Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3390/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmiş xx.xx.2013-cü il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək qızı X4 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X8 onun qızıdır və xx.xx.2020-ci ildə uzun sürən xəstəlikdən sonra o vəfat etmişdir. Onun övladı uzun müddət xəstə olub, onu müalicə etdirməsinə baxmayaraq o vəfat etmişdir. Onun ölüm faktını təsdiq edən TTYS tərəfindən verilmiş arayış vardır. X4 ölümünun qeydiyyata alınması və ölüm haqqında akt qeydinin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat Şöbəsinə ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun müraciətindən xx.xx.2020-ci il tarixli məktubla imtina edilmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ölüm haqqında şəhadətnamə onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Xuduyeva Aruzdur. Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində parport qeydiyyatdındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X14 Yardım Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X4 adına xx.xx.2020-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, X6 xx.xx.2020-ci li tarixli məktubundan görünür ki, X2 rayonu, Yeni Suraxanı qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, X6 xx.xx.2020-ci li tarixli arayışından görünür ki, Ərizəçi Yeni Suraxanı qəsəbəsi, Y/Ramana, Atçılıq massivində qızı mərhum X8 ilə özünə məxsus evdə qeydiyyatsız yaşamışlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş qızı X4 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X8 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə o, eyni kənddə yaşayırlar. Ərizəçinin qızı İlkanə uzun vaxt idi ki, xəstəlikdən əziyyət çəkirdi və xx.xx.2020-ci il tarixdə vəfat edib. Onu Suraxanı qəbirstanlığında dəfn etmişlər. Digər şahid X10 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun oğludur. İlkanə isə onun nəvəsi olub. X3 xəstə idi və həmin xəstəlikdən xx.xx.2020-ci il tarixdə vəfat edib və mərhumu Suraxanı rayon Qəbirstanlığında dəfn etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.2013-cü il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3390/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3390/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver