Məhkəmə qərarları › İş №2(010)-3364/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3364/2024

23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3364/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi və Maraqlı şəxs) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 07.0*.*986-cı il tarixdə Göranboy rayonu, Borsunlu kəndində anadan olmuş X3 *4.02.*986-cı il tarixdə Göranboy rayonu, Borsunlu kəndində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Göranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş və hal-hazırda isə Bakı şəhərində yaşayır. Mərhum həyat yoldaşı X8 ilə ailə həyatı qurmuşlar. Həmin nikahdan 07.0*.*986-cı il tarixdə X7 anadan olmuş və övladı X7 *4.02.*986-cı il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra X4 Göranboy rayonu, Borsunlu kənd qəbirstanlığında dəfn etmişlər. O, mərhum övladı X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona cavab olaraq məhkəməyə müraciət etməsini bildirmişlər. Belə ki, Goranboy rayon İHB-nin Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *4.05.2024-cü il tarixli 226 saylı arayışdan göründüyü kimi, həqiqətən X7 *4.02.*986-cı il tarixdə Göranboy rayonu, Borsunlu kənd qəbiristanlığında dəfn edilmişdir. Belə ki, qızının ölüm haqqında şəhadətnaməsinin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, onun həyat yoldaşı X8 xx.xx.2020-ci il vəfat etmişdir. Ondan qalan miras əmlakı qəbul etmək istəsə də, onun qızının imzası tələb olunmuşdur. Lakin onun qızı X7 07.0*.*986-cı il tarixdə Göranboy rayonu, Borsunlu kəndində anadan olmuş, lakin bir ay sonra, yəni *4.02.*986-cı il tarixdə ölmüşdür. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşının bibisi qızıdır, vəfat etmiş 07.0*.*986-cı il təvəllüdlü X7 isə həmin ərizəçinin qızıdır. Belə ki, Ərizəçi X8 adlı şəxslə evli olmuş və həmin nikahdan X7 adlı övladları doğulmuşdur. Onlar Goranboy rayonunda eyni kənddə yaşamışlar. Ərizəçinin qızı X2 *4.02.*986-cı ildə vəfat etmişdir və onu Göranboy rayonu, Borsunlu kənd qəbiristanlığında dəfn etmişlər. Digər şahid X*2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X2 isə bacısının qızı olmuş və *4.02.*986-cı ildə vəfat etmişdir. X7 vəfat etdikdən sonra onu Göranboy rayonu, Borsunlu kənd qəbiristanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş Göranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 07.0*.*986-cı il tarixdə doğulmuş və bu barədə qeydiyyat kitabının *4.0*.*986-cı ildə 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Göranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *6.05.2024-cü il tarixli məktubundan görünür ki, övladı X3 ölümü haqqında akt qeydi şöbəsinin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir. Odur ki, bu sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunması edilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon İHB-nin Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *4.05.2024-cü il tarixli 226 saylı arayışdan görünür ki, Goranboy rayonu, Borsunlu kənd sakinləri olmuş Ərizəçi ilə mərhum həyat yoldaşı X6 06.0*.*986-cı il tarixdə X7 adlı qız övladları doğulmuş, *4.02.*986-cı tarixdə vəfat etmişdir və Göranboy rayonu, Borsunlu kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Göranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 07.0*.*986-cı ildə Göranboy rayonunun, Borsunlu kəndində anadan olmuş X3 ölümü haqqında məlumat müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *9.07.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Göranboy rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş *9.07.2024-cü il tarixli məktubundan görünür ki, 07.0*.*986-cı il təvəllüdlü X3 *4.02.*986-cı il tarixdə vəfat etməsi ilə bağlı xəstəxananın Arxiv bölməsində olan *986-cı ilin qeydiyyat jurnalında qeydlər aparılmamışdır. İş materiallarına əlavə edilmiş Goranboy rayonu, Borsunlu kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Ərizəçi 30.**.*984-cü ildə rəsmi nikaha girmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə 307.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9.-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, 07.0*.*986-cı il təvəllüdlü X3 *4.02.*986-cı il tarixdə Goranboy rayonunda ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07.0*.*986-cı il təvəllüdlü X3 *4.02.*986-cı il tarixdə Goranboy rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 07.0*.*986-cı il təvəllüdlü X3 *4.02.*986-cı il tarixdə Goranboy rayonunda ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar