Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3366/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 2* avqust *977-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti *6, mənzil *0-da ölməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. X* 2* avqust *977-ci ildə Ağdam rayonunda anadan olub. O, Ağdam rayonu, 20 yanvar küçəsində qeydiyyatda olsa da, 20*9-cu ilin avqust ayından etibarən Xətai rayonu, Gəncə prospekti *6, mənzil *0-da yaşayıb. Qardaşı 2* mart 2024-cü ildə faktiki yaşadığı ünvanda ürək tutmasından vəfat edib. Təcili və X8 Stansiyasının 2* mart 2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən 07 saylı KYS-nin təcili tibbi yardım briqadasının həkimi Babazadə Kamal ölüm faktını 2* mart 2024-cü ildə gecə saat **.28-də qeydə alıb. Ardınca məhrumun yaşadığı mənzilə Xətai rayon Polis İdarəsinin əməkdaşları gəlib. Həkimdən ekspertizaya ehtiyac olub-olmadığı soruşulub. Həkim ehtiyac olmadığını bildirib, ölümün səbəbi kimi infarkt göstərilib. Samir Qənbərsoy 2* mart 2024-cü ildə Mingəçevir şəhərində qaçqınlar məzarlığı kimi tanınan qəbiristanlıqda dəfn edilib. Mərhumun ölümü haqqında tibbi şəhadətnamə almaq üçün ərazi üzrə olan Xətai rayonundakı 6 saylı poliklinikaya müraciət etmişlər. Ancaq oradan bildirilib ki, X*0 heç vaxt həmin klinikaya müraciət etmədiyi üçün ölüm haqqında sənəd verilə bilmir. 28 mart 2024-cü ildə qardaşının ölüm faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi xahişi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ancaq şöbənin baş məsləhətçisii Günay Axundovanın imzaladığı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bundan imtina edilib. İmtinanın səbəbi belə izah edilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qdydiyyatı qaydası"nın 8.*-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Mərhumun ölüm faktının qeydə alınmaması və ölüm haqqında şəhadətnamənin verilməməsi ailəsi üçün bir sıra problemlər yaradır. Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxslər Suraxanı və Xətai Rayon Qeydiyyat şöbələri ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. AZ-İİİ seriyalı, 8*7938 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 2*.08.*977-ci il tarixdə anadan olmuşdur. X2, anası X5r.
6. İV-ЖГ seriyalı, 293658 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.*976-cı il tarixdə anadan olmuşdur. X2, anası X5r.
7. “Bakı şəhəri Təcili və X8 Stansiyası” PHŞ-nin 2*.03.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, mənzildə döşəmədə üzüyuxarı vəziyyətdə *977-ci il təvəllüdlü kişi meyidi aşkar olunmuşdur. Meyit müayinə olunmuş və heç bir həyat əlamətləri olmamışdır.
8. 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 39 nömrəli məktubundan görünür ki, 2*.08.*977-ci il təvəllüdlü X4 6 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığı üçün ölüm haqqında sənəd (f-a-*06) vermək mümkün olmamışdır.
9. Xətai Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.*-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq Ərizəçi ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 bildirdi ki, ərizəçinin əmisinin oğludur. Samirlə həmişə telefonla əlaqə saxlayan zaman ürək ağrısından şikayətlənirdi. 2* mart 2024-cü il tarixdə rəhmətə getmişdir. Sonuncu dəfə telefonla danışarkən vəziyyəti yaxşı deyildi və ondan sonra ertəsi gün rəhmətə getdi. **. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 bildirdi ki, həmin gün səhər vaxtlarında Elçin ona zəng edərək bildirdi ki, Samirlə əlaqə saxlaya bilmir və ona gedib baxmasını xahiş etmişdir. O, Samirin yaşadığı evin qapısına döyən zaman qapının açıq olduğunu görmüş və içəri daxil olanda onun döşəmədə uzanılı vəziyyətdə olduğunu görmüşdür. Samirin hər hansı xəstəliyi barədə məlumatı olmamışdır. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X** bildirdi ki, ərizəçinin bacısıdır. Samirə həmin gün səhər saatlarında bir neçə dəfə zəng etsə də, lakin zənglərə cavab verməmişdir. Təxminən saat *0.30 radələrində Elçin ona zəng vuraraq Samirin rəhmətə getdiyini bildirmişdir.
İşin faktiki halları
*3. İş materialları ilə müəyyən edilir ki, 2* avqust *977-ci il təvəllüdlü X9 2*.03.2024cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti *6, mənzil *0 ünvanında vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq
*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, 2*.08.*977-ci il təvəllüdlü X4 2*.03.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti *6, mənzil *0 ünvanında ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum qardaşının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmə xərcləri
*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 2*.08.*977-ci il təvəllüdlü X4 2*.03.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti *6, mənzil *0 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. 2*.08.*977-ci il təvəllüdlü X4 2*.03.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti *6, mənzil *0 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.