Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3277/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X** iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X3 xx.xx.2020-ci il tarixində yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev *9Q ünvanında vəfat etmişdir. Həmin vaxt təcili tibbi yardım çağırdıq və onlar anamın vəfat etməsini təsdiq etdilər. X2 Suraxanı rayon (“Dədə Qorqud”) qəbiristanlığında dəfn etmişik. Onun ölüm faktını qohum və qonşular şahid kimi təsdiq edə bilərlər. X* ölüm şəhadətnaməsini almaq üçün Qeydiyyat şöbəsinə müraciət etdim. Lakin müraciət müddətinin bitdiyi əsas gətirilərək ölüm şəhadətnaməsinin verilməsinə etiraz edildi. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldım”. Tərəflərin izahatları. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Ərizəçi məhkəməyə teleqram vurararaq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin ərizəçi məhkəməyə yazılı izahatla müraciət edərək bildirmişdir ki: “Bildirirəm ki, X3 xx.xx.2020-ci il tarixində yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev *9Q ünvanında vəfat etmişdir. Anam iki ilə yaxın onkoloji xəstəlikdən əziyyət çəkirdi və Milli Onkologiya Mərkəzində müalicə alırdı. Vəfatına bir ay qalmış səhhəti daha da ağırlaşdı və müalicəyə evdə davam etdi. Həkim nəzarəti altında dərman müalicəsi aparıldı. Vəfat edən gün yanında mən - övladı Ərizəçi, oğlu X9 və gəlini X*0 var idi. Həmin an təcili tibbi yardım çağırdıq və onlar anamın vəfat etməsini təsdiqlədilər. Anamı Suraxanı rayon “Dədə Qorqud” qəbiristanlığında dəfn etmişik. Ölüm faktını qohum və qonşular şahid kimi təsdiq edə bilərlər. X* ölüm şəhadətnaməsini almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etdim, lakin müraciət müddətinin bitdiyini əsas gətirərək, ölüm şəhadətnaməsinin verilməsinə etiraz edildi. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldım. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahir edirəm ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qət edəsiniz”. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. AZE seriyalı, *5046478 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 *8.05.*95*-ci il tarixdə Salyan şəhərində doğulmuş, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev *9Q ünvanında qeydiyyatda olmuşdur. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6.06.2022-ci il tarixli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. BŞT və TTYS 22 saylı bölmə Təcili və X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixli çağırış əsasında saat *3:30-da ünvana çatmışlar və X4 meyitini aşkarlamışlar. “Bakı Baş Səhiyyə Mərkəzi” X*6 *5 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş *7.06.2022-ci il tarixli, 396 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev *9Q ünvanında yaşamış, *8.05.*95*-ci il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 350 nömrəli arayışdan görünür ki, Ərizəçi ərizə ilə “Dədə Qorqud” qəbiristanlığına müraciət edərək mərhum anası X6 xx.xx.2020-ci il tarixdə qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. İşin faktiki halları. Ərizəçi anası X7 xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev *9Q ünvanında ölmüş, “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. Bu barədə müvafiq qəsəbə bələdiyyəsi tərəfindən arayış verilmişdir. Bundan başqa, onun öldüyü gün - xx.xx.2020-ci il tarixdə meyitinə baxış keçirən təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən ölüm faktı təsdiq edilmiş, ölüm haqqında müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
Ərizəçinin xahişindən görünür ki, ərizəçi məhkəmədən anası X4 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilənlər müvafiq təcili və X8 stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir. Göründüyü kimi, ərizəçinin anası X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *8.05.*95*-ci il tarixdə doğulmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. *8.05.*95*-ci il tarixdə doğulmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva