Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3275/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “şəxsin müəyyən vaxta və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 04.08.*953cü il təvəllüdlü X2 05.**.2005-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, 04.08.*953-cü il təvəllüdlü X4 onun atasıdır. Atası 05.**.2005-ci il tarixdə evdə vəfat etmişdir. Belə ki, 05 noyabr 2005-ci il tarixdə X*nun halı qəfil pisləşmiş, təcili tibbi yardım çağırana qədər atası həmin gün yaşadığı ünvan 1 ünvanda ölmüşdür. O, atasını Bülbülə qəbirstanlığında dəfn etmiş, lakin həmin vaxtdan atasının ölümü barədə hər hansı bir sənəd alınmamışdır. Lakin hal-hazırda vərəsəlik məsələlərini həll edən zaman məlum olmuşdur ki, X*nun ölümü qeydə alınmamış, onun ölümü barədə Qeydiyyat orqanında hər hansı bir qeydiyyat aparılmamışdır. Bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə gedərək atasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən X*nun ölümünün təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Atası ev şəraitində öldüyü üçün onun ölməsi barədə tibb müəssisəsindən tibbi şəhadətnamə verilməmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, mərhum X4 onun əmisi oğludur. Mərhum əmisi oğlu X4 çox içki içdiyi üçün səhhəti pisləşmiş və yaşadığı evində 05.**.2005-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi zaman orada olmamış, lakin ona məlumat verildikdən sonra gəlmişdir. Mərhum əmisi oğlu X3 Bülbülə qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Səhiyyə İdarəsi *3 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Ərizəçi verilmiş *9.04.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X* *3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına heç vaxt müraciət etməmiş və ona ölüm haqqında tibbi şəhadətnamə yazılmamışdır. İş materiallarında olan *3.0*.2022-ci il tarixli Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi 05.**.2005-ci il tarixdə vəfat etmiş X*nun ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *3.0*.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölüm qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Orconikidze (indiki Suraxanı) rayonu VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*973-cü ildə anadan olmuşdur. X*, anası X6r. İş materiallarına əlavə edilmiş Vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon Bülbülə Bələdiyyəsinin xx.xx.2022-ci li tarixli məktubundan görünür ki, mərhum X4 05.**.2005-ci ildə vəfat etmiş və Bülbülə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 05.**.2005-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ümumvətəndaş pasportunun kserosurətindən müəyyən olunur ki, X4 04.08.*953-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 05.**.2005-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.08.*953cü il təvəllüdlü X2 05.**.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 04.08.*953-cü il təvəllüdlü X2 05.**.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3275/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3275/2022
05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver