Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3418/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi və X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə qərar qəbul edilərək, ölüm haqqında şəhadətnamə ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 05.*0.*948-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş atası X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi və *4.09.*95*-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş anası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X7 xx.xx.2024-cü il tarixdə, atası X8 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu günə qədər ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün valideynlərinin ölüm faktını qeydə aldıra bilməmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etsə də, şöbənin *2.06.2024-cü il tarixli məktubundan göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir və bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Aidə neçə ildir ki, onun qonşusudur. Aidə uzun müddətdir ki, ata və anası ilə birlikdə yaşayırdı. Onun anası bu il, təxminən 2 ay olar ki, dünyasını dəyişmişdir. İynə vurmağı bacardığım üçün atası xəstə olanda onlara gedib atasına iynə vurmuşdur. Atası isə keçən il ölmüşdür. Atasının dəfnində və yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Aidə ilə qonşuluqda yaşayır. Aidənin atası ölən zaman onların evində usta işləmişdir. Təxminən 3 ay olar ki, Aidənin anası rəhmətə getmişdir. Anasını təcili tibbi yardım maşınına mindirən zaman ilk dəfə o kömək etmişdir. Dəfndə iştirak etməmişdir, çünki yas mərasiminə gələnlər üçün həyətdə qurulmuş savomarın yanında duraraq onlara köməklik göstərmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *2.06.2024-cü il tarixli, 3-*6-5/8-*380/2024 nömrəli məktubdan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X7 və X3 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Lənkəran şəhər qeydiyyat şöbəsi tərəfindən 05.*0.*979-cu il tarixdə verilmiş 6-JQ seriyalı, 270788 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X** (atası X8, anası X7) xx.xx.*979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05.*0.*979-cu il tarixdə 704 nömrə ilə qeyd edilmişdir. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-nın ** saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2023-cü il, saat 22:26 tarixində çağırış üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Atçılıq İİ massivindən yerləşən mənzilə gələrək xəstə X3 həkimə qədər ölməsini aşkar etmişlər. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-nın ** saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2024-cü il, saat 09:30 tarixində çağırış üzrə ünvan 2 ünvanında yerləşən mənzilə gələrək xəstə X2 həkimə qədər ölməsini aşkar etmişlər. 4 ədəd fotoşəkildən üzərində “X8. 05.*0.*948 – xx.xx.2023” və “X7. *4.09.*95* – xx.xx.2024” yazılı qəbir daşları görünür. Bakı şəhəri Suraxanı rayon X*0 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 247 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi atası X8 xx.xx.2023-cü il, anası X7 xx.xx.2024-cü il tarixlərində vəfat etmiş və hər ikisi Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdirlər. *3.06.2024-cü il tarixli, 2*2489967762 nömrəli, *3.06.2024-cü il tarixli, 74823*76272 nömrəli və *3.06.2024-cü il tarixli, 242677545**2 nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, Ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum atası X3 xx.xx.2023-cü il tarixdə və anası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 və X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi ata və anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi ata və anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum ata və anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı 05.*0.*948-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi və *4.09.*95*-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05.*0.*948-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi və *4.09.*95*-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 05.*0.*948-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi və *4.09.*95*-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva