Məhkəmə qərarları › İş №2(010)-322/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-322/2024

26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-322/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi dəyəri 6975 manat olan 1 ədəd 30 qram çəkidə 2700 manat dəyərində İtaliya istehsalı qızıl boyunbağı, 1 ədəd 17 qram çəkidə 1350 manat dəyərində İtaliya istehsalı qızıl qolbağı, 1 ədəd 6 qram çəkidə 540 manat dəyərində Rusiya istehsalı qızıl qolbağı, 1 dəst 16 qram çəkidə 1440 manat dəyərində Rusiya istehsalı qızıl üzük-sırğa dəsti, 1 ədəd 10 qram çəkidə 900 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 1 ədəd 5 qram çəkidə 45 manat dəyərində sadə qaşlı qızıl üzüyün, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin və ümumi dəyəri 5230 manat olan dəyəri 3550 manat yataq dəsti və qonaq dəsti, dəyəri 300 manat olan ağ-qara rəngli-mətbəx mebeli, dəyəri 300 manat olan 1 ədəd mətbəx stolu və 6 ədəd stul, dəyəri 350 manat olan 1 ədəd divankreslo, dəyəri 40 manat olan 1 ədəd güldan (küpə), dəyəri 70 manat olan 1 ədəd 3x4 ölçüdə qəhvəyi rəngli xalça, dəyəri 50 manat olan 1 ədəd 2x3 ölçüdə qara-qırmızı rəngli xalça, dəyəri 270 manat olan 1 ədəd İndesit markalı ağ rəngli-soyuducu və dəyəri 300 manat olan 1 ədəd Vester markalı ağ rəngli paltaryuyan maşının, həmin əşyaların mövcud olmadıqda isə dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 əri, Cavabdeh2 qayınanasıdır. O, Cavabdeh1 ilə faktiki evlənməklə nikahlarını 08 fevral 2019-cu ildə rəsmiləşdirmişdirlər. Onların birgə nikahlarından 21 mart 2019-cu ildə Ömər adlı uşaqları doğulmuşdur. Əvvəllər ailə münasibətləri normal olsa da, sonradan cavabdehlərin təqsiri ucbatından aralarında narazılıq yaranmışdır. Ona cavabdehlər tərəfindən toy hədiyyəsi olaraq aşağıdakı qızıl əşyaları alınmışdır. 1. 1 ədəd 30 qram çəkidə 2700 manat dəyərində İtaliya istehsalı qızıl boyunbağı, 2. 1 ədəd 17 qram çəkidə 1350 manat dəyərində İtaliya istehsalı qızıl qolbağı, 3. 1 ədəd 6 qram çəkidə 540 manat dəyərində Rusiya istehsalı qızıl qolbağı, 4. 1 dəst 16 qram çəkidə 1440 manat dəyərində Rusiya istehsalı qızıl üzük-sırğa dəsti, 5. 1 ədəd 10 qram çəkidə 900 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 6. 1 ədəd 5 qram çəkidə 45 manat dəyərində sadə qaşlı qızıl üzük, həmçinin ona valideynləri tərəfindən toy hədiyyəsi olaraq aşağıdakı cehiz əşyaları hədiyyə edilmişdir. 1. yataq dəsti və qonaq dəsti – dəyəri 3550 manat, 2. ağ-qara rəngli-mətbəx mebeli - dəyəri 300 manat, 3. 1 ədəd mətbəx stolu və 6 ədəd stul - dəyəri 300 manat, 4. 1 ədəd divan-kreslo - dəyəri 350 manat, 5. 1 ədəd güldan (küpə) - dəyəri 40 manat, 6. 1 ədəd 3x4 ölçüdə qəhvəyi rəngli xalça - dəyəri 70 manat, 7. 1 ədəd 2x3 ölçüdə qaraqırmızı rəngli xalça - dəyəri 50 manat, 8. 1 ədəd İndesit markalı ağ rəngli soyuducu - dəyəri 270 manat, 9. 1 ədəd Vester markalı ağ rəngli paltaryuyan maşın - dəyəri 300 manat. Yuxarıda qeyd etdiyi qızıl-zinət və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Cavabdehlərlə arasında olan narazılığa görə onlar onu evdən qovmuşlar. O, sonradan ərində dəfələrlə qızıllarını və cehiz əşyalarını tələb etsə də onlar onun əmlakını qaytarmaqdan imtina etdilər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, ekspert tərəfindən baxış keçirilən zaman da bütün əşyalar evdə aşkarlanmışdı. Qızılların da satıldığını audioyazıda cavabdeh etiraf edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vergi ödəyicisidir. X5 438 nömrəli Lisenziyası və ********** saylı VÖEN-lə qızıl alqı-satqı ilə məşğul olan X3 28 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, 1. 1 ədəd sep italiya istehsalı 750 əyarlı, çəkisi 28 qramlı, dəyəri 2100 manat, 2. 1 ədəd bilərzik italiya istehsalı 750 əyarlı, çəkisi 15 qramlı, dəyəri 1050 manat, 3. 1 ədəd bilərzik rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qramlı, dəyəri 380 manat, 4. 1 ədəd dəst gül formalı (üzük, sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14,8 qramlı, dəyəri 1250 manat, 5. 1 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qramlı, dəyəri 650 manat, 6. 1 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qramlı, dəyəri 270 manat, cəmi 5700 manat kimi dəyərləndirmişdir. X6 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “X2 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞG/1-04972 nömrəli mediasiya işi açılmış, xx.xx.2022-ci il tarixə təyin edilmiş X2 İddiaçı iştirak etmiş, Cavabdeh1 isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 2607 nömrəli nikah bağlanması haqqında sənəddən görünür ki, Cavabdeh1 və İddiaçı arasında nikahın bağlanması haqqında 2 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində 08 fevral 2019cu il tarixdə 226 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qaimədən görünür ki, İsmayılov Rasim tərəfindən Nibo 707 Mebel Şirkətinə 4450 manat dəyərində Yataq dəsti İşık, döşək-16x200, Qonaq dəsti İşık, Stol 6 nəfərlik, Stul türk, Divan-kreslo dəsti ağ-qara, jurnalnı hədiyyə, Mətbəx Selen, stol – stul şüşə qara (mətbəx üçün) düzəldilməsi sifariş edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 00003217 nömrəli malların satışı sənədindən görünür ki, İsmayılov Rasim 320 manat məbləğində indezit soyuducu, 160 manat məbləğində pakirval Sehrazad kutuda, 350 manat məbləğində 0860 P/Y Vestel nix, 20 manat məbləğində 1 salama, 80 manat məbləğində madonna 2.5x5, 60 manat məbləğində madonna 2.4x4, 250 manat məbləğində 3255 LG, ümumilikdə 1240 manat məbləğində mal almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/325 saylı rəyindən görünür ki, təqdim edilən mallar üzrə: 1. 01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti (01 ədəd tək qapılı şüşəli şkaf, 01 ədəd iki qapılı şüşəli şkaf, 01 ədəd stol və 06 ədəd parça materialından stul və 01 ədəd televizor altlığı.) ümumi qiyməti 800 manat, 2. 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı (01 ədəd 180x130 sm ölçülü yataq, 02 ədəd trumba, 01 ədəd 280x220 sm ölçülü şkaf və 01 ədəd yataq önü üçün sandıq oturacaq, 01 ədəd güzgülü şkaf oturacağı ümumi qiyməti 1000 manat, 3. 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti ümumi qiyməti 150 manat, 4. 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça ümumi qiyməti 70 manat, 5. 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qara-qırmızı rəngli xalça ümumi qiyməti 50 manat, 6. 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit” markalı,ağ rəngli, 173x66x68 ölçülü soyuducu ümumi qiyməti 250 manat, 7. 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli, “NİX 0860” model, 6 kq tutuma malik paltaryuyan ümumi qiyməti 150 manat, cəmi 2470 manat kimi dəyərləndirilir; təqdim edilməyən qızıl-zinət əşyaları nəzəri qaydada: 1. 01 ədəd sep İtaliya istehsalı 750 əyarlı çəkisi 28 qram ümumi qiyməti 3080 manat, 2. 01 ədəd bilərzik İtaliya istehsalı 750 əyarlı, çəkisi 15 qram ümumi qiyməti 1650 manat, 3. 01 ədəd bilərzik Rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qram ümumi qiyməti 510 manat, 4. 01 ədəd dəst gül formalı (üzük-sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14.8 qram - 0, 5. 01 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qram - 0, 6. 01 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qram ümumi qiyməti 382 manat, cəmi 5622 manat kimi dəyərləndirilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş şəkillərdən müəyyən olunur ki, tərəflərin toyunda iddiaçıya qızıl boyunbağı taxılmış və digər şəkillərdə isə qızıl qolbaq, üzük, sırğa, qızıl boyunbağının mövcudluğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş video yazıdan müəyyən edilir ki, toy günü iddiaçıya qızıl boyunbağı, 2 qolbaq, 3 üzük və 1 sırğa taxılmışdır. İş materiallarına əlavə olunmuş səs yazısından müəyyən edilir ki, İddiaçı qayınanası bildirir ki, qızıllar lombarddadır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti ...225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.... Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668. Bağışlama forması. Bağışlama vədi. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:... 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95. Səs və video yazılar 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ...8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. ... 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, iddiaçı Cavabdeh1 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və tərəflərin birgə nikahından bir övladı doğulmuşdur. Tərəflər arasında nikah münasibətlərinin davam etməsinə baxmayaraq, iddiaçı ərizəsində cavabdeh tərəfindən evdən qovulduğunu və ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının Cavabdeh1 və onun anası Cavabdeh2 qaldığını bildirir. O, cavabdehlərdən özünə məxsus əmlakı tələb etdiyini, lakin cavabdehlər tərəfindən əşyaların qaytarılmasından imtina edildiyini qeyd etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, el adətinə görə toy hədiyyəsi qismində iddiaçıya 1 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbaq, qızıl üzük-sırğa dəsti, 1 ədəd brilyant qaşlı nişan üzüyü, 1 ədəd sadə qaşlı qızıl üzük verilmişdir. Buna əsasən, müəyyən edilir ki, həmin zinət əşyaları iddiaçının mülkiyyətidir. İddiaçı həmin qızıl əşyalarını cavabdehlərdən tələb etmişdir. Bu tip mübahisələrdə adətən yazılı sübutların olmadığını nəzərə alan məhkəmə, tələb edilən qızıl dəstinin cavabdeh tərəfdə olub-olmaması qənaətinə gələrkən tərəflərin verdikləri izahatlara və işin ümumi hallarına əsaslanır. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və işə dair sübutlarını və etirazlarını məhkəməyə təqdim etməmişdirlər. İddiaçı cavabdehlərdən biri olan qaynanası ilə telefon danışıq yazısını məhkəməyə təqdim etmiş və məhkəmə iddiaçının izahatına və təqdim edilmiş səs yazılarına tənqidi yanaşılması üçün əsas görmür və materialları iş üzrə həqiqətin müəyyən edilməsində sübut kimi qəbul edir. Həmçinin, məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş səs yazısından müəyyən edilmişdir ki, mübahisələndirilən qızıl-zinət əşyaları cavabdehlər tərəfindən lombarda qoyulmuşdur və onların geri alınması ilə bağlı hər hansı hərəkətin edilməsi mümkünsüzdür. İddia tələbi məhz iki hissədən – qeyd olunan əmlakların qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsindən ibarətdir. Qızıl-zinət əşyaları və cehiz əşyaların mübahisləndirilməsi ilə bağlı məhkəmə işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə rəy alınması üçün göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, 4 qızıl-zinət əşyası – “01 ədəd İtaliya istehsalı sep – 3080 manat, 01 ədəd İtaliya istehsalı bilərzik – 1650 manat, 01 ədəd Rusiya istehsalı bilərzik – 510 manat, 01 ədəd sadə qaşlı üzük – 382 manat” qiymətləndirilərək, dəyəri 5622 manat hesab edilmiş, 2 qızıl-zinət əşyası isə - 01 ədəd dəst gül formalı üzük-sırğa dəsti və 01 ədəd nişan körpü formalı brilliant ekspertiza tərəfindən qiymətləndirilməmişdir. Lakin, həmin əşyalar mütəxəssis rəyinə uyğun olmaqla 01 ədəd dəst gül formalı üzük-sırğa dəsti – 1250 manat, 01 ədəd nişan körpü formalı brilliant – 650 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarına nəzərən mütəxəssis rəyində göstərilmiş qiymətlər iddiaçının ərizəsində tələb olunan qiymətlərdən aşağıdır. Qızıl-zinət əşyalarına münasibətində məhkəmə qeyd edir ki, ekspert rəyində qeyd edilmiş 4 ədəd qızıl-zinət əşyaların qiyməti iddiaçı tərəfindən iddia tələbində cavabdehlərə qarşı irəli sürülən əşyaların qiymətlərindən yuxarıdır, iddiaçı isə iddia tələbinin artırılmasına dair ərizə təqdim etməmişdir. Belə olan halda, məhkəmə MPM-in 218.3-ci maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, həmin əşyaların qiyməti iddia ərizəsinə əsasən müəyyən edilməlidir. Bu xüsusatla, məhkəmə hesab edir ki, 4 qızıl-zinət əşyası (01 ədəd İtaliya istehsalı sep, 01 ədəd İtaliya istehsalı bilərzik, 01 ədəd Rusiya istehsalı bilərzik, 01 ədəd sadə qaşlı üzük) iddia ərizəsinə uyğun, yəni 01 ədəd İtaliya istehsalı sep – 2700 manat, 01 ədəd İtaliya istehsalı bilərzik – 1350 manat, 01 ədəd Rusiya istehsalı bilərzik – 540 manat, 01 ədəd sadə qaşlı üzük – 45 manat olmaqla, 2 qızıl – zinət əşyası (01 ədəd dəst gül formalı üzüksırğa dəsti və 01 ədəd nişan körpü formalı brilliant) isə mütəxəssis rəyinə uyğun, 01 ədəd dəst gül formalı üzük-sırğa dəsti – 1250 manat, 01 ədəd nişan körpü formalı brilliant – 650 manat olmaqla qiyməti müəyyən edilməlidir. Tələbin “cehiz əşyaları” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 9 cehiz əşyasını mübahisələndirmişdir və iş materiallarında olan qaimədən də göründüyü kimi həmin əşyalar - 1 ədəd yataq dəsti və qonaq dəsti, 1 ədəd ağ-qara rəngli-mətbəx mebeli, 1 ədəd mətbəx stolu və 6 ədəd stul, 1 ədəd divan-kreslo, 1 ədəd güldan (küpə), 1 ədəd qəhvəyi rəngli xalça, 1 ədəd qara-qırmızı rəngli xalça, 1 ədəd İndesit markalı ağ rəngli-soyuducu, 1 ədəd Vester markalı ağ rəngli paltaryuyan maşın iddiaçıya 2014-cü il tarixdə atası tərəfindən alınmışdır. Beləliklə, həmin cehiz əşyaların da iddiaçının mülkiyyətində olduğu təsdiq edilir. Bu halda, iddiaçı özünə məxsus əşyaları cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. İddia tələbində iddiaşı 9 cehiz əşyasını mübahisələndirmiş (1 ədəd yataq dəsti və qonaq dəsti – (3550 manat), 1 ədəd ağqara rəngli-mətbəx mebeli – (300 manat), 1 ədəd mətbəx stolu və 6 ədəd stul – (300 manat), 1 ədəd divan-kreslo – (350 manat), 1 ədəd güldan (küpə) – (40 manat), 1 ədəd qəhvəyi rəngli xalça – (70 manat), 1 ədəd qara-qırmızı rəngli xalça – (50 manat), 1 ədəd İndesit markalı ağ rəngli-soyuducu – (270 manat), 1 ədəd Vester markalı ağ rəngli paltaryuyan maşın – (300 manat), lakin, ekspert rəyində 7 əşya (01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti – (800 manat), 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı – 1000 manat, 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti – 150 manat, 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça – 70 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qara-qırmızı rəngli xalça – 50 manat, 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit” markalı,ağ rəngli soyuducu – 250 manat, 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli paltaryuyan – 150 manat olaraq) qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyində iddiaçı tərəfindən tələb edilən ağ-qara rəngli mətbəx mebelinə münasibətdə əşyanın qiymətləndirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı tərəfindən tələbdə göstərilmiş 1 ədəd güldana münasibətdə isə müəyyən edilmişdir ki, ekspert rəyində qeyd olunan əşya ilə bağlı heç bir məlumat mövcud deyildir. Məhkəmə tələbin bu hissəsində ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, “cehiz əşyalarına” münasibətdə həmin əşyalar ekspert rəyinə uyğun qiyməti müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 ədəd sep İtaliya istehsalı 750 əyarlı çəkisi 28 qram – dəyəri 2700 manat, 01 ədəd bilərzik İtaliya istehsalı 750 əyarlı, çəkisi 15 qram – dəyəri 1350 manat, 01 ədəd bilərzik Rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qram - dəyəri 540 manat, 01 ədəd dəst gül formalı (üzük-sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14.8 qram - dəyəri 1250 manat, 01 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qram - dəyəri 650 manat, 01 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qram - 45 manat, həmin əşyalar mövcud olmadıqda isə ümumi dəyərinin, 01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti (01 ədəd tək qapılı şüşəli şkaf, 01 ədəd iki qapılı şüşəli şkaf, 01 ədəd stol və 06 ədəd parça materialından stul və 01 ədəd televizor altlığı) - dəyəri 800 manat, 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı (01 ədəd 180x130 sm ölçülü yataq, 02 ədəd trumba, 01 ədəd 280x220 sm ölçülü şkaf və 01 ədəd yataq önü üçün sandıq oturacaq, 01 ədəd güzgülü şkaf oturacağı ilə birlikdə) - dəyəri 1000 manat, 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti - dəyəri 150 manat, 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça – dəyəri 70 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qara-qırmızı rəngli xalça – 50 manat, 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit” markalı, ağ rəngli, 173x66x68 ölçülü soyuducu – dəyəri 250 manat, 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli, “NİX 0860” model, 6 kq tutuma malik paltaryuyan – 150 manat, ağ-qara rəngli mətbəx mebeli, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 ədəd sep İtaliya istehsalı 750 əyarlı çəkisi 28 qram – dəyəri 2700 manat, 01 ədəd bilərzik İtaliya istehsalı 750 əyarlı, çəkisi 15 qram – dəyəri 1350 manat, 01 ədəd bilərzik Rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qram - dəyəri 540 manat, 01 ədəd dəst gül formalı (üzük-sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14.8 qram - dəyəri 1250 manat, 01 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qram - dəyəri 650 manat, 01 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qram - 45 manat, həmin əşyalar mövcud olmadıqda isə ümumi dəyərinin, 01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti (01 ədəd tək qapılı şüşəli şkaf, 01 ədəd iki qapılı şüşəli şkaf, 01 ədəd stol və 06 ədəd parça materialından stul və 01 ədəd televizor altlığı) - dəyəri 800 manat, 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı (01 ədəd 180x130 sm ölçülü yataq, 02 ədəd trumba, 01 ədəd 280x220 sm ölçülü şkaf və 01 ədəd yataq önü üçün sandıq oturacaq, 01 ədəd güzgülü şkaf oturacağı ilə birlikdə) - dəyəri 1000 manat, 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti - dəyəri 150 manat, 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça – dəyəri 70 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qara-qırmızı rəngli xalça – 50 manat, 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit” markalı,ağ rəngli, 173x66x68 ölçülü soyuducu – dəyəri 250 manat, 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli, “NİX 0860” model, 6 kq tutuma malik paltaryuyan – 150 manat, ağ-qara rəngli mətbəx mebeli, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ41NABZ013601**********3944 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar