Məhkəmə qərarları › İş №2(010)-3338/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3338/2023

11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3338/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri 3*.0*.*962-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, onun həyat yoldaşı 3*.0*.*962-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə ünvan 1 ünvanında vəfat etmişdir. Lakin həmin ünvanda müvəqqəti kirayədə yaşamışdır. Daimi yaşadığı ünvan qeydiyyatda olduğu ünvandır. Belə ki, mərhum əri X3 ölüm haqqında şəhadətnamə ala bilməsi üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Suraxanı rayon Qeydiyyat Şöbəsi mərhum əri X2 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X* barəsində ölüm haqqında şəhadətnaməsinin alınması vacibliyini nəzərə alaraq və həmin şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X*0 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun baldızı, X* isə onun baldızının həyat yoldaşıdır. Onların yaşadıqları ünvana yaxın olan bir ünvanda Ərizəçi və onun həyat yoldaşı kirayədə yaşamışlar. Həmin gün o evdən çıxıb mağazaya gedəndə, ərizəçinin qızının qışqırıq səsini eşitmişdir. Həmin an dərhal o, ərizəçinin evinə getmiş və X*nun vəziyyətinin pis olduğunu görmüşdür. X* iki dəfə ürəkdən infarkt keçirmiş və onun ürəyinə aparat qoyulmuşdur. X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Zabrat qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. Digər şahid X** məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X* isə bacısının həyat yoldaşıdır. X* xəstə idi, o, əvvəl iki dəfə ürək infarktı keçirmişdir. Onun bacısının həyat yoldaşı X4 ürək tutmasından xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Zabrat qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 barəsində “Vətəndaşiıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşiıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. İş materiallarına əlavə edilmiş "X*3" Publik Hüquqi şəxs tərəfindən Bakı Şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Pürzə Əliyevaya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli 730 №-li məktuba cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yaşayan İİ qrup əlil 3*.0*.*962-ci il təvəllüdlü X5 “*20.8 Stenokordiyanın digər formaları, ÜİX-stabil gərginlik stenokordiyası İİİ FS.” Diaqnozu ilə 06.*2.2022-ci il tarixdən “X*3” publik hüquqi şəxsin poliklinika şöbəsində olan kardioloji kabinetdə dispanser qeydiyyatında olunmuşdur. xx.xx.2023-cü il tarixdə X4 ünvan 5 ünvanında dünyasını dəyişmişdir. Təcili və X6 tərəfindən “həkimə qədər ölüm” rəyi verilmişdir. Ölümün baş vermə səbəbi məlum olmadığından vətəndaşın son müraciəti 2*.0*.2023-cü il tarixində olduğundan, ölüm haqqında tibbi şəhadətnaməni məhkəmə yolu ilə əldə etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Ermənistan SSR, Massis rayon Zaqs tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 *6.*0.*987-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2023cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X2 adına xx.xx.2023-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, X4 həqiqətən xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Zabrat-* ərazisində yerləşən qəbstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 3*.0*.*962-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 3*.0*.*962-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar