Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3349/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu 29.*0.*978-ci il təvəllüdlü X2 24.05.*979-cu ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, X7 ərizəçinin oğludur və 24.05.*979-cu ildə Bakı şəhərində vəfat etmişdir. Həmin gün övladının cəsədini Hövsan kənd qəbrstanlığında dəfn etmişlər. Hal-hazırda ərizəçinin həyat yoldaşı vəfat etmiş və vərəsəliyin açılması üçün oğlu Fuadın ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı mərhum oğlu X6 ölüm haqqında şəhadətnamə ala bilməsi üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Suraxanı rayon Qeydiyyat Şöbəsi mərhum oğlu X2 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X* barəsində ölüm haqqında şəhadətnaməsinin alınması vacibliyini nəzərə alaraq və həmin şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşı Quliyev Zakirin həyat yoldaşıdır. Onların birgə nikahdan iki övladları doğulmuş və onlar sonradan ayrılmışlar. X7 *978-ci ildə anadan olmuş və bir müddət sonra xəstələnmiş və xəstəxanada yatmışdır. O, *979-cu ildə vəfat etmiş və Hövsan qəbrstanlığında dəfn olunmuşdur. Onun qardaşı Zakir Quliyev bir il bundan öncə vəfat etmiş və vərəsəlik işinin açılması üçün oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması labüddür. Digər şahid X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun xalası oğlu Zakirin həyat yoldaşıdır. Onların övladları X7 beş aylıq olarkən xəstələnmiş və vəfat etmişdir. X7 *979-cu ildə vəfat etmiş və Hövsan qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi 24.05.*979-cu il tarixdə vəfat etmiş X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X7 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşiıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. İş materiallarına əlavə edilmiş "X**" Publik Hüquqi şəxs tərəfindən Zəfər Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, sorguya cavab olaraq bildirilmişdir ki, 29.*0.*978-ci il təvəllüdlü X7 *979-cu ildə X8 (2 saylı Ə.Qarayev adına KUX) ölüm hadisələrinin qeydiyyat kitabından keçməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş akt qeydinin surətindən X7 29.*0.*978-ci il tarixdə doğulmuş və valideynləri qrafasında anası Ərizəçi və atası X5r. İş materiallarına əlavə edilmiş Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *8.*0.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, X7 24.05.*979-cu il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsinin qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 24.05.*979-cu il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29.*0.*978-ci il təvəllüdlü X2 24.05.*979-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 29.*0.*978-ci il təvəllüdlü X2 24.05.*979-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3349/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3349/2023
20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver