Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3423/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Maraqlı şəxs ilə arasında Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin birgə nikahımızdan doğulmuş X1 üçün hər ay 220 manat məbləğində alimentin ona verilməsi hissəsində təsdiq edilməsi və həmin hissədə icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını və barışıq sazişinin Maraqlı şəxs tərəfindən yerinə yetirilməməsi ilə əlaqədar olaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona qaytarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizə onunla əsaslandırılmışdır ki: “Bildirirəm ki, mən Maraqlı şəxs ilə xx.xx.2014cü il tarixdə rəsmi nikaha daxil olmuşam və birgə nikahımızdan xx.xx.2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Ailə qurduqdan bir müddət sonra münasibətlərimiz pisləşmiş, xasiyyətlərimizdə uyğunsuzluq yaranmışdır. Mən və Maraqlı şəxs arasında X1 üçün hər ay 220 manat məbləğində alimentin mənə verilməsi öhdəliyi götürülməsinə dair razılığa gəlmək ilə əlaqədar xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Tərəflər onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkləri barəsində razılığa gəlmişlər. Barışıq sazişinə əsasən tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin həmin müddət bitməsinə baxmayaraq bu günədək Maraqlı şəxs alimentin ödənilməsindən tamamilə yayınmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Lakin maraqlı şəxs sazişi icra etmir. 8 yaşlı oğlu Aman ona demişdir ki, nənəsi evdə aliment ödənilməsi ilə bağlı sözsöhbət yaradır. Bildiyinə görə maraqlı şəxs buna görə sazişi icra etmir. Halbuki uşağın saxlanılması üçün alimentin artırılmasına ehtiyac var. O, əvvəlcə maraqlı şəxsə alimentin onun əmək haqqından tutulmasını istədiyini bildirmiş, lakin maraqlı şəxs ona iş yerini dəyişərək Bərdə Rayon Polis Şöbəsində işləyəcəyini bildirmiş, bu səbəbdən gözləməsini xahiş etmişdir. Lakin o, sazişi könüllü icra etmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00190 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı şərtlərlə bağlı qarşılıqlı razılığa gəlirlər: “1. Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 220 manat olmaqla alimenti Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsini öz öhdəsinə götürür.
2. Aliment hər ayın 23-dən 27-dək Ərizəçi kart hesabına ödəniləcək”.
6. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 430683 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası Maraqlı şəxs və anası X6) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 2152 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2078/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X6 ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 777 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X4 anası X3 yanında qalması müəyyən edilmiş, Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, 10 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir.
İşin faktiki halları.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 ananın yanında qalması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq anaya ödənilməsi qət edilmişdir.
9. Ərizəçi və Maraqlı şəxs arasında baş tutmuş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq 220 manat məbləğində müəyyən edilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər.
10. Hazırda Ərizəçi iddia edir ki, sazişin digəri tərəfi olan Maraqlı şəxs sazişin şərtlərini könüllü icra etmir. Bu səbəbdən ərizəçi sazişin təsdiq edilərək məcburi icraya yönəldilməsini xahiş edir. Tətbiq edilən hüquq.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi.
13. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
14. Yuxarıda (§ 11) istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
15. Tərəflər arasındakı barışıq sazişinin xx.xx.2023-cü il tarixdə bağlandığı nəzərə alınsa, könüllü icra müddətinin keçdiyi aşkardır. Belə olan halda ərizəçi barışıq sazişinin məcburi icrası üçün sazişin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
16. Ərizənin xahiş hissəsindən görünür ki, Ərizəçi sazişin 2.1-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir. Həmin bənddə deyilir: Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 220 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür.
17. Məhkəmə araşdırması nəticəsində sazişin bu bəndinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin bu bəndi qanuna zidd deyil. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasına təminat verir.
18. Beləliklə, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi bağlamışlar. Buna baxmayaraq, həmin saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir.
Məhkəmə xərcləri.
19. Ərizəçinin xahişindən görünür ki, ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş məbləğə (100 manat) mütənasib olmuşdur.
20. Tərəflər arasında bağlanmış barışıq sazişinin 9-cu bəndində qeyd edilmişdir ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
21. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. “1. Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öz öhdəsinə götürür.
2. Aliment hər ayın 23-dən 27-dək Ərizəçi kart hesabına ödəniləcək”. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva