Məhkəmə qərarları › İş №2(010)-3206/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3206/2020

14.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3206/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudova Ruslan Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Yusifov Ramil Hörmət oğlunun, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanda yerləşən, cavabdehlərlə birlikdə yaşamış olduğu mənzildəki ona (iddiaçıya) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsində yerləşən 101 nömrəli mənzildə yerləşən cehiz əşyaları - qış-yay yataq örtüyü- 5 ədəd, yataq dəsti - 6 dəst, Televizor “Samsung”, Tuner-1 ədəd, Ət maşını- 1 ədəd, Tozsoran Filips-1 ədəd, Elektrik sobası Hokman-1 ədəd, Ütü-1 ədəd, Süfrə - 7 ədəd, Süfrə - 7 ədəd, Tuner-1 ədəd, Çilçıraq-1 ədəd 12 şamlı-(qonaq otağı üçün), Çilçıraq (yataq otağı üçün)-1 ədəd, Hamam dəsmalı - (Pumppilla) 4 ədəd, Balaca dəsmal (Şahəsər) 6- ədəd, Rəngli əl-üz dəsmalı, Ağ güllü əl-üz dəsmalı 6 ədəd, Ağ və krem rəngli qaşlı və 4 ədəd balaca əl-üz dəsmalı, Çay dəsmalı 12 ədəd 2 qutu, Dairəvi çay dəsmalı- 4 ədəd, Ağ- qırmızı önlük-1 ədəd, Qazan üçün dəmalan-3 ədəd, Çaynik dəsmalı-1 ədəd, Dəst dəsmal, əlcək və tutacaq, Suçəkən dəsmal-1 ədəd, Balınc 50x70-4 ədəd, İki nəfərlik yorğan-1 ədəd, Taxt üçün yun yorğan-2 ədəd, Taxt üçün yun döşək-1 ədəd, Krem rəngli stul üzü-6 ədəd, Xalça-2 ədəd, 9 metr tül-qonaq otağı üçün, 6 metr tül pərdə üstü-yataq otağı üçün, Əl-üz dəsmalı (Özdilek)- 2 ədəd, Saç qurutmaq üçün fen-1 ədəd, Ütü fen-1 ədəd, Yataq dəsti mebeli: (dolab, termo, yatağın ayaq hissəsində sandıqça, güzgülü tumba güzgülü-iki ədəd), Qonaq dəsti mebeli: (Stol-6 ədəd stulu ilə, Komot, Tv stend, qorka),Qranit qazan dəsti PMT-6 ədəd, Nikel qazan dəsti Sofram-5 ədəd, Çömçə dəsti Tefal, Sürtkəc-1 ədəd, Mətbəx taxtası-1 ədəd, Manqal kiçik piknik-1 ədəd, Mətbəx dəsti: (2 ədəd nikel çömçə, 2 ədəd kəfkir,1 ədəd qoz sındıran, 1 ədəd taxta qaşıq), Qaşıq qabı-1 ədəd-2 manat, Pomidor saxlamaq üçün qab-3 ədəd, Blinçik tavası-1 ədəd, Padnus dəsti (üçlü),Tort və biskvit listləri, Bənövşəyi çaydan və çaynik dəsti, Boz rəngli çaydan-1 ədəd, Bənövşəyi rəng bıçaq dəsti, Çamadan bıçaq dəsti, Tort qabı-fırlanan, Servis dəsti (yemək, çay və kofe dəstləri), Xrustal bakal Neman-6 ədəd, Kiçik rumka Xrustal-6 ədəd, Konfet qabı xrustal-2 ədəd, Mürəbbə qabı xrustal-2 ədəd, Qızılı qrafın dəsti, Komot dəsti-2 ədəd meyvə qabı, 1 ədəd gülqabı, Hessam qabı 1 ədəd böyük və 2 ədəd kiçik, Blender elektrik 1 ədəd, Mexaniki blender 1 ədəd, Yataq otağı üçün gecə işığı-2 ədəd, Gündəlik servis: (böyük qab-12 ədəd,kiçik qab-12 ədəd, Dərin qab-12 ədəd, Kiçik kasa-12 ədəd, Orta ölçülü kasa-6 ədəd, Böyük kasa-2 ədəd, Bulud-2 ədəd, Salfet qabı-4 ədəd), Su bardağı- 12 ədəd, Böyük nəlbəki-12 ədəd, kiçik nəlbəki- 12 ədəd, Mürəbbə qabı-12 ədəd, Dördbucaq çaşka dəsti-6 ədəd, Meyvə qabı-3 ədəd, Qənd qabı-2 ədəd, Çərəz qabı-2 ədəd,Şirniyyat qabı-6 ədəd, Çay bardağı xrustal-12 ədəd, Armudu çay bardağı-12 ədəd, Çəngəl-12 ədəd, qaşıq-12 ədəd, çay qaşığı-12 ədəd, limon üçün çəngəl-12 ədəd, mürəbbə qaşığı-6 ədəd, Çaynik-1 ədəd; Şəxsi geyim əşyaları - kurtka-5 ədəd, yay şalvarı (sadə və cins)-4 ədəd, Kofta müxtəlif formada-12 ədəd, Don (ziyafət üçün qara və çəhrayi rəngdə)-3 ədəd, Şərf və əlcək, İdman paltar dəsti: sarı, qırmızı və çəhrayi rəngdə-4 ədəd, evdə geyinmək üçün: lasin (vilur və yun)-4 ədəd cehiz və geyim əşyalarının onun (iddiaçının) qanuni sahibliyinə qaytarılması və ya onların dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 alınaraq ona qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh1 İddiaçı qarşı qızıl-zinət əşyalarının geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd dəyəri 700 manat olan nişan üzüyü və bir ədəd dəyəri 800 manat olan sırğa və üzük İddiaçı alınaraq Cavabdeh1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Yusifov Ramil Hörmət oğlu ilkin iddianı müdafiə edərək, qarşlıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxxx 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahdan övladları olmayıb. Onlar ailə qurduqdan sonra münasibətləri normal olsa da sonralar münasibətləri korlanmışdır, tərəflər faktiki olaraq ayrı yaşayırlar və hal-hazırda nikahın məhkəmə qaydasında pozulması üçün aralarında məhkəmə çəkişməsi gedir. Ailə qurduqdan sonra iddiaçıya verilən cehiz əmlakını və geyim əşyalarını Bakı şəhəri, Suraxanı rayonu,Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsində yerləşən 101 nömrəli evə gətirmiş və münasibətləri pozulana qədər həmin ünvanda yaşamışdır. Halhazırda həmin mənzildə yaşamır, İddiaçı atasına məxsus evə qayıtmışdır. Lakin iddia ərizəsində adları sadalanan cehiz və geyim üçün apardığı əşyalar hal-hazırda əvvəllər yaşadığı evdə qalmış, cavabdehlərinin qanunsuz sahibliyindədir. Qarşılıqlı iddiaya münasibətdə isə bildirmişdir ki, İddiaçı hədiyyə qismində verilən qızıl əşyaları bir dəst kolye, bir ədəd nazik boyunbağı və bir ədəd həddən artıq yüngül çəkili sırğa və toy üçün hədiyyə edilən bir ədəd üzük olmuşdur. İddiaçının özü və onun ailə üzvləri həmin evə gəlin köçən gündən İddiaçı bildirmişlər ki, ona hədiyyə qismində verilən qızıl-zinət əşyalarını hər zaman üzərində gəzdirsin. Belə ki, yaşadıqları ev fərdi yaşayış evi olduğundan hər an kənar şəxslərin həmin evə daxil olması mümkündür. Həmin dövr ərzində isə qarşılıqlı iddia ərizəsində qeyd edilən bir ədəd kişi üzüyü İddiaçı olmamış, Cavabdeh1 öz istifadəsində olmuşdur. Bundan başqa Cavabdeh1 anasına məxsus olan bir cüt sırğa və üzükdən isə onun ümumiyyətlə məlumatı olmamışdır.Odur ki, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı öz atasına məxsus evin satılmasına razılıq verilməsi məqsədi ilə notariusa getmək üçün atası evinə getmişdir. Lakin həmin gün bildirmişlər ki, sənədləşmə işi alınmadığına görə iddiaçı anası gildə qalacaqdır. Lakin sonradan əsassız və yalan bəhanələr gətirməklə evə qayıtmamışdır. Evdən gedən zamanİddiaçı Cavabdeh1 və onun ailəsinə heç bir məlumat vermədən onlara məxsus bir ədəd dəyəri 700 manat olan nişan üzüyünü və bir ədəd dəyəri 800 manat olan sırğa və üzüyü özü ilə aparmışdır. Bu barədə Cavabdeh1 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə də müraciət etmişdir. Lakin cinayət işinin başlanılması rədd olunsa da, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən ilkin iddianın qismən təmin olunmasını, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə çağırış vərəqəsi göndərilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4345 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına İddiaçı məxsus cehiz əşyalarının foto şəkilləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarın surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında araşdırma aparılmış, toplanılmış material əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1.-ci (cinayət hadisəsi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçıya məxsus cehiz və şəxsi əşyaları cavabdehlə birlikdə yaşadığı mənzilə yerləşdirilmişdir. Ailə qurduqdan sonra münasibətləri normal olmuş, sonradan ailə münasibətləri pisləşmiş, bir yerdə yaşamaları mümkün olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında İddiaçı məxsus olan cehiz əşyaları yerləşdirilmişdir və həmin cehiz əmlakları hal-hazırda qorunub saxlanılması üçün cavabdehlərə təhvil verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsində yerləşən 101 nömrəli mənzildə yerləşən cehiz əşyaları - qış-yay yataq örtüyü- 5 ədəd, yataq dəsti - 6 dəst, Televizor “Samsung”, Tuner-1 ədəd, Ət maşını-1 ədəd, Tozsoran Filips-1 ədəd, Elektrik sobası Hokman-1 ədəd, Ütü-1 ədəd, Süfrə - 7 ədəd, Süfrə - 7 ədəd, Tuner-1 ədəd, Çilçıraq-1 ədəd 12 şamlı-(qonaq otağı üçün), Çilçıraq (yataq otağı üçün)-1 ədəd, Hamam dəsmalı - (Pumppilla) 4 ədəd, Balaca dəsmal (Şahəsər) 6- ədəd, Rəngli əl-üz dəsmalı, Ağ güllü əl-üz dəsmalı 6 ədəd, Ağ və krem rəngli qaşlı və 4 ədəd balaca əl-üz dəsmalı, Çay dəsmalı 12 ədəd 2 qutu, Dairəvi çay dəsmalı- 4 ədəd, Ağ- qırmızı önlük-1 ədəd, Qazan üçün dəmalan-3 ədəd, Çaynik dəsmalı-1 ədəd, Dəst dəsmal, əlcək və tutacaq, Suçəkən dəsmal-1 ədəd, Balınc 50x70-4 ədəd, İki nəfərlik yorğan-1 ədəd, Taxt üçün yun yorğan-2 ədəd, Taxt üçün yun döşək-1 ədəd, Krem rəngli stul üzü-6 ədəd, Xalça-2 ədəd, 9 metr tülqonaq otağı üçün, 6 metr tül pərdə üstü-yataq otağı üçün, Əl-üz dəsmalı (Özdilek)- 2 ədəd, Saç qurutmaq üçün fen-1 ədəd, Ütü fen-1 ədəd, Yataq dəsti mebeli: (dolab, termo, yatağın ayaq hissəsində sandıqça, güzgülü tumba güzgülü-iki ədəd), Qonaq dəsti mebeli: (Stol-6 ədəd stulu ilə, Komot, Tv stend, qorka),Qranit qazan dəsti PMT-6 ədəd, Nikel qazan dəsti Sofram-5 ədəd, Çömçə dəsti Tefal, Sürtkəc-1 ədəd, Mətbəx taxtası-1 ədəd, Manqal kiçik piknik-1 ədəd, Mətbəx dəsti: (2 ədəd nikel çömçə, 2 ədəd kəfkir,1 ədəd qoz sındıran, 1 ədəd taxta qaşıq), Qaşıq qabı-1 ədəd-2 manat, Pomidor saxlamaq üçün qab-3 ədəd, Blinçik tavası-1 ədəd, Padnus dəsti (üçlü),Tort və biskvit listləri, Bənövşəyi çaydan və çaynik dəsti, Boz rəngli çaydan-1 ədəd, Bənövşəyi rəng bıçaq dəsti, Çamadan bıçaq dəsti, Tort qabı-fırlanan, Servis dəsti (yemək, çay və kofe dəstləri), Xrustal bakal Neman-6 ədəd, Kiçik rumka Xrustal-6 ədəd, Konfet qabı xrustal-2 ədəd, Mürəbbə qabı xrustal-2 ədəd, Qızılı qrafın dəsti, Komot dəsti-2 ədəd meyvə qabı, 1 ədəd gülqabı, Hessam qabı 1 ədəd böyük və 2 ədəd kiçik, Blender elektrik 1 ədəd, Mexaniki blender 1 ədəd, Yataq otağı üçün gecə işığı-2 ədəd, Gündəlik servis: (böyük qab-12 ədəd,kiçik qab-12 ədəd, Dərin qab-12 ədəd, Kiçik kasa-12 ədəd, Orta ölçülü kasa-6 ədəd, Böyük kasa-2 ədəd, Bulud-2 ədəd, Salfet qabı-4 ədəd), Su bardağı-12 ədəd, Böyük nəlbəki-12 ədəd, kiçik nəlbəki- 12 ədəd, Mürəbbə qabı-12 ədəd, Dördbucaq çaşka dəsti-6 ədəd, Meyvə qabı-3 ədəd, Qənd qabı-2 ədəd, Çərəz qabı-2 ədəd,Şirniyyat qabı-6 ədəd, Çay bardağı xrustal-12 ədəd, Armudu çay bardağı-12 ədəd, Çəngəl-12 ədəd, qaşıq-12 ədəd, çay qaşığı-12 ədəd, limon üçün çəngəl-12 ədəd, mürəbbə qaşığı-6 ədəd, Çaynik-1 ədəd; Şəxsi geyim əşyaları kurtka-5 ədəd, yay şalvarı (sadə və cins)-4 ədəd, Kofta müxtəlif formada-12 ədəd, Don (ziyafət üçün qara və çəhrayi rəngdə)-3 ədəd, Şərf və əlcək, İdman paltar dəsti: sarı, qırmızı və çəhrayi rəngdə-4 ədəd, evdə geyinmək üçün: lasin (vilur və yun)-4 ədəd cehiz və geyim əşyaları cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, iddiaçı Cavabdeh1 iddia ərizəsində mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarının İddiaçı olmasını qeyd etsə də, bunun təsdiqi olaraq mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qızıl-zinət əşyalarının mövcudluğu, əyarı, çəkisi, dəyəri və qızıl əşyalarının İddiaçı tərəfindən götürülməsi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsində yerləşən 101 nömrəli mənzildə yerləşən cehiz əşyaları - qış-yay yataq örtüyü- 5 ədəd, yataq dəsti - 6 dəst, Televizor “Samsung”, Tuner-1 ədəd, Ət maşını-1 ədəd, Tozsoran Filips-1 ədəd, Elektrik sobası Hokman-1 ədəd, Ütü-1 ədəd, Süfrə - 7 ədəd, Süfrə - 7 ədəd, Tuner-1 ədəd, Çilçıraq-1 ədəd 12 şamlı-(qonaq otağı üçün), Çilçıraq (yataq otağı üçün)-1 ədəd, Hamam dəsmalı - (Pumppilla) 4 ədəd, Balaca dəsmal (Şahəsər) 6- ədəd, Rəngli əlüz dəsmalı, Ağ güllü əl-üz dəsmalı 6 ədəd, Ağ və krem rəngli qaşlı və 4 ədəd balaca əl-üz dəsmalı, Çay dəsmalı 12 ədəd 2 qutu, Dairəvi çay dəsmalı- 4 ədəd, Ağ- qırmızı önlük-1 ədəd, Qazan üçün dəmalan-3 ədəd, Çaynik dəsmalı-1 ədəd, Dəst dəsmal, əlcək və tutacaq, Suçəkən dəsmal-1 ədəd, Balınc 50x70-4 ədəd, İki nəfərlik yorğan-1 ədəd, Taxt üçün yun yorğan-2 ədəd, Taxt üçün yun döşək-1 ədəd, Krem rəngli stul üzü-6 ədəd, Xalça-2 ədəd, 9 metr tül-qonaq otağı üçün, 6 metr tül pərdə üstü-yataq otağı üçün, Əl-üz dəsmalı (Özdilek)- 2 ədəd, Saç qurutmaq üçün fen-1 ədəd, Ütü fen-1 ədəd, Yataq dəsti mebeli: (dolab, termo, yatağın ayaq hissəsində sandıqça, güzgülü tumba güzgülü-iki ədəd), Qonaq dəsti mebeli: (Stol-6 ədəd stulu ilə, Komot, Tv stend, qorka),Qranit qazan dəsti PMT-6 ədəd, Nikel qazan dəsti Sofram-5 ədəd, Çömçə dəsti Tefal, Sürtkəc-1 ədəd, Mətbəx taxtası-1 ədəd, Manqal kiçik piknik-1 ədəd, Mətbəx dəsti: (2 ədəd nikel çömçə, 2 ədəd kəfkir,1 ədəd qoz sındıran, 1 ədəd taxta qaşıq), Qaşıq qabı-1 ədəd-2 manat, Pomidor saxlamaq üçün qab-3 ədəd, Blinçik tavası-1 ədəd, Padnus dəsti (üçlü),Tort və biskvit listləri, Bənövşəyi çaydan və çaynik dəsti, Boz rəngli çaydan-1 ədəd, Bənövşəyi rəng bıçaq dəsti, Çamadan bıçaq dəsti, Tort qabı-fırlanan, Servis dəsti (yemək, çay və kofe dəstləri), Xrustal bakal Neman-6 ədəd, Kiçik rumka Xrustal-6 ədəd, Konfet qabı xrustal-2 ədəd, Mürəbbə qabı xrustal-2 ədəd, Qızılı qrafın dəsti, Komot dəsti-2 ədəd meyvə qabı, 1 ədəd gülqabı, Hessam qabı 1 ədəd böyük və 2 ədəd kiçik, Blender elektrik 1 ədəd, Mexaniki blender 1 ədəd, Yataq otağı üçün gecə işığı-2 ədəd, Gündəlik servis: (böyük qab-12 ədəd,kiçik qab-12 ədəd, Dərin qab-12 ədəd, Kiçik kasa-12 ədəd, Orta ölçülü kasa-6 ədəd, Böyük kasa-2 ədəd, Bulud-2 ədəd, Salfet qabı-4 ədəd), Su bardağı- 12 ədəd, Böyük nəlbəki-12 ədəd, kiçik nəlbəki- 12 ədəd, Mürəbbə qabı-12 ədəd, Dördbucaq çaşka dəsti-6 ədəd, Meyvə qabı-3 ədəd, Qənd qabı-2 ədəd, Çərəz qabı-2 ədəd,Şirniyyat qabı-6 ədəd, Çay bardağı xrustal-12 ədəd, Armudu çay bardağı-12 ədəd, Çəngəl-12 ədəd, qaşıq-12 ədəd, çay qaşığı-12 ədəd, limon üçün çəngəl-12 ədəd, mürəbbə qaşığı-6 ədəd, Çaynik-1 ədəd; Şəxsi geyim əşyaları - kurtka-5 ədəd, yay şalvarı (sadə və cins)-4 ədəd, Kofta müxtəlif formada-12 ədəd, Don (ziyafət üçün qara və çəhrayi rəngdə)-3 ədəd, Şərf və əlcək, İdman paltar dəsti: sarı, qırmızı və çəhrayi rəngdə-4 ədəd, evdə geyinmək üçün: lasin (vilur və yun)-4 ədəd cehiz və geyim əşyaları cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı təhvil verilsin. İlkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar