Məhkəmə qərarları › İş №2(010)-3264/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3264/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3264/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ərizəsinin təmin edilərək, babası 28.02.*926-cı ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş X* 07.06.*982-ci il tarixdə Ermənistan Respublikası Masis (Zəngibasar) rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, babası X3 07.06.*982-ci ildə yaşadığı Ermənistan Respublikasının Masis (Zəngibasar) rayonu Dəmirçi kəndində vəfat etmişdir. Qohumları babasını yaxınlıqdakı kənd qəbirstanlığında dəfn etmişlər. Bildirir ki, babası vəfat edən zaman onun ölüm şəhadətnaməsinin əldə olunması ilə bağlı müvafiq qurumlara müraciət edilməmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni atası X2 vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə o Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “C.Orucov 07.06.*982-ci ildə Ermənistan Respublikasının, Zəngibasar rayonunun Dəmirçi kəndində vəfat etmiş, lakin əvvəllər müvafiq qeydin olduğunu təsdiq edən sənədlər yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən *4-cü bəndə uyğun olaraq, V.A qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Suraxanı rayon qeydiyyat şöbəsi ölüm haqqında akt qeydinin bərpası barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyinizi tövsiyə edir”. Babasının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, vərəsəlik işi açmaq üçün babasının ölüm faktini təsdiq etməlidir. Babası Masis rayonu, Dəmirçi kəndində anadan olmuş lakin, onun doğum tarixini dəqiqliklə bilmir. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, əri rəhmətə gedib. Ev onun adına idi. Qaynatası *982-ci ildə rəhmətə gedib. İndi vərəsəlik işi üçün onun ölüm haqqında şəhadətnaməsini istəyirlər. Orucov Vüqarın adına vərəsəlik açmaq istəyirlər. Cəlil Orucov qaynatası olub və onunla Masisdə bir yerdə yaşamışlar. Astma-bronxit xəstəliyindən əziyyət çəkirdi. 07 iyul *982-ci ildə Dəmirçi kəndində rəhmətə getmişdir. Ölən günü xəbər etmişlər və özü də dəfn mərasiminə gedərək orada iştirak etmişdir. Cəlil Orucov orada yaşayan idi və ölüm kağızı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, ərizəçi onun qaynının nəvəsidir. X3 qaynıdır.Onunla qonşuluqda yaşamış və mərhum təxmini 70 yaşlarında xəstəliyə tutularaq vəfat etmişdir. Cəlil Orucov yataq xəstəsi olmamışdır və evdə rəhmətə getmişdir. Təcili yardım çağırılmışdır. Ölüm haqqında şəhadətnamənin alınmasından xəbəri yoxdur. Mərhumun dəfnində iştirak etmişdir. İş materialları. Ermənistan SSR-i Masis rayon Qaraqışlaq kəndinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İ-CЛ seriyalı 475882 nömrəli 05.05.*975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi - Ərizəçi (atası X7, anası Şahid2) xx.xx.*975-ci il tarixdə Ermənistan SSR-i Masis rayon Demirçi kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05.05.*975-ci il tarixdə 49 sayla qeyd edilmişdir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.05.2025-ci il tarixli arayışdan görünür ki, Cəlil Orucov 07.06.*982-ci ildə Emənistan Respublikasının, Zəngibasar rayonunun Dəmirçi kəndində vəfat etmiş, lakin əvvəllər müvafiq qeydin olduğunu təsdiq edən sənədlər yoxdur. Qeyd edilmişdir ki, VVAQ qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Suraxanı rayon qeydiyyat şöbəsi ölüm haqqında akt qeydinin bərpası barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməklərini tövsiyyə etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X9 24 nömrəli Şəhər Poliklinikasının *3.05.2025-ci il tarixli, 82 nömrəli məktubundan görünür ki, 24 nömrəli Şəhər Poliklinikasının müdriyyəti bildirir ki, ərizədə müraciət etdiyi X3 haqqında heç bir rəsmi sənəd olmadığına görə məlumat verə bilməmişlər. Bu səbəblə məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Ermənistan SSR-i Eçmiədzin rayonunun Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ЗЖ seriyalı 865837 nömrəli 29.*2.*965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası - X7 (atası X5, anası X4) *0.03.*950-ci il tarixdə Ermənistan SSR-i Eçmiədzin rayon Demirçi kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında *8.03.*950-ci il tarixdə 03 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər ilə müəyyən olunur ki, qəbirstanlıqda dəfn olunmuş mərhumun qəbirüstü abidəsinin şəkli çəkilmişdir. Qeyd edilir ki, X3 07.06.*982-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır... 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi onun babası olan X* 07.06.*982-ci il tarixdə ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçinin babası Ermənistanda vəfat edib və ölüm haqqında şəhadətnaməsi yoxdur. Ərizəçi ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona X3 barəsində ölüm haqqında akt qeydi aşkar olunmadığı bildirilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X* nəvəsidir. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X* ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. VVAQ şöbəsinin məktubu ilə müəyyən olunur ki, şəxsin ölməsi ilə bağlı hər hansı qeyd onlarda olmamışdır. Mərhum Ermənistan Respublikasında ölmüşdür. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plennum qərarına əsasən ərizəçinin mərhumun ölümünü təsdiq etmək üçün başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X* vəfat etməsini təsdiqləmişdirlər. X* 07.06.*982-ci il tarixdə vəfat etdiyi görünür. Ərizəçinin babası X* 07.06.*982-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28.02.*926-cı il təvəllüdlü X* 07.06.*982-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 28.02.*926-ci il təvəllüdlü X* 07.06.*982-ci il tarixdə, Ermənistan Respublikası, Masis rayonunda vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar