Məhkəmə qərarları › İş №2(010)-3301/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3301/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3301/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X4 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, bacısı X6 xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bacısı X6 ərizəçi və onun ailəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 55 ünvanında birlikdə yaşamışdır. Mərhum X1 heç bir problem olmamış və xx.xx.2020-ci il tarixində bacısı yuxudan oyanmamışdır. Təcili tibbi yardım çağırıldıqdan sonra isə vəfat etdiyi məlum olmuşdur. Vəfat etdikdən sonra qohumlarının da iştirakı ilə X5 Yardımlı rayonunda yerləşən qəbristanlığında dəfn etmişlər. X4 ölümü ailəsinə pis təsir etdiyindən bir müddət özünə gələ bilməmişdir. Bu səbəbdən də, X4 ölümünü təsdiqləyən ölüm haqqında şəhadətnaməni almamışdır. Sonradan bacısına ölüm haqqında şəhadətnamə almaq üçün Suraxanı rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ona Bakı şəhəri Maraqlı şəxs 735-05/75 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin alınmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hal-hazırda onun mənzilindən mərhum bacısı X5 qeydiyyatdan çıxarılması məqsədilə X4 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Lakin X4 ölüm şəhadətnaməsi olmadığından o qeyd edilən məsələni həll edə bilmir. Məhz bu səbəbdən bacısı X4 xx.xx.2020-ci il tarixində vəfat etmə faktının müəyyən edilməsi zəruridir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı, mərhum X6 isə onun bacısı olub. X4 heç bir xəstəliyi olmayıb, lakin xx.xx.2020-ci il tarixində bacısı yuxudan oyanmamış və bununla bağlı təcili tibbi yardım çağırıldıqdan sonra isə vəfat etdiyi məlum olmuşdur. Vəfat etdikdən sonra qohumlarının da iştirakı ilə X5 Yardımlı rayonunda yerləşən Pirembel qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1974-cü ildə anadan olmuşdur. Atası X8, anası X3r. İş materiallarına əlavə edilmiş xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. Atası X8, anası X3r. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 55 ünvanında qeydiyyatda olub. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 55 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X12 Yardım Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxx 2020-ci il tarixində X4 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 55 ünvanınaçağırış olmuş və qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 738 saylı Asan Xidmətə ünvanlanmış arayışından görünür ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 55 ünvanında yaşamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X6 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” X2 Sisteminə xx.xx.2020-ci ilədək dövrə aid daxil edilmiş məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Yardımlı rayon Pirembel Bələdiyyəsinin sədri M.Fəttayev tərəfindən Bakı şəhər Sabunçu rayon Bakıxanov qəsəbəsi ASAN-xidmət Şöbəsinə ünvanlanmış arayışdan görünür ki, Bakı şəhərində Qeydiyyatda olmuş mərhum X6 xx.xx.2020-ci il tarixində Yardımlı rayon Pirembel kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1974-cü il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1974-cü il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar