Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3412/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən anası **.03.*967-cı il təvəlüldlü X2 *6.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X5 yaşadığı ünvanda *6.05.2025ci il tarixdə vəfat etmişdir. Təcili tibbi yardım çağırışı edilmiş, lakin təcili tibbi yardımın həkimləri gəlməmişdir. Tibbi yardım çağırana qədər anası vəfat etmişdir. X* ani ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddən artıq sarsıtmışdır. O, anası haqqında tibbi şəhadətnamə almaqla rəsmi müraciət etməsinə baxmayaraq, Suraxanı sağlamlıq mərkəzinin xx.xx.2025-ci il tarixli ərizəsi ilə bildirilmişdir ki, **.03.*967-ci il təvəllüdlü mərhum X5 tərəfindən hər hansı bir xəstəliklə əlaqədar müəssisəyə müraciət edilmədiyindən ölüm haqqında şəhadətnamə tərtib edilməsi mümkün olmamışdır. Buna görə də dəfn pulu ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Anasının ölüm akjt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
5. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı oğlu, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə qardaşının arvadıdır. Qardaşının mərhum arvadı uzun müddət “astma” xəstəliyindən əziyyət çəkmişdir. Qardaşının mərhum arvadı cari ilin may ayının *6-sı yaşadığı evdə qəflətən “astma” xəstəliyindən irəli gələn boğulma yaşamış və vəfat etmişdir. Ona bu barədə qardaşı qızı zəng edərək xəbər vermişdir. Hadisə baş verdikdən sonra qardaşı uşaqları analarını xəstəxanaya aparmış və sağalmağına, yenidən həyata qayıtmasına ümid etmişlər. Lakin, həkimlərin səyinə baxmayaraq, qardaşı arvadı vəfat etmişdir. Qardaşının mərhum arvadı Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
6. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə anasıdır. Anası *6 may 2025-ci il tarixdə yaşadığı evdə xəstəlik səbəbindən vəfat etmişdir. Belə ki, mərhum anası “astma” xəstəliyindən əziyyət çəkmiş və vəfat etdiyi gün vəziyyəti qəfildən pisləşmişdir. Dərhal təcili tibbi yardıma çağırış verilsə də, təcili tibbi yardım briqadası ünvana gəlməmiş və anası yaşadığı ünvanda vəfat etmişdir. Anası Suraxanı rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
İş materialları.
7. AZE seriyalı, *788225* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 **.03.*967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
8. *6.05.2025-ci il tarixli həkimə qədər ölüm halını təsdiq edən aktdan görünür ki, **.03.*967-ci il təvəllüdlü X2 *6.05.2025-ci il tarixdə X** həkimə qədər ölüm faktı (nəbz, ürək, ağciyər fəaliyyəti əlamətlərinin davam etməməsi müşayiəti ilə) qeydə alınmışdır.
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*4 “Bakı Baş Səhiyyə Mərkəzi” X*4 Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, **.03.*967-ci il təvəllüdlü mərhum X5 tərəfindən hər hansı bir xəstəliklə əlaqədar müəssisəyə müraciət edilməməsi səbəbindən ölüm haqqında şəhadətnamə (forma №*06) tərtib edilməsinin mümkün olmadığı bildirilmişdir. *0. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. **. Bakı şəhəri Suraxanı rayonu X9 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş A-*70 nömrəli arayışdan görünür ki, **.03.*967-ci il təvəllüdlü X5 *6.05.2025-ci il tarixdə vəfat etmiş və həmin tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
İşin faktiki halları.
*2. Ərizəçi mərhum anası **.03.*967-ci il təvəllüdlü X2 *6.05.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin anasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
Tətbiq edilən hüquq.
*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası **.03.*967-ci il təvəllüdlü X2 *6.05.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, **.03.*967-ci il təvəllüdlü X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizədə qeyd edilənləri təsdiq etmişdirlər. *9. Göründüyü kimi ərizəçinin anası **.03.*967-ci il təvəllüdlü X2 *6.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, **.03.*967-ci il təvəllüdlü X2 *6.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. **.03.*967-ci il təvəllüdlü X2 *6.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.