Məhkəmə qərarları › İş №2(010)-3481/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3481/2025

18.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3481/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *9.*0.*955-ci il tarixdə Bakı şəhərində anadan olmuş əri X* *9.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 *9.*0.*955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, *9.05.2025-ci il tarixdə isə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. O və qohumları həyat yoldaşını Əmircan qəsəbə məzarlığında dəfn etmişlər. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün, yəni yoldaşının vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi gərəkdir. O, həyat yoldaşına ölüm şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından yoldaşınız X* ölümünün qeydə alınması mümkün olmamışdır”. Həyat yoldaşının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, həyat yoldaşının ölməsi faktını təsdiq edəcək sübutlarını ərizəyə əlavə edir və eyni zamanda məhkəmə iclasında həyat yoldaşının ölməsi faktını təsdiq edəcək şahidləri də olacaqdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Qardaşı xəstəliklə əlaqədar Sabunçu xəstəxanasında stasionar müalicədə olmuş, qardaşına qan lazım olduğu üçün ona qan vermişdir. Daha sonra qardaşı xəstəxanadan ambulator müalicənin davam etdirilməsi məqsədi ilə evə buraxılmış və bir müddət evdə müalicə almışdır. Daha sonra qardaşı qızı ona zəng vuraraq atasının vəziyyətinin yaxşı olmadığını bildirmiş və o da qardaşının yanına gedərək halsız olduğunu müşahidə etmişdir. Qardaşı məhz yaşadığı evdə əziyyət çəkdiyi xəstəlik səbəbindən vəfat etmiş və Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda vəfat etmişdir. Keçən ayın 27-si mərhum qardaşının ölümünün 40-cı günü ilə əlaqədar yas mərasimi təşkil edilmiş və o, həmin mərasimdə iştirak etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun anası, mərhum isə onun atasıdır. Atası ölən zaman onun yanında olmuşdur. Atası uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkmiş, 2 il əvvəl Sabunçu xəstəxanasında xəstəliyi ilə əlaqədar stasionar şəraitdə müalicədə olmuşdur. Sonradan atası xəstəxanadan müalicəsinin davam etdirilməsi məqsədi ilə evə buraxılmış və bir müddət evdə müalicə almışdır. Atası evdə müalicə aldıqdan sonra bir müddət vəziyyəti yaxşılaşsa da, sonradan yenidən pisləşmişdir. May ayının *9-u gecə saatlarında atasının vəziyyəti qəflətən pisləşmişdir. Təcili tibbi yardım gələndə artıq atası vəfat etmişdir. Atası vəfat etdikdən sonra Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar *5.08.*979-cu il tarixdə verilmiş İİ-JQ seriyalı, 3305*7 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 və X8 arasında *5.08.*979cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 342 nömrə ilə qeyd edilmişdir. AZE seriyalı, 06565785 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 *9.*0.*955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. “Bakı şəhəri Təcili və X7 Stansiyası” X*4 tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası *9.05.2025-ci il, saat 02:20-də çağırış üzrə ünvan 1 ünvanında yerləşən *0B nömrəli fərdi yaşayış evinə gələrək həkimə qədər ölüm (kişi cinsli meyit) faktını aşkar etmişlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*4 “Bakı Baş Səhiyyə Mərkəzi” X*4 42 nömrəli Şəhər Poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, *9.*0.*955-ci il təvəllüdlü X* poliklinikaya müraciəti olmamış və hər hansı bir xəstəliklə dispanser qeydiyyatda olmadığından ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsindən imtina edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 0*/Ə-*30 nömrəli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, döngə 2, ev *0B ünvanında qeydiyyatda olan Ərizəçi mərhum həyat yoldaşı – X2 *9.05.2025-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbə qəbiristanlığında vəfat etmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ölüm haqqında şəhadətnamə olmadığından X* ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 0* ədəd fotoşəkildən üzərində “Əlihüseyn Qulamhüseyn oğlu (kiril qrafikalı əlifba ilə) *955 – 2025” yazılan məzar görünür. xx.xx.2025-ci il tarixli, *807659455 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum əri X* *9.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X* ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi ərinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi ərinin ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum ərinin ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı *9.*0.*955-ci il tarixdə Bakı şəhərində doğulmuş X* *9.05.2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən *0B nömrəli fərdi yaşayış evində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *9.*0.*955-ci il tarixdə Bakı şəhərində doğulmuş X* *9.05.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən *0B nömrəli fərdi yaşayış evində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. *9.*0.*955-ci il tarixdə Bakı şəhərində doğulmuş X* *9.05.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən *0B nömrəli fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar