Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3199/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ərizəçi Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il MSB 2- 01475 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, o, iddia üzrə Maraqlı şəxs ilə xx.xx.2021-ci ildə ailə həyatı qurmuş, həmin tarixdə nikahları Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində 818 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Rüqəyya adlı qızı dünyaya gəlmişdir. Hal-hazırda ailə münasibətlərində problemlər yaranmışdır. Ailə münasibətləri artıq formal xarakter daşıyır. Eyni zamanda xasiyyətlərinin tutuşmaması və ailədaxili məsələlərdə ümumi məxrəcə gələ bilmədiyindən aralarında bağlılıq pozulmuşdur. Bu səbəbdən mediasiya təşkilatına müraciət edilmiş və tərəflər arasında barışıq sazişi bağlanmışdır. Lakin nikahın pozulması mediasiya prosesində baş tutmadığından Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, nikahları Suraxanı Rayon Məhkəməsinin 2(010) 4409/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mediasiya sessiyasından keçmişdir. Mediasiya prosesi zamanı xx.xx.2022-ci il tarixli MŞB/2-01475 saylı barışıq sazişi bağlanmışdır. Sazişin 2.3-cu bəndinə əsasən, Maraqlı şəxs ilə X1 ilə birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə tərəflər uşaqların ananın yanında saxlanması, uşağın saxlanılması üçün hər ay ata tərəfindən sabit məbləğdə alimentin uşağın anasına ödənilməsi barədə razılıq əldə etmişlər. Lakin qeyd edilənlərə baxmayaraq Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini icra etmir. Bununla bağlı Maraqlı şəxs bildiriş ünvanlanmış və barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icra edilməsi xahiş edilmişdir. O bu bildriişə münasibət bildirməmişdir. Nəticə etibarilə barışıq sazişi Maraqlı şəxs tərəfindən hələ də icra edilməyib. Hesab edir ki, Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/2-01475 saylı barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların 'hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Məhz bu səbəbdən xx.xx.2022-ci il tarixli MŞB/2-01475 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Bu səbəbdən də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında tələbi qəbul etdiyi bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, vaxtında alimenti ödəmişdir, lakin 3 ay müddətində işləmədiyindən alimenti ödəyə bilməmişdir. Həmçinin bəzi vaxtlarda ödəmələri gecikdirmiş, bəzən də vaxtından əvvəl etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 2.1 Tərəflər razılaşırlar ki, 4 Saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 17 may 2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 818 № ilə qeydə alınmış nikahı pozsunlar. Bunun üçün birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq; 2.2 Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X6 anası X1 yanında saxlanılsın; 2.3 Tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il təvəllüdlü X3 18 yaşına qədər saxlanılması üçün Maraqlı şəxs X1 xeyrinə hər ay 200 (iki yüz) manat sabit məbləğdə aliment ödəsin. Aliment saziş imzalandıqdan sonra hər ayın 1-dən 5-nə kimi Maraqlı şəxs tərəfindən X1 bank hesabına ödəniləcək; 2.4 Tərəflər razılaşırlar ki, Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri gündüz saat 11:00-dan 14:00-dək ananın iştirakı ilə ananın yaşadığı evdən kənarda ünsiyyətdə olmaqla görüşsün.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4409/2022 saylı qətnaməsindən görünür ki, bu qətnamə ilə iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il tarixdə 818 nömrə ilə qeydə alınmış nikahın nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə doğulmuşdur, anası X4 və atası Maraqlı şəxsdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2021-cı il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə nikahın pozulması, uşağın tərəflərdən hansının yanında qalması, aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həmçinin, müəyyən edilmişdir ki, birgə nikahdan doğulmuş uşaq anasının yanında qalacaq və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulacaqdır. Bundan sonra, bağlanmış sazişə uyğun olaraq, Əliyeva X5 Şahmar Çingiz oğlu ilə olan nikahının pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmiş, və Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1 Tərəflər razılaşırlar ki, 4 Saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 17 may 2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 818 № ilə qeydə alınmış nikahı pozsunlar. Bunun üçün birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq; 2.2 Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X6 anası X1 yanında saxlanılsın; 2.3 Tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il təvəllüdlü X3 18 yaşına qədər saxlanılması üçün Maraqlı şəxs X1 xeyrinə hər ay 200 (iki yüz) manat sabit məbləğdə aliment ödəsin. Aliment saziş imzalandıqdan sonra hər ayın 1-dən 5-nə kimi Maraqlı şəxs tərəfindən X1 bank hesabına ödəniləcək; 2.4 Tərəflər razılaşırlar ki, Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri gündüz saat 11:00-dan 14:00-dək ananın iştirakı ilə ananın yaşadığı evdən kənarda ünsiyyətdə olmaqla görüşsün.” Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3199/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3199/2023
03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver