Məhkəmə qərarları › İş №2(010)-3257/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3257/2020

29.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3257/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 6000 manat dəyərində yataq və qonaq dəsti; 1000 manat dəyərində mətbəx əlüzyuyanı; 500 manat dəyərində paltaryuyan maşın; 700 manat dəyərində soyuducu; 80 manat dəyərində tozsoran; 240 manat dəyərində çilçıraq; 900 manat dəyərində üç ədəd xalça; 100 manat dəyərində tül pərdə; 150 manat dəyərində pərdə üstü; 1000 manat dəyərində dörd ədəd pərdə; 500 manat dəyərində yorğan-döşək; 400 manat dəyərində üç ədəd qazan dəsti; 180 manat dəyərində şirəçəkən; 150 manat dəyərində ətçəkən; 30 manat dəyərində ütü; 70 manat dəyərində ütüaltı; 50 manat dəyərində bir ədəd divanüstü; 200 manat dəyərində şkafda olan açılmamış qablar; 250 manat dəyərində mətbəxdə olan istifadə olunan qablar; 300 manat dəyərində şifonerdə olan istifadə olunmamış dəstlər; 250 manat dəyərində hamam dəstləri; 30 manat dəyərində saat; 625 manat dəyərində uşaq mebeli; 200 manat dəyərində uşağın istifadə olunmamış dəstləri; 250 manat dəyərində uşaq kravatı; 250 manat dəyərində uşağın yorğan-döşəyi olmaqla, cəmi 16170 (on altı min yüz yetmiş) manat olan əmlakın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatına daxil olaraq ailə qurmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra o, el adəti ilə cavabdehin Bakı şəhərində yaşadığı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəs,Ə.Qarayev küçəsi döngə 2, ev 2-ə gəlin köçmüşdür. Həmin ünvana gəlin köçən zaman valideynləri tərəfindən ona verilmiş cehiz əmlakı da həmin ünvana aparılaraq orada qurulmuşdur. Cehiz əmlakı cavabdehin ünvanına gəlin köçməmişdən əvvəl onun qohumları tərəfindən həmin ünvana aparılaraq, yaşayacağı otaqlarda qurulmuş və bəzədilmişdir. Odur ki, məhkəmədən həmin əmlakların, yaxud onun dəyəri olan cəmi 16170 (on altı min yüz yetmiş) manat məbləğində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 məhkəməyə iddianın etiraf edilməsinə dair ərizə verərək iddia ərizəsində göstərilən əşyaların iddiaçıya qaytarılmasına etiraz etmədiklərini bildirdi. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİ 042247 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 326 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 794166 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı olmaqla) xx.xx.2016-cı il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 468 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cehiz əmlak kimi alınmış və iddia ərizəsində siyahısı göstərilmiş əşyaların, yaxud onların dəyəri olan 16170 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə verərək iddia tələbini etiraf etdiklərini bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddianı qəbul etməsi, iddia ərizəsində göstərilən əşyaların iddiaçıya qaytarılmasına heç bir etiraz etməməsi və bununla bağlı məhkəməyə ərizə verməsi iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi etirafla bağlı hissədə təmin edilməlidir. Lakin məhkəmə cavabdehdən tələb edilən əşyaların ümumi dəyərinin məbləği ilə bağlı qeyd edir ki, bu məbləğ iddia ərizəsində 16170 manat məbləğində müəyyən edilsə də əşyaların hər birinin iddia ərizəsində göstərilmiş qiymətlərinin adi riyazi hesablama yolu ilə cəmi dəyəri 14405 manat edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əşyaların ümumi dəyərinin 16170 manat məbləğində müəyyən edilməsi ilə bağlı hissədə təmin edilməməli, əşyaların cəmi dəyəri 14405 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, bu Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6000 manat dəyərində yataq və qonaq dəsti; 1000 manat dəyərində mətbəx əlüzyuyanı; 500 manat dəyərində paltaryuyan maşın; 700 manat dəyərində soyuducu; 80 manat dəyərində tozsoran; 240 manat dəyərində çilçıraq; 900 manat dəyərində üç ədəd xalça; 100 manat dəyərində tül pərdə; 150 manat dəyərində pərdə üstü; 1000 manat dəyərində dörd ədəd pərdə; 500 manat dəyərində yorğan-döşək; 400 manat dəyərində üç ədəd qazan dəsti; 180 manat dəyərində şirəçəkən; 150 manat dəyərində ətçəkən; 30 manat dəyərində ütü; 70 manat dəyərində ütüaltı; 50 manat dəyərində bir ədəd divanüstü; 200 manat dəyərində şkafda olan açılmamış qablar; 250 manat dəyərində mətbəxdə olan istifadə olunan qablar; 300 manat dəyərində şifonerdə olan istifadə olunmamış dəstlər; 250 manat dəyərində hamam dəstləri; 30 manat dəyərində saat; 625 manat dəyərində uşaq mebeli; 200 manat dəyərində uşağın istifadə olunmamış dəstləri; 250 manat dəyərində uşaq kravatı; 250 manat dəyərində uşağın yorğan-döşəyi, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan 14405 (on dörd min dörd yüz beş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia etiraf edildiyi hissədə təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. 6000 manat dəyərində yataq və qonaq dəsti; 1000 manat dəyərində mətbəx əlüzyuyanı; 500 manat dəyərində paltaryuyan maşın; 700 manat dəyərində soyuducu; 80 manat dəyərində tozsoran; 240 manat dəyərində çilçıraq; 900 manat dəyərində üç ədəd xalça; 100 manat dəyərində tül pərdə; 150 manat dəyərində pərdə üstü; 1000 manat dəyərində dörd ədəd pərdə; 500 manat dəyərində yorğan-döşək; 400 manat dəyərində üç ədəd qazan dəsti; 180 manat dəyərində şirəçəkən; 150 manat dəyərində ətçəkən; 30 manat dəyərində ütü; 70 manat dəyərində ütüaltı; 50 manat dəyərində bir ədəd divanüstü; 200 manat dəyərində şkafda olan açılmamış qablar; 250 manat dəyərində mətbəxdə olan istifadə olunan qablar; 300 manat dəyərində şifonerdə olan istifadə olunmamış dəstlər; 250 manat dəyərində hamam dəstləri; 30 manat dəyərində saat; 625 manat dəyərində uşaq mebeli; 200 manat dəyərində uşağın istifadə olunmamış dəstləri; 250 manat dəyərində uşaq kravatı; 250 manat dəyərində uşağın yorğan-döşəyi, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan 14405 (on dörd min dörd yüz beş) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar