Məhkəmə qərarları › İş №2(010)-3341/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3341/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3341/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayon Qeydiyyat şöbəsi tərəfindən 22 sentyabr *977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 348480 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxxxx *977-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 sentyabr *977-ci il tarixdə 3*3* nömrə ilə qeyd edilmişdir.

2. 27 avqust *997-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 26**292 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *4.08.*997-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 avqust *997-ci il tarixdə 830 nömrə ilə qeyd edilmişdir.

3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Nümayəndə ünvanladığı 02 iyun 2024-cü il tarixli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür.

İşin faktiki halları

4. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X2 *7 dekabr *977-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sadəcə olaraq X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Ərizəçinin tələbi

5. Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X* *7.*2.*977-ci il tarixdə Bakı şəhəri ərazisində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

6. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, əkiz bacısı *997-ci ildə 3 aylıq olanda vəfat edib. Hazırda valideynləri də vəfat edib və onlar həmin vaxt ölüm haqqında şəhadətnamə almayıblar. Bacısı balaca olduğu üçün atasının qəbrinin aşağı hissəsində dəfn edilib. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Elşənin əmisidir. Rəna 3 aylıq olan zaman ölmüşdür. Belə ki, o, əsgərlikdən təzə gəlmişdi və evdə olan zaman qəflətən ağlamaq səsləri eşitmişdir. Nə baş verdiyini öyrənmək istədikdə ona dedilər ki, Rəna nəfəs almır. Bundan sonra isə o, qardaşı və yeznələri ilə birlikdə uşağı valideynlərinin yanında dəfn etmişlər.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirdi ki, Rəna 3 aylıq olan zaman gecə yatmış və səhər oyanmamışdır. Bundan sonra isə uşağı dəfn etmişlər. Həmin zamanlar onun *7 yaşı var idi və Nizami rayonunda yaşayırdıar. Rəna İradənin əkiz bacısı idi və adını anası qoymuşdur.

Tətbiq edilən hüquq

*0. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

**. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*3. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *4. Məhkəmə hesab edir ki, X* *7 dekabr *977-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun bacısının ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *6. “Dövlət rüsumu haqqında” Qanunun 9.*.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. *7. İş materiallarından görünür ki, Ərizəçi müharibə veteranıdır. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi dövlət rüsumunu ödəməkdən azaddır.

Məhkəmənin gəldiyi nəticə

*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X* *7 dekabr *977-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. X* *7 dekabr *977-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar