Məhkəmə qərarları › İş №2(010)-3207/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3207/2023

01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3207/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02.*0.*954-cü il təvəllüdlü X*nın 2*.03.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. X7 02.*0.*954-cü il tarixdə anadan olmuşdur. X* 2*.03.2023-cü il tarixdə İmişli rayonunda öz qızının - Şahid2 evində ürək çatışmazlığından vəfat etmişdir. Nənəsinin vəziyyəti qəfildən pisləşdiyi üçün tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırılmış, lakin təcili tibbi yardım gələnədək nənəsi vəfat etmişdir. X7 Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Onun qəbrinin foto şəklini ərizəyə əlavə etmişdir. Qohumlar və qonşular nənəsinin ölümünü şahid kimi təsdiq edə bilərlər. Təcili yardım həkimi tərəfindən həkimə qədər ölüm halını təsdiq edən xəbərdarlıq vərəqəsi verilmişdir. Bu vərəqə ilə poliklinikadan ölüm haqqında şəhadətnamənin verilməsi üçün arayış ala bilmirlər. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyinə görə Suraxanı rayon Qeydiyyat Şöbəsi ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. O, Suraxanı rayon Qeydiyyat şöbəsinə X*nın ölümü barədə şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi ona imtina məktubu vermiş və bildirmişdir ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməyi məsləhət bilinmişdir. Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İş materialları

5. XVİİ-ЖГ seriyalı, 397848 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*993-cü il tarixdə anadan olmuşdur. X3, anası Əliyeva Samirədir.

6. İV-ЖГ seriyalı, 263*6* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 **.05.*975-ci il tarixdə anadan olmuşdur. X2, anası X5r.

7. AZE seriyalı, *6020050 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 02.*0.*954-cü il tarixdə anadan olmuşdur.

8. İmişli rayon Mərkəzi Xəstəxanasının 2*.03.2023-cü il tarixli qeydiyyat vərəqindən görünür ki, 02.*0.*954-cü il təvəllüdlü X7 ürək çatışmazlığından vəfat etmişdir və həkiməqədər ölüm qeydə alınmışdır.

9. Suraxanı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-*6-5/7-592/2023 №li məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. *0. “43 nömrəli Şəhər Poliklinikasının” Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli, 643 nömrəli məktubundan görünür ki, 02.*0.*954-cü il təvəllüdlü X4 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət edilmədiyi üçün poliklinikada onun ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. **. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, X7 onun anasıdır. O, ağır xəstə olduğundan və baxıma ehtiyacı olduğundan onu aparıb özü evdə qulluq etmişdir. Anası ürək çatışmazlığından vəfat etmişdir. Anasının vəziyyəti qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılmış, lakin o, gələnədək vəfat etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* bildirdi ki, ərizəçinin bibisi oğludur. X7 onun bibisi olmuşdur. Nənəsi ağır xəstə olduğundan ona anası Şahid2 qulluq etmişdir. Nənəsi ürək çatışmazlığından vəfat etmişdir.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, 02.*0.*954-cü il təvəllüdlü X7 2*.03.2023-cü il tarixdə İmişli rayonunda vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, 02.*0.*954-cü il təvəllüdlü X7 2*.03.2023-cü il tarixdə İmişli rayonunda ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02.*0.*954-cü il təvəllüdlü X4 2*.03.2023-cü il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. 02.*0.*954-cü il təvəllüdlü X4 2*.03.2023-cü il tarixdə İmişli rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar