Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3261/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 2 ədəd qorka, 1 ədəd televizor altı, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 3 ədəd xalça, 2 ədəd çilçıraq, mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd ət maşını, 1 ədəd çarpayı, 1 ədəd tyurmo, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd uşaq üçün çarpayı, 2 ədəd bagema, 13 ədəd limçə, 3 ədəd bulud, 1 ədəd yağ qabı, 1 ədəd şəkər qabı, 6 ədəd masqura, 6 ədəd göyərti limçəsi, 6 ədəd aş limçəsi, 1 ədəd şorba qabı, 6 ədəd sadə masqura, 1 ədəd ayaqlı konfet qabı, 4 ədəd sini limçə, 5 ədəd fincan, 1 ədəd çaydan, 6 ədəd nəlbəki, 2 ədəd sadə şüşə meyvə qabı, 1 ədəd külqabı, 1 ədəd sadə qənddan, 1 ədəd qaşıq çemodanı, 10 ədəd sadə armudu stəkan, 12 ədəd ağ şüşə duzqabı, 3 ədəd büllur armudu stəkan, 12 ədəd balaca nəlbəki, 7 ədəd kasa, 6 ədəd göy kasa, 6 ədəd razetka, 2 ədəd göy duzqabı, göy salfetka qabı, 6 ədəd nimçəli tortqabı, 17 ədəd kvadrat limçə, 12 ədəd böyük büllur stəkan, 2 ədəd ayaqlı şüşə mürəbbə qabı (balaca), 1 ədəd şüşə güldan, 5 ədəd ayaqsız şüşə qədəh, 5 ədəd ayaqlı şüşə qədəh, 5 ədəd ayaqlı kompot stəkanı, 5 ədəd qulplu su stəkanı, 3 ədəd şüşə salat qabı, 5 ədəd ayaqlı şüşə qədəh, 6 ədəd sarı qədəh, 1 ədəd sarı dolça, 6 ədəd qədəh, 1 ədəd şirəçəkən maşın, 1 ədəd su çaydanı, 1 ədəd dəm çaydanı, 1 ədəd ütü stolu, 12 ədəd qazan tava, 4 ədəd ədviyyat qabı, 3 ədəd bıçaq, 2 ədəd tas, 2 ədəd padnos, 1 ədəd oxlov, 1 ədəd qırmızı vanna, 1 ədəd sadə paltaryuyan maşın, 1 ədəd plastmas qara vedrə, 1 ədəd zibil qabı, 1 ədəd DVD, 1 ədəd qara zərli süfrə, 3 ədəd yumşaq oyuncaq, 1 ədəd tozsoran, 1 ədəd ütü, 4 ədəd ağ süfrə, 1 ədəd divan üstü, 2 ədəd kreslo üstü, 1 ədəd taxt döşəyi, 2 ədəd qalın pokrval, 1 ədəd çəhrayı pokrval, 2 ədəd pərdə, 7 ədəd başaltı, 3 ədəd yorğan, 2 ədəd bir nəfərlik döşək, 1 ədəd yataq otağının pərdəsi, 6 ədəd çay dəsmalı ağ, 1 ədəd dəsmal dəsti, 2 ədəd parça, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd ağ şərf, 1 ədəd yun jaket, 1 ədəd uşaq üçün yun adyal, 1 ədəd dublyonka, 1 ədəd palto, 1 ədəd tünd qırmızı qısa gödəkçə, 1 ədəd qara rəngli dəri gödəkçə, 1 ədəd qırmızı plaş, 1 ədəd xaki gödəkçə, 1 ədəd dəri plaş, 1 ədəd qısa şuba, 1 ədəd uzun plaşdan ibarət olan əmlaklar iddiaçı ona məxsus ünvan 1 ünvandayerləşən yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu X6 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və cavabdeh nikahdan sonra ona məxsus yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh gəlin gəlin zaman öz cehiz əmlakını da ona məxsus evə gətirmişdir. Lakin cavabdeh əxlaqsız hərəkətlərinin kənd içində aşkar edilməsini gördükdən sonra evdən çıxıb getmişdir. Oğlu X7 cavabdehə qarşı məhkəmədə iddia qaldırmış və Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh ona məxsus evdən uzun müddətdir getməsinə baxmayaraq, sonuncuya məxsus əmlaklar hələ də onun evində qalmaqdadır. Cavabdehə məxsus əmlakların onun evində qalması onun həmin evdən istədiyi kimi istifadə etməsini məhdudlaşdırmaqla onun mənzil hüquqlarını pozur ki, bu səbəblə, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə məxsus olan və onun evində qalan əmlaklar 2 ədəd qorka, 1 ədəd televizor altı, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 3 ədəd xalça, 2 ədəd çilçıraq, mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd ət maşını, 1 ədəd çarpayı, 1 ədəd tyurmo, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd uşaq üçün çarpayı, 2 ədəd bagema, 13 ədəd limçə, 3 ədəd bulud, 1 ədəd yağ qabı, 1 ədəd şəkər qabı, 6 ədəd masqura, 6 ədəd göyərti limçəsi, 6 ədəd aş limçəsi, 1 ədəd şorba qabı, 6 ədəd sadə masqura, 1 ədəd ayaqlı konfet qabı, 4 ədəd sini limçə, 5 ədəd fincan, 1 ədəd çaydan, 6 ədəd nəlbəki, 2 ədəd sadə şüşə meyvə qabı, 1 ədəd külqabı, 1 ədəd sadə qənddan, 1 ədəd qaşıq çemodanı, 10 ədəd sadə armudu stəkan, 12 ədəd ağ şüşə duzqabı, 3 ədəd büllur armudu stəkan, 12 ədəd balaca nəlbəki, 7 ədəd kasa, 6 ədəd göy kasa, 6 ədəd razetka, 2 ədəd göy duzqabı, göy salfetka qabı, 6 ədəd nimçəli tortqabı, 17 ədəd kvadrat limçə, 12 ədəd böyük büllur stəkan, 2 ədəd ayaqlı şüşə mürəbbə qabı (balaca), 1 ədəd şüşə güldan, 5 ədəd ayaqsız şüşə qədəh, 5 ədəd ayaqlı şüşə qədəh, 5 ədəd ayaqlı kompot stəkanı, 5 ədəd qulplu su stəkanı, 3 ədəd şüşə salat qabı, 5 ədəd ayaqlı şüşə qədəh, 6 ədəd sarı qədəh, 1 ədəd sarı dolça, 6 ədəd qədəh, 1 ədəd şirəçəkən maşın, 1 ədəd su çaydanı, 1 ədəd dəm çaydanı, 1 ədəd ütü stolu, 12 ədəd qazan tava, 4 ədəd ədviyyat qabı, 3 ədəd bıçaq, 2 ədəd tas, 2 ədəd padnos, 1 ədəd oxlov, 1 ədəd qırmızı vanna, 1 ədəd sadə paltaryuyan maşın, 1 ədəd plastmas qara vedrə, 1 ədəd zibil qabı, 1 ədəd DVD, 1 ədəd qara zərli süfrə, 3 ədəd yumşaq oyuncaq, 1 ədəd tozsoran, 1 ədəd ütü, 4 ədəd ağ süfrə, 1 ədəd divan üstü, 2 ədəd kreslo üstü, 1 ədəd taxt döşəyi, 2 ədəd qalın pokrval, 1 ədəd çəhrayı pokrval, 2 ədəd pərdə, 7 ədəd başaltı, 3 ədəd yorğan, 2 ədəd bir nəfərlik döşək, 1 ədəd yataq otağının pərdəsi, 6 ədəd çay dəsmalı ağ, 1 ədəd dəsmal dəsti, 2 ədəd parça, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd ağ şərf, 1 ədəd yun jaket, 1 ədəd uşaq üçün yun adyal, 1 ədəd dublyonka, 1 ədəd palto, 1 ədəd tünd qırmızı qısa gödəkçə, 1 ədəd qara rəngli dəri gödəkçə, 1 ədəd qırmızı plaş, 1 ədəd xaki gödəkçə, 1 ədəd dəri plaş, 1 ədəd qısa şuba, 1 ədəd uzun plaşdan ibarətdir. Qeyd edilən bu əmlaklar cavabdehə məxsus əmlaklar olmaqla onun evində yerləşdiyinə görə hesab edir ki, həmin əmlaklar onun evindən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, hazırda Astara rayonunda olduğunu, pandemiyaya ilə əlaqədar olaraq gələ bilmədiyini bildirmiş və işin aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Belə olan halda, MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 756/2020 nömrəli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı, X7 və X1 qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin müəyynə etdiyi hallar ondan ibarət olmuşdur ki, mübahisəli fərdi yaşayış evi 1904-cü ildən mövcud olmuş, həmin ev istifadə və sahiblik hüququ ilə İddiaçı babası X5 məxsus olmuşdur.İddiaçı və X2 1975 ci ildən həmin evdə yaşayırlar. Cavabdeh X7 ilə 2012-ci ildən rəsmi nikaha girərək həmin evə gəlin köçmüşdür. 2019-cu ilin əvvəllərinədək həmin evdə yaşamış, nikah nikah münasibətlərinə xitam verilmişdır. Beləliklə, işin halları ilə müəyyən edilir ki, sözügedən mənzil faktiki olaraq iddiaçıya məxsusdur. İddiaçının oğlu ilə cavabdeh nikaha daxil olmuş və iddiaçıya məxsus mənzildə yaşamışlar. Hazırda onların nikahları pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşamır, lakin cehiz əşyaları həmin mənzildə qalmışdır. İddiaçı cavabdehə məxsus cehiz əşyalarının evdən çıxarılması tələbi irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. İşə əlavə edilmiş Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçının mübahisəli evə məhdud əşya hüquqları tanınmış və o qanuni sahib kimi qəbul edilmişdir. Ona görə də, preyudisiaalıq prinsipi baxımından məhkəmə bu faktı əlavə araşdırma aparmadan qəbul edir. Mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarına gəldikdə məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin cehiz əşyalarının iddiaçının yaşadığı evdən çıxarılıb-çıxarılmaması məsələsinə qanunun analogiyası üzrə hal-hazırda qüvvədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət vermək lazımdır. Çünki, tərəflər arasında münasibətlər 2012-cü ildə yaranıb. Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, cavabdehin mübahisəli evə istifadə hüququ tanınmamışdır. Ona görə də, cehiz əşyalarının mübahisəli evdən çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, Cavabdeh mübahisəli evdə yaşamaq hüququ yoxdur, ona məxsus əşyaların həmin evdə saxlanılması həm onun özünün, həm də evin faktiki sahibinin qanunla qorunan hüquq və mənafelərinin pozulmasına səbəb olar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh qızma məxsus 2 ədəd qorka, 1 ədəd televizor altı, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 3 ədəd xalça, 2 ədəd çilçıraq, mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd ət maşını, 1 ədəd çarpayı, 1 ədəd tyurmo, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd uşaq üçün çarpayı, 2 ədəd bagema, 13 ədəd limçə, 3 ədəd bulud, 1 ədəd yağ qabı, 1 ədəd şəkər qabı, 6 ədəd masqura, 6 ədəd göyərti limçəsi, 6 ədəd aş limçəsi, 1 ədəd şorba qabı, 6 ədəd sadə masqura, 1 ədəd ayaqlı konfet qabı, 4 ədəd sini limçə, 5 ədəd fincan, 1 ədəd çaydan, 6 ədəd nəlbəki, 2 ədəd sadə şüşə meyvə qabı, 1 ədəd külqabı, 1 ədəd sadə qənddan, 1 ədəd qaşıq çemodanı, 10 ədəd sadə armudu stəkan, 12 ədəd ağ şüşə duzqabı, 3 ədəd büllur armudu stəkan, 12 ədəd balaca nəlbəki, 7 ədəd kasa, 6 ədəd göy kasa, 6 ədəd razetka, 2 ədəd göy duzqabı, göy salfetka qabı, tortqabı 6 ədəd nimçəli, 17 ədəd kvadrat limçə, 12 ədəd böyük büllur stəkan, 2 ədəd ayaqlı şüşə mürəbbə qabı (balaca), 1 ədəd şüşə güldan, 5 ədəd ayaqsız şüşə qədəh, 5 ədəd ayaqlı şüşə qədəh, 5 ədəd ayaqlı kompot stəkanı, 5 ədəd qulplu su stəkanı, 3 ədəd şüşə salat qabı, 5 ədəd ayaqlı şüşə qədəh, 6 ədəd sarı qədəh, 1 ədəd sarı dolça, 6 ədəd qədəh, 1 ədəd şirəçəkən maşın, 1 ədəd su çaydanı, 1 ədəd dəm çaydanı, 1 ədəd ütü stolu, 12 ədəd qazan tava, 4 ədəd ədviyyat qabı, 3 ədəd bıçaq, 2 ədəd tas, 2 ədəd padnos, 1 ədəd oxlov, 1 ədəd qırmızı vanna, 1 ədəd sadə paltaryuyan maşın, 1 ədəd plastmas qara vedrə, 1 ədəd zibil qabı, 1 ədəd DVD, 1 ədəd qara zərli süfrə, 3 ədəd yumşaq oyuncaq, 1 ədəd tozsoran 1 ədəd ütü, 4 ədəd ağ süfrə, 1 ədəd divan üstü, 2 ədəd kreslo üstü, 1 ədəd taxt döşəyi, 2 ədəd qalın pokrval, 1 ədəd çəhrayı pokrval, 2 ədəd pərdə, 7 ədəd başaltı, 3 ədəd yorğan, 2 ədəd bir nəfərlik döşək, 1 ədəd yataq otağının pərdəsi, 6 ədəd çay dəsmalı ağ, 1 ədəd dəsmal dəsti, 2 ədəd parça, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd ağ şərf, 1 ədəd yun jaket, 1 ədəd uşaq üçün yun adyal, 1 ədəd dublyonka, 1 ədəd palto, 1 ədəd tünd qırmızı qısa gödəkçə, 1 ədəd qara rəngli dəri gödəkçə, 1 ədəd qırmızı plaş, 1 ədəd xaki gödəkçə, 1 ədəd dəri plaş, 1 ədəd qısa şuba, 1 ədəd uzun plaşdan ibarət olan əmlaklar İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3261/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3261/2020
02.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver