Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3498/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. *.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, bacısı 26.05.*975-ci ildə Bakı şəhərində anadan olmuş X4 *9 may 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X** 26.05.*975-ci il tarixdə Bakı şəhərində anadan olmuş və *9 may 2025-ci ildə isə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. O və qohumları bacısını Şüvəlan qəsəbə məzarlığında dəfn etmişlər. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni bacısının vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona bacısının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bacısına ölüm şəhadətnaməsi almaq məqsədiilə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin onun müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından bacısı X4 ölümünün qeydə alınması mümkün olmamışdır”. Bacısının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, *9.05.2025-ci il tarixdə bacısı ona zəng edərək bildirmişdir ki, bacıları- X** dünyasını dəyişib. X6 anasının və qohumlarının yanında, Şüvəlan qəsəbəsində dəfn etmişlər. Bacısı, Maştağa qəsəbəsi, Ləhic bağlarında yaşayırdı və orada öz evində də vəfat etmişdir. O, şəkər xəstəliyindən əziyyət çəkirdi, iki dəfə insult keçirmişdi. Vaxtı-vaxtında müalicə almadığından xəstəlik fəsadlar törədirdi. Ölüm haqqında şəhadətnamə ona evi vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək üçün lazımdır.
4. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5. Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi bacısı, X** ilə Maştağa qəsəbəsi, Ləhic bağlarında qonşudur. O şəkər xəstəsi idi və qan təzyiqi yüksək idi. *5.05.2025-ci il tarixdə Təcili və X*3 çağırış olunmuş, Təcili və X*3 həkimi onun şəkərinin və qan təzyiqinin yüksəldiyini bildirmişdir. Buna görə də, ona müalicə yazılmışdır. Onun vəfat etdiyi zaman, Təcili və X*3 çağırış edilmiş, X26 həkimi artıq onun öldüyünü bildirmişdir. Həmin gün ondan başqa Ərizəçi və onun bibisi də orada olmuşdur. O, mərhumun Şüvəlan qəsəbəsində dəfn edildiyini bildirmişdir.
6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşının qızıdır. X4 bir sıra xəstəlikləri var idi və o həyat yoldaşı ilə birlikdə yaşayırdı. Belə ki, o çoxdan şəkər xəstəliyinə tutulmuş və insult keçirmişdi. X3 vəziyyətinin yaxşı olmaması və Təcili və X*0 çağrılması barədə məlumat verilmişdir. Lakin o mərhumun vəfatından sonra gedib çata bilmişdir. Onu Şüvəlan qəsəbəsində dəfn etmişlər.
İş materialları.
7.Təcili və X*4 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X4 adına *9.05.2025-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-*6-5/7-*0-*365/25 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümün qeydə alınması mümkün olmamışdır.
9. Vİİ-ЖГ seriyalı 455087 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 xx.xx.*98*-ci il tarixdə doğulmuşdur. X2, anası X7r. *0. İİİ-ЖГ seriyalı 447920 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 26.05.*975-ci il tarixdə doğulmuşdur. X2, anası X7r. **. Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 99 nömrəli arayışdan müəyyən olunur ki, vətəndaş Ərizəçi bacısı X** *9.05.2025-ci il tarixdə vəfat etmişdir. O xx.xx.2025-ci il tarixdə Şüvəlan qəbirsanlığında yaxın qohumlarının qəbrləri ətrafında dəfn edilmişdir. Bununla bağlı Şüvəlan qəbirsanlığının daxili kitabında 245 sıra nömrəsi ilə vəfat edən şəxs barədə qeyd aparılmışdır.
İşin faktiki halları.
*2. X** 26.05.*975-ci il tarixdə doğulmuşdur. O, *9.05.2025-ci il tarixdə vəfat etmişdir və xx.xx.2025-ci il tarixdə Şüvəlan qəbirsanlığında dəfn edilmişdir. Ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsi müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni bacısının vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işlərini aparmaq məqsədi ilə lazımdır.
Tətbiq edilən hüquq *3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.
4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi.
*5. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi Musayeva X8 Maisə Məmmədağa qızı ilə 08.09.*999-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X*5, *0.07.2003-cü il təvəllüdlü X*6, 3*.07.20*3-cü il təvəllüdlü X*8, 0*.08.20*5-ci il təvəllüdlü X*7 anadan olub. *9.05.2025-ci il tarixində saat *7:40 radələrində 26.05.*975-ci il təvəllüdlü X* rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 327 ünvanında ölmüşdür. Təcili və X*4 Stansiyasına çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən R.Məmmədova baxış keçirilərkən "həkimə qədərki ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamənin alınması miras payın müəyyən edilməsi və tərəflərin azyaşlı övladlarının sosial təminat hüquqlarının həyata keçirilməsi üçün zəruridir.
Məhkəmə xərcləri.
*7. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
*8. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 26.05.*975-ci il təvəllüdlü X4 *9.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. *9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin olunsun. 26.05.*975-ci il təvəllüdlü X4 *9.05.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova