Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3397/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28.**.*987-ci ildə doğulmuş və *987-ci ildə vəfat etmiş X7 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X*6 birgə nikahından anadan olmuş 28.**.*987-ci il təvəllüdlü X*0 doğumundan bir neçə gün sonra vəfat etmişdir. Lakin həmin zaman onun ölümü qeydiyyata alınmamışdır. Buna görə də onun ölüm haqqında akt qeydinin verilməsi ilə bağlı Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Suraxanı rayon Qeydiyyat Şöbəsi ona ünvanladığı cavabında ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün müraciətinə imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*6 oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi ilə 20.**.*986-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların birgə nikahından Bakıda 28.**.*987-ci ildə Aynur adlı övladı doğulmuşdur. Uşaq doğulandan zəif uşaq olmuşdur. Uşağı doğum evindən evə gətirdikdən 3-4 gün sonra, dekabrın əvvəlində vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Ərizəçi baldızıdır. Ərizəçi onun qardaşı X*6 ilə birgə nikahından Bakı şəhərində 28 noyabr *987-ci ildə Aynur adlı qızı anadan olmuşdur. Uşaq doğum evindən evə gətirildikdən 4-5 gün sonra, yəni dekabr ayının əvəllində öldü. Ağdaş rayonunda dəfn olunub. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 23.*2.*987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X*0 28.**.*987-ci ildə Bakı şəhərində doğulmuş və valideynləri X*6 və X*r. Ağdaş rayon Nehrəxəlil kənd sovetliyi tərəfindən 20.**.*986-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X*6 ilə X5 arasında nikah 20.**.*986-cı il tarixdə bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 09.07.202*-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, X** barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 09.07.202*-ci ilədək daxıl edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. 6 saylı Bakı «Asan Xidmət» X3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X*6; arvadı Ərizəçi (xx.xx.*966); X6 (28.**.*987); Qızı X*8 (28.**.*987); X2 (02.0*.*989); Qızı: X8 (*6.04.*99*); Oğlu: X*7 (xx.xx.2002). Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 28.**.*987-ci il təvəllüdlü qızı Aynur *987-ci ilin dekabrında Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qızının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi qızının barəsində ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə uşağının ölümu ilə bağlı şəhadətnamə alması üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28.**.*987-ci il təvəllüdlü X7 *987-ci ilin dekabr ayında Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.**.*987-ci il təvəllüdlü X7 *987-ci ilin dekabr ayında Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3397/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3397/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver