Məhkəmə qərarları › İş №2(010)-3281/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3281/2023

06.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3281/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus yatağ dəsti "xxxx" markalı (Ağ rənğdə taxt matrasla, ağ rənğdə 2 qapılı şkaf, 2 ədəd ağ rənğdə dolabça, güzgülü dolab ağ rənğdə) - 1300 manat məbləğində, qonaq otağı üçün - qəhvəyi rəngdə divan - 930 manat, krem rəngli stol 524 manat, krem rəngli stul 6 ədəd - cəmi 450 manat, televizor Vesta qara rəngdə (ekran diaqonal 108) 750 manat, ütü bənövşəyi rəndə (“Elif” firması) 45 manat, ətcəkən maşın (Boş firması) qırmızı rəngdə 350 manat, paltaryuyan maşın (İndesit markalı) ağ rənğdə 440 manat, soyuducu Stinol ağ rənğdə 600 manat, xalca qəhvəyi rəngdə (Merinos firması) 350 manat, xalca bənövşəyi rəngdə 70 manat, ağ rəngli palaz 60 manat, pərdələr - Qonağ otağı üçün ağ tül pərdə 130 manat, sarı atlaz pərdə 70 manat, pərdə ücün aksessuar 2 manat, yataq otağı üçün sarı tül pərdə 120 manat, atlas pərdə ağ rənğdə 20 manat, mətbəxt ücün ağ rənğdə pərdə 45 manat, taxt döşəyi çərhayı rənğdə 150 manat, 1ədəd çərhayı rənğdə adyal 6 manat, 1ədəd çərhayı rəngdə pokrıval 50 manat, dəsmallar, 2 ədəd can dəsmalı göy rəngdə hər biri 10 manat olmaqla cəmi 20 manat, yaşıl rəngdə can dəsmalı 2 ədəd əl dəsmalı dəsti 30 manat, 3 ədəd əl dəsmalı çərhayı rəngdə hər biri 5 manat olmaqla cəmi 15 manat, 2 ədəd boz dəsmal hər biri 5 manat olmaqla cəmi 10 manat, çay dəsmalı 3 ədəd qəhvəyi rəngdə hər biri 9 manat olmaqla 27 manat, stol süfrəsi ağ rənğdə 50 manat, şəffaf süfrə 6 manat, ütü altı kuşetka 50 manat, mətbəx üçün masa örtüsü (kloynkası)15 manat, zibil qabı 10 manat, qaşıq qoyulan plastik qara rəngdə qab 10 manat, böyük şüşə meyvə qabı 1 ədəd 8 manat, nar şəklində qənd qabı 1ədəd 2 manat, qaşıq qoyulan qab 2 ədəd cəmi 2 manat, aş süzən 1 ədəd 3.50 manat, oxlov 1ədəd 2 manat, su qrafini 1ədəd 5 manat, şüşə ədviyyat qabı 6 ədəd dəst qiyməti 24 manat, dəm çayniki 1 ədəd 10 manat, dəmir sarımsaq əzən 1 ədəd 2 manat, böyük süzğəc 3 manat, duzqabı 6 ədəd (dəst) 16 manat, qabları yığan ağ rənğdə 22 manat, 12 ədəd nəlbəki dəsti 12 manat, sabun qabı şüşə 12 manat, çərhayı qutuda tort qabı və boşqabları - dəst 50 manat, çərhayı qutuda stəkan və nəlbəki dəsti 50 manat, çərhayı rəngdə plastik qab 2 ədəd hər biri 10 manat olmaqla cəmi 20 manat, qabların altı ücün olan dəmir altlıq 1 manat, razetka 6 ədəd 1 packa - 5 manat, dəmir məcməyi 1ədəd 30 manat, 1ədəd qəhvəyi rəngdə plastik məcməyi 3 manat, qabsuyu çəkən 1 ədəd qırmızı rəngdə 4 manat, pəncərə silən cihaz 7 manat, çay stəkanı 3 ədəd hər biri 2 manat olmaqla 6 manat, vanna göy rəngdə 1 ədəd 10 manat, taxta şvabra 1 ədəd 6 manat, 2 ədəd plastik süpürgə hər biri 6 manat olmaqla 12 manat, paltarasan 2 paçka hər biri 9 manat olmaqla cəmi 18 manat, mavi unitaz təmizləyən şotka və göy rəngdə şotka cəmi 5 manat, 2 ədəd ayaqyolu üçün ayaqaltı hər biri 1 manat olmaqla cəmi 2 manat, cavadehə verdiyi üzük gümüş brilyant qaşlı 350 manat, onun şəxsi əşyaları göz üçün tuş 10 manat, reksona 1 ədəd 7 manat, reksona 1 ədəd 5 manat, tonal krem 20 manat, əl kremi 6 manat, 3 ədəd sınaq qutusunda ətirlər, hər biri 6 manat olmaqla cəmi 18 manat, 2 ədəd daraq, hər biri 3 manat olmaqla cəmi 6 manat, 2 ədəd adapter hər biri 12,50 manat olmaqla cəmi 25 manat (orginal istehsal), aş qaşığı 1 ədəd 2 manat, limon çəngəli 6 ədəd (dəst) 3 manat, versace cay qaşığı 1 ədəd 1 manat, limon çəngəli 2 ədəd hər bir 0,50 manat, cəmi 1 manat, yağ bıçağı 3 ədəd, hər biri 1 manat olmaqla cəmi 3 manat, əlavə cay qaşığı 5 ədəd, hər biri 1 manat olmaqla cəmi 5 manat, rəvəzçəkən (tyorka) 1 ədəd 6 manat, qara qulplu bıçaq dəstindən 2 ədədi, hər biri 1,50 manat, cəmi 3 manat, 7 ədəd ağ çay dəsmalı (dəst)11 manat, 1 ədəd döşəkağı 7 manat olmaqla, cəmi 7547 manat dəyərində göstərilən daşınar əşyaların natura formasında, naturada aşkar olunmayan əşyaların isə dəyərinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2 ədəd can dəsmalı göy rəngdə hər biri 10 manat, cəmi 20 manat dəyərində, yaşıl rəngdə can dəsmalı dəsti, dəstdə 2 ədəd dəsmal vardır, qiyməti 30 manat, 3 ədəd əl dəsmalı, hər biri 5 manat olmaqla cəmi 15 manat, 2 ədəd boz rəngdə dəsmal, hər biri 5 manat olmaqla cəmi 10 manat, 3 ədəd qəhvəyi rəngdə çay dəsmalı, hər biri 9 manat olmaqla, cəmi 27 manat, şəffaf stol örtüyü (süfrə) - 6 manat, mətbəx masası üçün süfrə 15 manat, qaşıqlar üçün plastik qara rəngdə qab - 10 manat, şüşə meyvə qabı 1 ədəd 8 manat, nar şəklində qənd qabı - 1 ədəd 2 manat qaşıq üçün qab - 2 ədəd, hər biri 1 manat olmaqla cəmi 2 manat, aşsüzən 1 ədəd 4 manat, oxlov 1 ədəd 2 manat, dəm çayniki 1 ədəd on manat, böyük süzgəc - 3 manat, duz qabı dəsti 16 manat, 12 ədəd nəlbəki dəsti - 12 manat, tort üçün boşqab dəsti (kiçik boşqab 6 ədəd və böyük boşqab 1 ədəd, dəst çəhrayı rəngdə, 50 manat, həmin dəst oxşar stəkan və nəlbəki dəsti (6 ədəd) çəhrayı rəngdə - 50 manat, çəhrayı rəngdə plastik qab 3 ədəd, hər biri 10 manat olmaqla cəmi 30 manat, dəmir altlıq 1 manat, razetka 6 ədəd (dəst 1 paçka) - 5 manat, dəmir məcməyi 1 ədəd 30 manat, plastik qəhvəyi rəngdə məcməyi 1 ədəd 3 manat, çay stəkanı - 3 ədəd, hər biri 2 manat olmaqla 6 manat, vanna göy rəngdə - 10 manat, plastik süpürgə 2 ədəd, hər biri 6 manat olmaqla cəmi 12 manat, paltarasan 2 paçka - hər biri 4 manat olmaqla cəmi 8 manat, deşikli aş qaşığı 1 ədəd 2 manat, limon çəngəli 2 ədəd hər biri 2 manat, cəmi 4 manat, limon çəngəli 6 ədəd (dəst) 3 manat, versace çay qaşığı 1 ədəd (dəstdən) - 1 manat, yağ bıçağı yaşıl rəngdə 3 ədəd hər biri 1 manat olmaqla 3 manat, əlavə çay qaşığı 5 ədəd, hər biri 1 manat olmaqla 5 manat, qara qulplu bıçaq dəstindən - 2 ədəd bıçaq, hər biri 1,50 manat olmaqla 3 manat, çay dəsmalı 7 ədəddən ibarət dəst 11 manat, 1 ədəd yataq örtüsü 7 manat, qab suyu çəkən 1 ədəd qırmızı rəng 4 manat, pəncərə silən cihaz 7 manat olmaqla, cəmi 446 manat dəyərində göstərilən daşınar əşyaların natura formasında, naturada aşkar olunmayan əşyaların isə dəyərinin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Hazırda tərəflər arasında bağlanmış nikahın pozulmasına dair mülki iş Suraxanı rayon məhkəməsinin icraatındadır. Tərəflər nikah bağladıqdan sonra mövcud olan adət-ənənəyə uyğun olaraq iddiaçı cavabdehin evinə gəlin köçmüş və “cehiz” kimi müəyyən daşınar əmlakları özü ilə həmin evə aparmış və yerləşdirmişdir. Lakin sonradan onlar arasında mübahisə yarandığından cavabdeh iddiaçıdan bununla bağlı olaraq razılıq almadan iddiaçıya məxsus cehiz və şəxsi əşyaları avtomobilə yükləyərək onların yaşadıqları evə gətirmişdir. Bununla bağlı olaraq iddiaçı tərəfindən video çəkiliş aparılmış və xx.xx.2023-cü ildə akt tərtib olunmuşdur. Həmin əşyalar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, bəzi əşyalar cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin daşınar əmlaklar 2 ədəd can dəsmalı göy rəngdə hər biri 10 manat, cəmi 20 manat dəyərində, yaşıl rəngdə can dəsmalı dəsti, dəstdə 2 ədəd dəsmal vardır, qiyməti 30 manat, 3 ədəd əl dəsmalı, hər biri 5 manat olmaqla cəmi 15 manat, 2 ədəd boz rəngdə dəsmal, hər biri 5 manat olmaqla cəmi 10 manat, 3 ədəd qəhvəyi rəngdə çay dəsmalı, hər biri 9 manat olmaqla, cəmi 27 manat, şəffaf stol örtüyü (süfrə) - 6 manat, mətbəx masası üçün süfrə 15 manat, qaşıqlar üçün plastik qara rəngdə qab - 10 manat, şüşə meyvə qabı 1 ədəd 8 manat, nar şəklində qənd qabı - 1 ədəd 2 manat qaşıq üçün qab - 2 ədəd, hər biri 1 manat olmaqla cəmi 2 manat, aşsüzən 1 ədəd 4 manat, oxlov 1 ədəd 2 manat, dəm çayniki 1 ədəd on manat, böyük süzgəc - 3 manat, duz qabı dəsti 16 manat, 12 ədəd nəlbəki dəsti - 12 manat, tort üçün boşqab dəsti (kiçik boşqab 6 ədəd və böyük boşqab 1 ədəd, dəst çəhrayı rəngdə, 50 manat, həmin dəst oxşar stəkan və nəlbəki dəsti (6 ədəd) çəhrayı rəngdə - 50 manat, çəhrayı rəngdə plastik qab 3 ədəd, hər biri 10 manat olmaqla cəmi 30 manat, dəmir altlıq 1 manat, razetka 6 ədəd (dəst 1 paçka) - 5 manat, dəmir məcməyi 1 ədəd 30 manat, plastik qəhvəyi rəngdə məcməyi 1 ədəd 3 manat, çay stəkanı - 3 ədəd, hər biri 2 manat olmaqla 6 manat, vanna göy rəngdə - 10 manat, plastik süpürgə 2 ədəd, hər biri 6 manat olmaqla cəmi 12 manat, paltarasan 2 paçka - hər biri 4 manat olmaqla cəmi 8 manat, deşikli aş qaşığı 1 ədəd 2 manat, limon çəngəli 2 ədəd hər biri 2 manat, cəmi 4 manat, limon çəngəli 6 ədəd (dəst) 3 manat, versace çay qaşığı 1 ədəd (dəstdən) - 1 manat, yağ bıçağı yaşıl rəngdə 3 ədəd hər biri 1 manat olmaqla 3 manat, əlavə çay qaşığı 5 ədəd, hər biri 1 manat olmaqla 5 manat, qara qulplu bıçaq dəstindən - 2 ədəd bıçaq, hər biri 1,50 manat olmaqla 3 manat, çay dəsmalı 7 ədəddən ibarət dəst 11 manat, 1 ədəd yataq örtüsü 7 manat, qab suyu çəkən 1 ədəd qırmızı rəng 4 manat, pəncərə silən cihaz 7 manat olmaqla, cəmi 446 manat dəyərində olan daşınar əmlak üzərinə sahiblik edərək cavabdeh həmin əşyaları iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş 68 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2022-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı müəssisə daxili qaimə fakturadan müəyyən olunur ki, Texno Zona tərəfindən 1 ədəd ütü 45 manat məbləğində və 1 ədəd tozsoran 120 manat məbləğində məişət avadalığı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı müəssisə daxili qaimə fakturadan müəyyən olunur ki, Texno Zona tərəfindən 1 ədəd 750 manat məbləğində Westa markalı televizor təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı müəssisə daxili qaimə fakturadan müəyyən olunur ki, Texno Zona tərəfindən 1 ədəd 440 manat məbləğində İndesit markalı paltaryuyan və 1 ədəd 600 manat məbləğində Stinol markalı soyuducu təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş EmbaFinans tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Müqavilədən müəyyən olunur ki, "xxxx" QSC ilə X2 ilə aralarında müqavilə bağlanmış və "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər) almaq məqsədi ilə 3204 manat məbləğində istehlak kredit verməyi öhdəsinə götürmüşdür. Həmin əşyalar yataq dəsti 020 Madeyra /240097 Voga Dəst 1 ədəd, Yumşaq dəst 020 Madeyra/260016 Mega X 3 yerli 1 ədəd predmetdən ibarətdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilir: “ünvan 3 ünvanında yerləşən xx.xx.2023-cü il tarixli qərardadla üzərinə həbs qoyulmuş 2 ədəd can dəsmalı, 2 ədəd yaşıl rəngdə can dəsmalı, əl dəsmalı-dəst, 3 ədəd çəhrayı rəngdə əl dəsmalı, 2 ədəd boz dəsmal, 3 ədəd qəhvəyi rəngdə çay dəsmalı, şəffaf süfrə, böyük şüşəli meyvə qabı, 1 ədəd nar şəklində qənd qabı, 2 ədəd qaşıq qoyulan qab, 1 ədəd aşsüzən, 1 ədəd oxlov, 1 ədəd dəm çayniki, 1 ədəd sarımsaq əzən, böyük süzgəc, 6 ədəd duz qabı, 12 ədəd stəkan və nəlbəki dəsti, çəhrayı rəngdə tort üçün boşqab dəsti, çəhrayı rəngdə plastik qab, 6 ədəd razetka, dəmir məcməyi, 1 ədəd plastik məcməyi, qırmızı rəngdə qab suyu çəkən, pəncərə silən cihaz, 3 ədəd çay stəkanı, göy rəngdə vanna, 2 ədəd plastik süpürgə, 2 ədəd paltarasan, göz uçün tuş,1 ədəd reksona, 1 ədəd tonal krem, əl kremi, 3 ədəd ətir, 2 ədəd daraq, deşikli aş qaşığı, 6 ədəd limon çəngəli, 1 ədəd çay qaşığı, 6 ədəd limon çəngəli, 3 ədəd yağ bıçağı, 5 ədəd əlavə çay qaşığı mənzildə aşkar olunmamışdır. Digər əşyalar mənzildə aşkar olunmuş və üzərinə həbs qoyulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X3” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi videoçəkilişlərə baxış keçirilərkən və iddiaçı tərəfin verdiyi izahatından və sübutlardan müəyyən olunur ki, iddiaçıya məxsus olan cehiz əmlaklar cavabdeh tərəfindən avtomobilə yüklənərək evdən çıxarılmış və iddiaçının yaşadığı mənzilə gətirilmiş və həmin əmlaklar evdən çıxarılan zaman iddiaçının iştirakı təmin olunmamışdır. İddiaçı tərəf iddia ərizəsinə əlavədə sadalanmış əmlakların cavabdehə məxsus evə yerləşdirdiyini, sonradan isə cavabdeh tərəfindən həmin cehiz əmlaklarının onun iştirakı olmadan evdən çıxarıldığını, buna görə də icra məmuru tərəfindən tərtib olunmuş akta əsasən bəzi əmlakların onların yerləşdirdiyi evdə tapılmadığını və cehiz əmlakların bir hissəsinin iddiaçıya qaytarılmadığını iddia etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı həmin əmlakların evdən götürülməsi zamanı orada iştirak etməmiş və bu hal cavabdehin təşəbbüsü ilə baş vermişdir. Sonradan iddiaçının yaxınları tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur və həmin aktda bəzi əşyalar öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, mənzildə yerləşən iddiaçıya məxsus əmlakların bəziləri iddiaçının razılığı olmadan mənzildən çıxarıldığından və bununla bağlı sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və hazırkı iddia ərizəsinə dair öz etirazını və mülahizəsini bildirməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan cehiz əmlaklarının cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus olan bəzi əmlaklar cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 4 ünvanda yerləşən mənzildə İddiaçı məxsus olan – 2 ədəd can dəsmalı göy rəndə 20 manat, 2 ədəd yaşıl rəngdə can dəsmalı 30 manat, 3 ədəd əl dəsmalı 15 manat, 2 ədəd boz rəngli dəsmal 10 manat, 3 ədəd qəhvəyi rəngdə çay dəsmalı 27 manat, 1 ədəd şəffaf süfrə 6 manat, 1 ədəd mətbəx süfrəsi 15 manat, 1 ədəd qaşıq qoyulan plastik qara rəngli qab 10 manat, 1 ədəd böyük şüşəli meyvə qabı 8 manat, 1 ədəd nar şəklində qənd qabı 2 manat, 2 ədəd qaşıq qoyulan qab 2 manat, 1 ədəd aşsüzən 4 manat, 1 ədəd oxlov 2 manat, 1 ədəd dəm çayniki 10 manat, 1 ədəd böyük süzgəc 3 manat, 6 ədəd duz qabı 16 manat, 12 ədəd nəlbəki dəsti 12 manat, çəhrayı rəngdə tort üçün boşqab dəsti 50 manat, çəhrayı rəngdə 6 ədəd stəkan və nəlbəki dəsti 50 manat, 3 ədəd çəhrayı rəngdə plastik qab 30 manat, 1 ədəd dəmir altlıq 1 manat, 6 ədəd razetka 5 manat, 1 ədəd dəmir məcməyi 30 manat, 1 ədəd plastik məcməyi 3 manat, 3 ədəd çay stəkanı 6 manat, 1 ədəd göy rəngdə vanna 10 manat, 2 ədəd plastik süpürgə 12 manat, 2 ədəd paltarasan 8 manat, 1ədəd deşikli aş qaşığı 2 manat, 2 ədəd limon çəngəli 4 manat, 6 ədəd limon çəngəli 3 manat, 1 ədəd Versace çay qaşığı 1 manat, 3 ədəd yağ buçağı yaşıl rəngdə 3 manat, 5 ədəd əlavə çay qaşığı 5 manat, 2 ədəd qara qulplu bıçaq dəstindən 3 manat, 7 ədəd çay dəsmalı 11 manat, 1 ədəd döşəkağı 7 manat, 1 ədəd qab suyu çəkən 4 manat, 1 ədəd pəncərə silən cihaz 7 manat adda olan əmlaklar Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Qətnamə icra olunan zaman əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 447 (dörd yüz qırx yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanda yerləşən mənzildə İddiaçı məxsus olan – 2 ədəd can dəsmalı göy rəndə 20 manat, 2 ədəd yaşıl rəngdə can dəsmalı 30 manat, 3 ədəd əl dəsmalı 15 manat, 2 ədəd boz rəngli dəsmal 10 manat, 3 ədəd qəhvəyi rəngdə çay dəsmalı 27 manat, 1 ədəd şəffaf süfrə 6 manat, 1 ədəd mətbəx süfrəsi 15 manat, 1 ədəd qaşıq qoyulan plastik qara rəngli qab 10 manat, 1 ədəd böyük şüşəli meyvə qabı 8 manat, 1 ədəd nar şəklində qənd qabı 2 manat, 2 ədəd qaşıq qoyulan qab 2 manat, 1 ədəd aşsüzən 4 manat, 1 ədəd oxlov 2 manat, 1 ədəd dəm çayniki 10 manat, 1 ədəd böyük süzgəc 3 manat, 6 ədəd duz qabı 16 manat, 12 ədəd nəlbəki dəsti 12 manat, çəhrayı rəngdə tort üçün boşqab dəsti 50 manat, çəhrayı rəngdə 6 ədəd stəkan və nəlbəki dəsti 50 manat, 3 ədəd çəhrayı rəngdə plastik qab 30 manat, 1 ədəd dəmir altlıq 1 manat, 6 ədəd razetka 5 manat, 1 ədəd dəmir məcməyi 30 manat, 1 ədəd plastik məcməyi 3 manat, 3 ədəd çay stəkanı 6 manat, 1 ədəd göy rəngdə vanna 10 manat, 2 ədəd plastik süpürgə 12 manat, 2 ədəd paltarasan 8 manat, 1ədəd deşikli aş qaşığı 2 manat, 2 ədəd limon çəngəli 4 manat, 6 ədəd limon çəngəli 3 manat, 1 ədəd Versace çay qaşığı 1 manat, 3 ədəd yağ buçağı yaşıl rəngdə 3 manat, 5 ədəd əlavə çay qaşığı 5 manat, 2 ədəd qara qulplu bıçaq dəstindən 3 manat, 7 ədəd çay dəsmalı 11 manat, 1 ədəd döşəkağı 7 manat, 1 ədəd qab suyu çəkən 4 manat, 1 ədəd pəncərə silən cihaz 7 manat adda olan əmlaklar Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamə icra olunan zaman əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 447 (dörd yüz qırx yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar