Məhkəmə qərarları › İş №2(010)-3373/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3373/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3373/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf kimi Bakı şəhəri Maraqlı şəxs göstərməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1949-cu ildə doğulmuş X1 xx xxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozu yaşayış sahəsi ünvanında yerləşən nömrəsiz mənzildə qəfil vəfat etmişdir. Atası vəfat edən zaman Təcili Tibbi yardım çağırmışlar, onlar da atasının ölməsini təsdiqləmişlər. X2 Gədəbəy rayonu, Düzyurd qəbirstanlığında dəfn etmişlər. Atası üçün ölüm haqqında şəhadətnamə almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişlər, lakin, ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, anasının ev şəraitində öldüyünü bildirərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rzayeva Səbinə qızı izahatında bildirmişdir ki, o, ərizəçinin qızıdır. Mərhum babası X5 xx xxxx 2020-ci il tarixdə Hövsan qəsəbəsindəki evdə vəfat etmişdir. Sonuncunu Gədəbəy rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Qonşuları X5 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Təcili Tibbi yardım əməkdaşları gələndə mərhum qonşusu artıq can vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. O, xx xxxx 2020-ci il tarixdə qonşularının evində səs-küy eşitmiş, onlara gedəndə qonşuları X1 vəfat etdiyini görmüşdür. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, 03049721 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X5 xx xxxxxx 1949-cu ildə Gədəbəy rayonu Musayal kəndində doğulmuşdur. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1977-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Atası X5, anası X3r. Bakı şəhər Təcili və X4 Stansiyasının xx xxxx 2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Hövsan qəsəbəsi, Zeytun Sovxozunda yerləşən nömrəsiz evdə X1 həkimə qədər ölümü nəticəsində meyiti (kişi cinsli) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 732-05/75 № li məktubundan görünür ki, Ərizəçi X1 ölümünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, X1 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2020-ci il tarixdə ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1949-cu ildə doğulmuş X1 xx xxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar