Məhkəmə qərarları › İş №2(010)-3328/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3328/2022

06.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3328/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə və xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqavilələri əsasən əldə edilmiş əmlakın dəyərinin 62399 manat 60 qəpik və 680 avro məbləğində hissəsinin əsassız varlanma hesab edilərək həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2009-cu ilin sentyabr ayının 18-də X4 ilə bağladığı xidmət müqaviləsinə əsasən 10 ilə yaxın müddətdə sonuncunun mülkiyyət hüquqlarını məhkəmələrdə, o sıradan Avropa İnsan Hüquqları Məhkəməsində və dövlət orqanlarında müdafiə etmişdir. Həmin razılaşmanın 3-cü bəndinə əsasən iş müsbət həll olunacağı halda A.Rüstəmov ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında qonorar ödəməyi öhdəsinə götürmüşdür. X2 mülkiyyət hüququnun pozuntusu ilə bağlı uzun illər müxtəlif məhkəmə instansiyalarında baxılmış, nəhayət, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2011-ci ilin 26 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək A.Rüstəmova 623,996 manat maddi və mənəvi ziyan ödənilməsi qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı icra olunmadığına görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardad qəbul olunmuşdur. Kommunikasiya mərhələsində A.Rüstəmovla Azərbaycan Azərbaycan höküməti arasında imzalanmış Deklarasiyaya görə hökümət 3 ay ərzində məhkəmə qərarını icra etməli idi. Şikayətçiyə vurulmuş mənəvi zərər görə 1800 avro, vəkil xərci kimi 500 avro ödəməli idi. Dövlət büdcəsində yaranmış problemlərlə bağlı ödəniş gecikdiyindən A.Rüstəmov oğlu Cavabdeh1 ilə dəfələrlə onunla görüşərək kompensasiyanı müxtəlif vəzifəli şəxslərə “şapka” ödəməklə almaq istədiyini bildiriblər. O, bunun qanunsuz bildirsə də, A.Rüstəmov müxtəlif şəxslərə müraciət etmiş, sonda özünün və oğlu Turalın dediyinə görə aldandığı üçün bu vəsaitlərin müəyən hissəsindən məhrum olmuşdur. Azərbaycan Höküməti, öncə Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi mənəvi zərəri və vəkil xərcini, sonra isə hər dəfə təxminən 200 000 manat olmaqla əsas məbləği 2018-ci ilin noyabrın 15-də, 2019-cu ilin fevralın 14də, 2019-cu ilin mayın 21-də A.Rüstəmovun bank hesabına köçürülmüşdür. Hər dəfə o, qonorarını növbəti ödənişdən sonbra verəcəyini bildirsə də, sonda qonorar ödəməkdən imtina etdiyindən ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, 62399 manat 60 qəpik və 680 avro məbləğində pulun A.Rüstəmovdan tutulun ona verilməsi qət olunmuşdur. Qərar qanuni qüvvəyə minib icraya yönəldikdən sonra A.Rüstəmov vəfat etmiş, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. O, həmin qərardan məhkəmə qaydasında şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra məmurunun qərarı ləğv edilmişdir və icra tədbirlərinin icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilməsi qərara alınmışdır. Bundasn sonra o, A.Rüstəmovun vərəsələrinə qarşı iddia qaldırmaq məqsədilə notariat orqanlarına və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğular verib onun əmlakı, o sıradan aldığı kompensasiyalar hesabına əldə etdiyidaşınmaz əmlak, bu əmlaklarla bağlı bağladığı əqdlər barədə məlumat istəmiş və bəlli olmuşdur ki, A.Rüstəmov ona qarşı qaldırılmış idddia üzrə məhkəmənin qətnaməsindən boyun qaçırmaq məqsədilə yuxarıda təsvir olunmuş qaydada kompensasiya aldıqdan sonra əldə etdiyi daşınmaz əmlakı iki hissəyə bölərk bağışlama müqavilələri bağlayaraq ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı övladları olan cavabdehlərin mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın hansı vəsait hesabına əldə edilməsinə baxmayaraq A.Rüstəmovun məhkəmə qərarına əsasən ödəməli olduğu borcu onun əmlakına yönəldilə bilərdi. Bundan başqa, məhkəmə qərarına əsasən ödənilmiş kompensasiya məbləği məhkəmə qərarına əsasən onun hüququ ilə yüklü olduğundan bu vəsait hesabına əldə edilmiş əmlak sərbəst sərəncam verə bilməzdi. Məhz öhdəliyin icrasından yayınmaq məqsədilə A.Rüstəmov daşınmaz əmlaklarını qanunsuz olaraq özgəninkilləşdirilməklə məsuliyyətdən qaçmağa çalışıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publiki hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə verilən sorğuya cavab verilmişdir ki, A.Rüstəmov ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı satın alaraq 2019-cu ilin fevral ayının 25-də reyestrdə qeydiyyatdan keçirmiş, 2019 və 2021-ci illərdə daşınmaz əmlakları bağışlama yolu ilə cavabdehlərin adına keçirmişdir. 2009-cu il 18 sentyabr tarixli Xidmət müqaviləsinə əsasən A.Rüstəmov alaşağı kompensasiyanın 10 faizi miqdarında qonorar ödəmək öhdəliyini götürmüş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bu öhdəliyin mövcüdluğu təsdiq olunmuş, lakin borclu öhdəliyini icra etməmişdir. A.Rüstəmovun bank hesabına kompensasiya kimi köçürülmüş pul vəsaitindən istifadə hüququ məhkəmə qərarı ilə yüklü edilsə də A.Rüstəmov onun hüququ ilə yüklü olan hüququndan istifadə edərək əmlak əldə etmişdir. Kompensasiya hesabına əmlak edilərkən 3-cü şəxsə çatmalı olan pul vəsaitindən də istifadə edilmiş, 3-cü şəxsin hüququ ilə yüklü olan pul vəsaiti hesabına əldə edilən əmlak bu hissədə əsassız əldə edilmiş əmlak olduğundan hüquq sahibinə qaytarılmalıdır. Cavabdehlər ataları A.Rüstəmovdan onun hüququ ilə yüklü olan əmlakı qəbul etdiklərindən həmin əmlakın dəyərindən Xidmət müqaviləsi ilə müəyyən olunmuş və məhkəmə qərarı ilə təsdiq edilmiş məbləğdə pul vəsaitini ona ödəməlidilər. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 138.2, 158, 526, 1091-1092-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində təsvir olunanları bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum Arif Rüstəmov sağlığında özünə məxsus əmlakı bağışlama müqavilələrinə əsasən öz övladlarına bağışlamış və bu zaman həmin daşınmaz əmlaklar iddiaçının xeyrinə nə qanuna , nə də məhkəmə qərarına əsasən yüklü olmamışlar. İddiaçının iddianın əsası kimi istinad etdiyi qanuni əsaslar hazırki halda iddianın təmin edilməsi üçün əsas vermir. Odur ki, iddia tələbi rədd olunmalıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, ünvan 2 ünvanda yerləşən 19,4 kv. metr qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdə bağışlama müqaviləsinə əsasən X4 tərəfindən Cavabdeh1, ünvan 2 ünvanda sonuncuya məxsus olmuş 34,085 kv. metr olan hissəsinin xx.xx.2021-i il tarixdə X4 tərəfindən Cavabdeh2 bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfindən tələblərini əsaslandıraraq məhkəmə təqdiqatına təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2619/2021 saylı qətnaməsindən müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək cavabdeh X1 62399 manat 60 qəpik və 680 avro məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 138.2, 158, 526, 1091-1092-ci maddələrinə istinad etmişdir. Lakin məhkəmə iddiaçının qeyd edilən əsaslarla iddianın təmin olunması üçün əsaslar müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli Xidmət müqaviləsinə əsasən A.Rüstəmovun iddiaçıya qonorar ödəmək öhdəliyinin mövcüd olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1 və 138.2-ci maddələrində təsbit olunur ki, əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Hüququn yüklülüyü - qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3.-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4.-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən maddi normaların sistemli təhlili isə ona dəlalət edir ki, hər hansı öhdəliyin mövcüdluğu özü-özlüyündə borcluya məxsus olan əmlak və ya digər hüquqlarını kreditorun xeyrinə yüklü etmir, belə yüklülük isə qanun və ya əqd əsasında mövcüd ola bilər. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilmiş mülki iş çərçivəsində məhkəmənin qərardadına əsasən cavabdeh olmuş A.Rüstəmovun bank hesablarına həbs qoyulmaqla sonuncunun həmin əmlakla əlaqədar olan hüquqları yüklü edilmiş hesab olunmalı, qalan əmlak, o cümlədən borcluya məxsus olmuş daşınmaz əmlak üzərində belə yüklülük olmamışdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 526-ci maddəsinə istinadən iddianın əsaslı olması ilə bağlı iddiaçının dəlillərini qəbul etmir və qeyd edir ki, qeyd edilən norma Mülki Məcəllənin öhdəliklərin verilməsi ilə bağlı olan məsələləri tənzimləyən fəsilə daxil edilmiş və yalnız bununla bağlı münasibətləri tənziməyən norma olmaqla hazırki mübahisəyə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, X4 tərəfindən ünvan 2 ünvanda yerləşən 19,4 kv. metr qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh1, ünvan 2 ünvanda sonuncuya məxsus olmuş 34,085 kv. metr olan hissəsinin xx.xx.2021-i il tarixdə Cavabdeh2 bağışlanma nəticəsində cavabdehlərdə iddiaçıya münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- 1092-ci maddələrində nəzərdə tutulmuş hər hansı əsassız varlanma halı baş vermədiyindən iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 216-220-ci maddələrinə əsasən məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması tələbi barədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar