şəhadətnamə almaq üçün Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi valideynləri barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə vərəsəliklə bağlı müraciət etməsi üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 24.02.*947-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi və 0*.06.*955-ci il təvəllüdlü X9 30.09.20*4-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.02.*947-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi və 0*.06.*955-ci il təvəllüdlü X9 30.09.20*4-cü il tarixdə Bakı şəhərində ölməsi faktları müəyyən edilsin və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılsın. Ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3192/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3192/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver