Məhkəmə qərarları › İş №2(010)-3357/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3357/2022

05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3357/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək *3.**.*979-cu il təvəllüdlü X4 05.**.20*0-cu ildə Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək *3.**.*979-cu il təvəllüdlü X4 05.**.20*0-cu ildə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, *3.**.*979-cu il təvəllüdlü oğlu X6 05.**.20*0-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan fakt Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası Sahə həkimi üçün xəbərdarlıq vərəqəsi ilə təsdiq edilir. X2 ölümü haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, lakin həmin qurumun *9.0*.2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmiş və X* sistemində oğlunun ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. X4 qeyrirəsmi nikahdan bir övladı vardır. Hal-hazırda ölüm haqqında şəhadətnamə ona ailə başçısının itirilməsi ilə bağlı pensiya təyin olunması üçün lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid X5 ifadə verərək bildirmişdir ki, o Ərizəçi ilə qonşudur. Onun oğlu Elşən 20*0-cu ilə vəfat etmişdir. Elşən valideynləri ilə birlikdə yaşayırdı, lakin o xəstə idi. Onu Bülbülə qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn etmişlər. İş materiallarına əlavə edilmiş Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsinin kserosurətindən görünür ki, X6 05.**.20*0-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi 05.**.20*0-cu il tarixdə vəfat etmiş X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X6 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə *9.0*.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş *3.06.2022-ci li tarixli məktubundan görünür ki, X6 05.**.20*0-cu il tarixində Bülbülə qəsəbə Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbrüstü abidənin fotoşəkilinin surətindən görünür ki, X6 05.**.20*0-cu ildə dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamə barədə arayışdan görünür ki, X6 *3.**.*979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 05.**.20*0-cu il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *3.**.*979-cu il təvəllüdlü X4 05.**.20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. *3.**.*979-cu il təvəllüdlü X4 05.**.20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar