Məhkəmə qərarları › İş №2(010)-3225/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3225/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3225/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. *. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mülki prossesual Məcəlləsinin 307.2.8-cı maddəsinə əsasən 0*.06.*993-cü il təvəllüdlü X7 *3.06.*993-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev (Darvin) küçəsi, ev *2, mənzil 6* ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 0*.06.*993-cü il tarixdə Bakı şəhərində onun bir oğlu dünyaya gəlmiş, onun adını İsmayıl qoyaraq, ona doğum haqqında şəhadətnamə almışlar. Oğlunun adını doğum haqqında akt qeydində X4 qeydə aldırmışlar. Doğumundan *2 gün sonra yəni *3.06.*993-cü il tarixdə oğlu İsmayılın qəfildən halı pisləşmiş, onu həkimə aparmaq istədikdə isə uşaq həmin vaxt yaşadıqları evdə - Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev (Darvin) küçəsi, ev *2 mənzil 6* ünvanında dünyasını dəyişmişdir. Bundan sonra uşağın cansız bədəni ilə birgə hər hansı kömək almaq məqsədi ilə K.Y.Fərəcova adına X* müraciət etsələr də, hər hansı tibbi yardım ala bilməmişlər. Uşaq ölən günü onu dini adətlərə uyğun qaydada, Keşlə qəsəbəsi yerləşən uşaq qəbristanlığında dəfn etmişlər. Körpə olduğuna görə onun üçün hər hansı yas mərasimi verilmədi. Uşağın dəfnində qardaşları və yaxın qohumları iştirak etmişlər. Onlar və onu tanıyan bütün qonşu və qohumları oğlunun körpə vaxtında ölməsi faktını təsdiq edə bilərlər. Uşaq öldükdən sonra onun ölümü barədə şəhadətnamə almaq üçün lazımi sənədləri toplayıb Qeydiyyat Şöbəsinə təqdim etməmişlər. Lakin hal-hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar sənədləri toplayan zaman oğlu İsmayılın ölümü haqqında məlumatın olmaması və onun ölümünün qeydə alınmaması ona bildirilmişdir. Bundan sonra onun üçün ölüm haqqında şəhadətnamə almaq qərarına gəlmişdir. Bununla əlaqədar Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə gedərək oğlu İsmayılın ölməsi barədə yəni ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat şöbəsindən X7 ölməsini təsdiq edən həkim arayışı təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olması bildirilmiş və ona övladının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Ərizəçi 0*.06.*993-cü il tarixdə bir oğlu dünyaya gəlmişdir. Doğumundan *2 gün sonra yəni *3.06.*993-cü il tarixdə oğlu dünyasını dəyişmişdir. Bundan sonra hər hansı kömək almaq məqsədi ilə xəstəxanaya müraciət etsələr də, uşağın artıq öldüyü bildirilmişdir. Hal-hazırda ərizəçinin oğlunun ölüm faktının müəyyən edilməsi, vərəsəlik məsələlərinin həyata keçirilməsi üçün lazımdır.

4. Maraqlı şəxs Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

5. Şahid X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun dostu Şahid4 həyat yoldaşıdır. O, Rasimlə orta məktəbdə bir yerdə təhsil almışdır. *993-cü ildə Rasim telefonla ona zəng edərək uşağın öldüyünü bildirmişdir. Həmin uşaq onun ikinci övladı idi və zəif uşaq idi. O, *3 gün yaşamış və Keşlə qəbirsanlığında dəfn edilmişdir.

6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə təxminən 7 il qonşu olmuşlar. *993-cü ildə dəfn zamanı iştirak etməsə də, evlərində olmuşdur. Uşaq Sabunçu xəstəxanasında doğulmuş, beş gün orada qaldıqdan sonra keçmiş OMD xəstəxanasına aparılmış və uşaq vəfat etmişdir. O vəfat edən zaman *3 günlük körpə idi.

7. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, *0 ilə yaxın müddətdə ərizəçi ilə qonşu olmuşdur. Uşaq anadan olduqdan sonra 5-6 gün müddətinə yaşamış sonradan keçmiş OMD xəstəxanasında vəfat etmişdir. O, səhv etmirsə X9 dəfn etmişlər.

8. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Övladı Sabunçu xəstəxanasında anadan olmuşdur. Onun övladında ürək çatışmazlığının olması haqqında bildirilmiş, uşağı OMD xəstaxanasına aparmış daha sonra isə uşaq vəfat etmişdir. Həmin dövrdə o uşağın ölüm haqqında şəhadətnaməsini almağın zəruri olduğunu bilməmişdir. X9, şifahi icazə alınaraq dəfn etmişlər. Evi ada keçirmək üçün “Asan Xidmət” Mərkəzinə müraciət etdikləri zaman, onlara ailə üzvlərinin razılığı tələb olunduğu bildirilmişdir.

İş materialları.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi (etibarnamə üzrə nümayəndə Vəkil) ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən oğlunun ölümünün qeydə alınması ilə bağlı *9.02.2025-ci il tarixli ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4. bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirilir ki, bu qaydaların 8.5. bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinə çatdırılır ki, oğlu X7 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. *0. Bakı şəhəri Nizami rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, 0*.06.*993-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X7 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat İnformasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. **. Azərbaycan SSR Göyçay rayon VVAQ tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şahid4 ilə Ərizəçi *5.06.*990-cı il tarixdə *20 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əhmədova, ərə Əhmədov soyadı verilmişdir. *2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, 0*.06.*993-cü il tarixdə Bakı şəhərində anadan olmuş və *3.06.*993-cü il tarixdə vəfat etmiş, X7, Xətai rayonu, Keşlə qəbirsanlığında dəfn olunması barədə heç bir məlumat yoxdur. *3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, 0*.06.*993-cü il tarixdə doğulmuş və *3.06.*993-cü il tarixdə vəfat etmiş övladı X7 doğumu haqqında təkrar şəhadətnamənin istənilməsinə dair müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*,*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.*. bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmçinin bildirilir ki, *6 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Sənədləri nəzərdən keçirərkən X7 ölümü haqqında akt qeydi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin akt qeydi kitabları üzrə yoxlama aparılmış və onun ölümü barədə məlumat aşkar olunmadığından övladının doğumu haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. *4. Azərbaycan Respublikası Keşlə Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 45k saylı məktubdan müəyyən olunur ki, Keşlə qəbirsanlığının yerləşdiyi ərazi Xətai rayonunun inzibati ərazi vahidinə daxildir və Keşlə Bələdiyyəsinin balansında deyildir. Bu səbəbdən də sözügedən məzarlıqda dəfn olunan vətəndaşlar barədə Keşlə Bələdiyyəsində heç bir məlumat yoxdur. *5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Y.Fərəcova adına X2” Publik hüquqi şəxs tərəfindən verilmiş məktubun surətindən müəyyən olunur ki, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq olunmasına dair göstəriş”ə əsasən ölüm haqqında tibbi şəhadətnamələrin (*06/2) arxivdə idarə edilməsi 25 il müəyyən edilmişdir. Bu səbəbdən, 0*.06.*993-cü il təvəllüdlü X7 *3.06.*993-cü ildə K.Y.Fərəcova adma Elmi- X3 vəfat etməsi barədə qeyd olunan sənədin aidiyyəti üzrə təqdim edilməsi mümkün deyil. *6. 0* iyul *993-cü il tarixli *529 nömrəli Doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*0 0*.06.*993-cü il tarixdə doğulmuş, anası Ərizəçi, atası Şahid4dur. *7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən *6.07.2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə ünvanlanmış məktubdan müəyyən olunur ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 0*.09.200*-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, 0*.06.*993-cü il təvəllüdlü X7 0*.09.200*-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, 0*.06.*993-cü il təvəllüdlü X7 0*.09.200*-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. *8. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Əhaliyə Vətəndaşlıq Xidməti tərəfindən bu günədək Xətai rayon Xətai Bələdiyyəsinə hər hansı bir qəbiristanlıq təhvil verilmədiyinə görə X7 Bələdiyyənin inzibati ərazidə yerləşən qəbirsanlığında dəfn olunub-olunmamasına aydınlıq gətirilməsi mümkün deyildir. *9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, 0*.06.*993-cü il təvəllüdlü X*0 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun ad,soyad və ata adının dəyişdirilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir.

İşin faktiki halları.

20. Ərizəçi 0*.06.*993-cü il tarixdə bir oğlu dünyaya gəlmişdir. Oğlunun ad və soyadını doğum haqqında akt qeydində X4 qeydə aldırmışlar. *3.06.*993-cü il tarixdə oğlu İsmayıl vəfat etmişdir. Uşaq, Keşlə qəsəbəsində yerləşən uşaq qəbristanlığında dəfn edilmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasının vərəsəlik məsələlərinin həlli üçün zəruri olmasını əsaslandırmışdır.

Tətbiq edilən hüquq

2*. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.

4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

23. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

24. Ərizəçi 0*.06.*993-cü il taridə bir oğlu dünyaya gəlmişdir. Oğlunun ad və soyadını doğum haqqında akt qeydində X4 qeydə almışlar. *3.06.*993-cü il tarixdə oğlu İsmayıl vəfat etmişdir. Uşaq, Keşlə qəsəbəsində yerləşən uşaq qəbristanlığında dəfn edilmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınması vərəsəlik məsələlərinin həlli üçün zəruridir.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 0*.06.*993-cü il təvəllüdlü X7 *3.06.*993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin olunsun. 0*.06.*993-cü il təvəllüdlü X7 *3.06.*993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar