Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3367/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz və şəxsi əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz və şəxsi əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyaları – Brilliant qaşlı nişan üzüyü - 1000,0 manat dəyərində, üzük, sırğa və boyunbağından ibarət komplekt - 3000,0 manat dəyərində, Damcı bəzəkli qızıl bilərzik - 200,0 manat dəyərində, köhnə qədimi qızıl boyunbağı - 600,0 manat dəyərində, cehiz əşyaları - 1 ədəd yataq, 2 ədəd tumbuçka, şifoner, güzgülü tirmodan ibarət mebel və yataq dəsti - 5000,0 manat dəyərində, 2 ədəd çilçıraq - 250,0 manat dəyərində, Mebel dəsti - 1 ədəd komod, 2 ədəd servant - 3000,0 manat dəyərində, 1 ədəd yemək stolu, 6 ədəd oturacaq - 1500,0 manat dəyərində, kiçik məişət avadanlıqları - 3500,0 manat dəyərində, televizor - 800,0 manat dəyərində, soyuducu - 1200,0 manat dəyərində cavabdehdən alınaraq ona qaytarılması və ya qızıl-zinət, cehiz və şəxsi əşyaların ümumi dəyəri 20050,0 manat məbləğin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz və şəxsi əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3367/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3367/2024
19.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver