Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3358/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 18.03.2021ci ildə Bakı şəhərində vəfat etmiş 27.01.1976-cı il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, onun həyat yoldaşı 27.01.1976-cı il təvəllüdlü X5 18.03.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. X3 ölümü haqqında akt qeydinin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. X7 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun müraciətindən 15.04.2021-ci il tarixli məktubla imtina edilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onun həyat yoldaşı xəstə olmuşdur və onların yaşadıqları evin satılması ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26.11.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X5 27.01.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında pasport qeydiyyatdındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X9 Yardım Stansiyası tərəfindən verilmiş 18.03.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X3 adına 18.03.2021-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi 18.03.2021-ci il tarixdə vəfat etmiş əri X3 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 15.04.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş materiallarına əlavə olunmuş aktdan müəyyən olunur ki, 27.01.1976-cı il təvəllüdlü X5 18.03.2021-ci il tarixdə Sabunçu rayonu Bakıxanov ərazisində yerləşən Şəhriyar adına qəbstanlıqda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi 07.01.2014-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Cəfərov”, arvada “Cəfərova” soyadı verilmişdir. Belə ki, şahid X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. X5 həyat yoldaşı Ərizəçi ilə birlikdə yaşamışdır. O özünü idarə etsə də, xəstə idi, ciyərində problem var idi. Hadisə baş verən gün təcili yardım gəlsə də, X5 18.03.2021ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Qaraçuxur qəbrstanlığında dəfn olunmuşdur. Digər şahid X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. O səhər tezdən onların qapısını döyərək həyat yoldaşının vəfat etməsi barədə məlumat vermişdir. Onun həyat yoldaşı X5 uzun müddət baş verən xəstəlikdən sonra 18.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Qaraçuxurda dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 18.03.2021-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27.01.1976cı il təvəllüdlü X3 18.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 27.01.1976-cı il təvəllüdlü X3 18.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3358/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3358/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver