Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3420/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf kimi Bakı şəhəri Maraqlı şəxs göstərməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Niyazəliyeva Möhübbət Əsgər qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1950-ci ildə doğulmuş Niyazəliyeva Möhübbət Əsgər qızının xx xxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Niyazəliyeva Möhübbət Əsgər qızı xx xxxx 2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Əmirxanov küçəsi, ev 17A-da vəfat etmişdir. Mərhum anası Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Anası vəfat edərkən Bakı şəhəri Təcili və X6 Yardım Stansiyasının həkimləri evə çağırılmış və bu barədə müvafiq ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ölkədəki pandemiya səbəbindən anasının yas mərasimində az sayda yaxın qohumlar - ailə üzvləri iştirak etmişlər. Anası Niyazəliyeva Möhübbət Əsgər qızının adına ölüm haqqında şəhadətnamə almaq üçün ərizə ilə Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər, Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli, 1548-05/15 saylı məktubunda göstərilmişdir ki, ölüm faktı tibbi müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, anasının ev şəraitində öldüyünü bildirərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, ərizəçinin xalasıdır. Mərhum bacısı Niyazəliyeva Möhübbət Əsgər qızı xx xxxx 2020-ci il tarixdə ev şəraitində vəfat etmişdir. X8 yardıma zəng etmişlər, lakin, Təcili Tibbi yardım əməkdaşları gəldikdən sonra bacısı vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, ərizəçinin bacısıdır. Onların anası mərhum Niyazəliyeva Möhübbət Əsgər qızı xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edən zaman Təcili Tibbi yardım maşını gəlsə də mərhumu xilas etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, 01277810 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Niyazəliyeva Möhübbət Əsgər qızı xx xxxx 1950-ci ildə Qazax şəhərində doğulmuşdur. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə Qazax rayonu Orta Salahlı kəndində doğulmuşdur. Atası X1, anası Niyazəliyeva Möhübbət Əsgər qızıdır. Bakı şəhər Təcili və X3 Stansiyasının xx xxxx 2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Xətai rayonu, Marat Əmirxanov küçəsi 17 ünvanında yerləşən mənzildə Niyazəliyeva Möhübbət Əsgər qızının həkimə qədər ölümü nəticəsində meyiti (qadın cinsli) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Niyazəliyeva Möhübbət Əsgər qızı xx xxxx 2020-ci il tarixdə Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 1548-05/15 № li məktubundan görünür ki, Ərizəçi Niyazəliyeva Möhübbət Əsgər qızının ölümünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, Niyazəliyeva Möhübbət Əsgər qızının ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Niyazəliyeva Möhübbət Əsgər qızının xx.xx.2020-ci il tarixdə ev şəraitində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1950-ci ildə Qazax şəhərində doğulmuş Niyazəliyeva Möhübbət Əsgər qızının xx xxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3420/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3420/2020
10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver