Məhkəmə qərarları › İş №2(010)-3352/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3352/2021

07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3352/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1 iştirakı ilə, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ** KS *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190E” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190” markalı və ** ML *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz minik” markalı avtomobillərin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat verən onun vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Suraxanı rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(010)-1219/2018 saylı qətnaməsinə əsasən ** ML *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” minik markalı avtomobili, ** KS *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" minik markalı avtomobili, ** EG *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190E” minik markalı avtomobili, ** TP *** dövlət qeydiyyat nişanlı "Satum Astra" minik markalı avtomobili, ** OL *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190” minik markalı avtomobili, ** EB *** dövlət qeydiyyat nişanlı "Nissan X-Trail" minik markalı avtomobili, ** OX *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" minik markalı avtomobili tərəflər arasında bərabər bölünməklə həmin avtomobillərin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh1 birgə mülkiyyətdəki payı hesab edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(010)-104/2020 saylı qətnaməsi ilə ** KS *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190E” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı “Mersedes- Benz 190” markalı və ** ML *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz minik” markalı avtomobillərinə İddiaçı mülkiyyət hüququnun tanınması, ** TP *** dövlət qeydiyyat nişanlı "Saturn Astra" markalı, ** EB *** dövlət qeydiyyat nişanlı "Nissan X-Trail" markalı və ** OX *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" markalı avtomobillərinin Cavabdeh1 mülkiyyətə verilməsi” qət edilmişdir. Buna baxmayaraq İddiaçı mülkiyyəti olan həmin avtomobilləri özünün sahibliyi və istifadəsinə qaytara bilmir. Belə ki, həmin avtomobillər hazırda cavabdehlər qismində cəlb olunmuş şəxslərin sahibliyindədilər. Cavabdeh1 qeyd olunan avtomobillərin faktiki sahiblərini tanısa da, avtomobillərin geri qaytarılmasına köməklik göstərmir. Belə olan halda iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə qismən razılaşaraq izahatında göstərdi ki, ona münasibətdə iddia əsassızdır, çünki həmin avtomobillər çoxdan onun istifadəsindən çıxmaqla başqa şəxslərin sahibliyindədir. Cavabdeh X4, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, ** ML *** dövlət qeydiyyat nişanlı “Mersedes- Benz” minik markalı avtomobili, ** KS *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" minik markalı avtomobili, ** EG *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190E” minik markalı avtomobili, ** TP *** dövlət qeydiyyat nişanlı "Satum Astra" minik markalı avtomobili, ** OL *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190” minik markalı avtomobili, ** EB *** dövlət qeydiyyat nişanlı "Nissan X-Trail" minik markalı avtomobili, ** OX *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" minik markalı avtomobili tərəflər arasında bərabər bölünməklə həmin avtomobillərin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh1 birgə mülkiyyətdəki payı hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 27.06.2019-cu il tarixli 2(103)-8338/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1219/2018 saylı saylı iş üzrə 22 oktyabr 2018- ci il tarixli qətnaməsi“Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Fioletov küçəsi ev 16, 3 saylı mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi, həmin mənzilin tərəflər arasında bərabər bölünməklə onun 34 (ikidə bir) hissəsi üzərində İddiaçı, 34 (ikidə bir) hissəsi üzərində Cavabdeh1 mülkiyyət paylarının tanınması”hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissələrdə, yəni “** TP *** dövlət qeydiyyat nişanlı “Satum Astra” minik markalı və ** EB *** dövlət qeydiyyat nişanlı "Nissan X-Trail” minik markalı avtomobillərin birgə nikah dövründə əldə olunmuş əmlaklar hesab edilməsi, həmin avtomobillərin tərəflər arasında bərabər bölünməklə onların 34 (ikidə bir) hissəsi üzərində İddiaçı, 34 (ikidə bir) hissəsi üzərində Cavabdeh1 mülkiyyət paylarının tanınması” hissəsində dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(010)-104/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 Kamaləddin oğlunun birgə nikah dövründə əldə etdikləri **-KS-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190 E” markalı və **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190” minik markalı avtomobillərə İddiaçı mülkiyyət hüquqları tanınmış, **-TP-*** dövlət qeydiyyat nişanlı “Saturn Astra” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı və **-OX-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” minik markalı avtomobilləri Cavabdeh1 mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(010)-104/2020 saylı qərardadı ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(010)-104/2020 saylı qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək, İddiaçı ilə Cavabdeh1 Kamaləddin oğlunun birgə nikah dövründə əldə etdikləri **-KS-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190 E” markalı və **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190” və **-ML-*** dövlət qeydiyyat nişanlı “Mercedes- Benz “minik markalı avtomobillərinə İddiaçı mülkiyyət hüquqları tanınması qərara alınmışdır. DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasın məlumatlarına görə : - **-KS-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobil Cavabdeh1 Kamaləddin oğlunun adına qeydiyyata alınmış və 10 aprel 2011-ci il tarixdə verilmiş etibarnaməyə əsasən Cavabdeh2 sahibliyindədir; - **-EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190 E” markalı avtomobil Cavabdeh1 Kamaləddin oğlunun adına qeydiyyata alınmış və 22 avqust 2015-ci il tarixdə verilmiş etibarnamə əsasında Cavabdeh3 sahibliyindədir; - **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190” markalı avtomobil Cavabdeh1 Kamaləddin oğlunun adına qeydiyyata alınmış və 12 noyabr 2018-ci il tarixdə verilmiş etibarnamə əsasında Cavabdeh4 sahibliyindədir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş və özünün adına qeydiyyata alınmış mübahisəli avtomobilləri həqiqi hüquq əsasında (müqavilə, avtomobilə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və.s) digər cavabdehlərə verməmişdir. Tərəflər yalnız qanunvericiliyin onlara verdiyi əlverişli vəziyyətdən istifadə edərək (vergidən və.s xərclərdən yayınmaq məqsədi ilə) bir-birlərinə olan inama əsasən etibarnaməli idarəçilik institutundan istifadə etmişlər. Ona görə ki, Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən alqısatqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və yazılı (sadə və ya natorial) formada bağlanır. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi rəsmi dövlət reyestrində qeydə alınması tələb edilən daşınar əşya olan – avtomaşınla bağlı tərəflər arasında hər hansı bir notarial qaydada təsdiqlənmiş (notarial qaydada təsdiqlənən əqdlər mütləq şəkildə yazılı olmalıdır) əqd mövcud olmamış, həmin avtomobil üzərində rəsmi dövlət reyestrində qeydə alınmış hüquqlar hal-hazırda da ilkin iddiaçıya məxsusdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə də, məhkəmə işin halları ilə əlaqədar bu nəticəyə gəlir ki, iddiaçının avtomobilin onun istifadəsinə geri qaytarılması barədə tələbi Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsaslıdır və təmin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. ** KS *** dövlət qeydiyyat nişanlı "VAZ 21074" markalı avtomobil, ** EG *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190E” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190” markalı və ** ML *** dövlət qeydiyyat nişanlı “Mersedes-Benz minik” markalı avtomobillərin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı qaytarılsınlar. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar