Məhkəmə qərarları › İş №2(010)-353/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-353/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-353/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxslərin ölmüş elan olunması barədə” ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: *.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 02.03.*986-cı ildə Bakı şəhərində doğulmuş oğlu X7 və 20.09.*989-cu ildə Bakı şəhərində doğulmuş X*0 03.09.20*7-ci il tarixdə İraq Respublikasında naməlum şəraitdə vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi 22.**.2023-cü il tarixdə Suraxanı rayon Məhkəməsinə ərizəyə əlavə ilə müraciət edərək 02.03.*986-cı ildə Bakı şəhərində doğulmuş oğlu X7 və 20.09.*989-cu ildə Bakı şəhərində doğulmuş X*0 03.09.20*7-ci il tarixdə İraq Respublikasında naməlum şəraitdə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü sayılması, yəni ölmüş elan edilmiş həmin şəxslərin həlakının güman edildiyi günü onların ölüm günü sayılması hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 3rizəçi Ərizəçi *3.*2.2023-cü il tarixdə Suraxanı rayon Məhkəməsinə ərizəyə əlavə ilə müraciət edərək 02.03.*986-cı ildə Bakı şəhərində doğulmuş oğlu X7 və 20.09.*989-cu ildə Bakı şəhərində doğulmuş X*0 03.09.20*7-ci il tarixdən ölmüş elan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə tələbin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X*4 *8.**.20*0-cu ildə X*9 ilə Yasamal rayon qeydiyyat şöbəsində *496 saylı akt qeydinə əsasən nikaha daxil olmuşlar. Oğlu və onun həyat yoldaşı X*9, 07.*0.20**-ci il təvəllüdlü X3 ilə birlikdə onun razılığını soruşmadan 20*2-ci ildə İraq Respublikasına getmişlər. Orada olarkən *4.**.20*4-cü il tarixində digər nəvəsi X*5 dünyaya gəlmişdir. Bir müddət orada qalmasından sonra məlum olmuşdur ki, oğlu Xaspoladov Rüstəm və gəlini X*9 naməlum şəraitdə həlak olmuşlar, hər iki nəvəsi uşaq evinə düşmüşdür. İraq Respublikasının Bağdad şəhərində yerləşən Azərbaycan Respublikasının Səfirliyi tərəfindən verilən AAO*48259 seriyalı 06.*0.202*-ci il tarixli Qayıdış Şəhadətnaməsinə əsasən hər iki nəvəsi Azərbaycana qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının *8.**.202*-ci il tarixli sərəncamına əsasən onların üzərində babaları kimi qəyyum təyin edilmişdir. X3 Azərbaycanda olduğundan onun doğum haqqında şəhadətnaməsini ələd etmişdir. Digər *4.**.20*4-cü il təvəllüdlü nəvəsinin doğum faktı isə məhkəmə tərəfindən müəyyən edilmişdir. Hal-hazırda oğlunun və gəlininin ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin ölum haqqında tibbi şəhadətnamə olmadigindan ölüm faktinin müəyyən edilməsi qeyri-mümkündür. Oğlunun və gəlininin ölüm haqqında şəhadətnamələrinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən tərəfindən oğlunun və gəlininin ölümünün qeydiyyata alınması ilə bağlı Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Belə ki, onun müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək "Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.20*3-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyini məsləhət görmüşlər.

Ərizəçinin izahatı:

3. Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, onun oğlu və gəlini onun icazəsi olmadan 20*2-ci ildə İraq Respublikasına getmişlər. Orada olarkən *4.**.20*4-cü il tarixində digər nəvəsi X*5 dünyaya gəlmişdir. Bir müddət orada qalmalarından sonra 03.09.20*7-ci il tarixdə məlum olmuşdur ki, oğlu Xaspoladov Rüstəm və gəlini X*9 naməlum şəraitdə həlak olmuşlar, hər iki nəvəsi isə uşaq evinə düşmüşdür. İraq Respublikasının Bağdad şəhərində yerləşən Azərbaycan Respublikasının Səfirliyi tərəfindən verilən AAO*48259 seriyalı 06.*0.202*-ci il tarixli Qayıdış Şəhadətnaməsinə əsasən hər iki nəvəsi Azərbaycana qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının *8.**.202*-ci il tarixli sərəncamına əsasən onların üzərində babaları kimi qəyyum təyin edilmişdir. Hal-hazırda həmin uşaqlara sosial yardım almaq istəyir və bundan əlavə uşaqlarla bağlı sənədləşmə işləri aparılan zaman onların valideynlərinin gəlməsi və ya yaxud onların ölüm haqqında şəhadətnaməsi tələb olunur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etdi.

4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

5. Suraxanı rayon MKT Birliyi 62 saylı MKİS tərəfindən 26.0*.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 26 saylı evin 93 nömrəli mənzilində yaşayır, həmin mənzildə həyat yoldaşı; X8, nəvələri; X6 və X*5 qeydiyyatsız yaşayırlar.

6. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05Q-866/69 nömrəli arayışdan görünür ki, X*4 02.03.*986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə *8.03.*986-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 766 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.

7. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, Suraxanı rayon qeydiyyat şöbəsində onun 03.09.20*7-ci il tarixdə İraqda vəfat etmiş oğlu X7 və gəlini X*0 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə baxılmışdır. X*4 və gəlini X*9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür.

8. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 420 nömrəli, *8.**.202*-ci il tarixli sərəncamının surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına Ərizəçi müraciət edərək nəvələri 07.*0.20**-ci il təvəllüdlü X6 və *4.**.20*4-cü il təvəllüdlü X*5 üzərində qəyyum təyin olunmasını xahiş etmişdir. Yasamal rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının *6 noyabr 202*-ci il tarixli qərarını və vətəndaş Ərizəçi ərizəsini nəzərə alaraq, 07.*0.20**-ci il təvəllüdlü X5 və *4.**.20*4-cü il təvəllüdlü X9 mülkiyyətlərinə hüququ olmadan babaları Ərizəçi qəyyum təyin edilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəmənin sorğusuna *4.*2.2022-ci il tarixli cavab məktubundan görünür ki, 02.03.*986-cı il təvəllüdlü X*4 və 20.09.*989-cu il təvəllüdlü X*9 ekstremis yönümlü şəxslər kimi məlumdurlar. Qeyd olunan şəxslər Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək msqsədilə *2.05.20*2-cı il tarixdə ölkəmizi tərk etmiş və bu günədək geri qayıtmamışlar. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən, R.Xaspoladov və G.Əliyeva münaqişə bölgələrində öldürülmüşlər. Lakin onların İraq və ya Suriyanın nəzarətsiz bölgələrində öldürüldükləri səbəbindən ölüm faktının müəyyən edilməsinə dair təsdiqləyici sənədlər əldə etmək mümkün olmamışdır. *0. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatlı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X2 Sisteminin Pensiya altsistemi və Sosial Ödənişlər altsistemi proqram təminatlarına əsasən vətəndaş 02.03.*986-cı il təvəllüdlü X** və 20.09.*989-cu il təvəllüdlü X*3 hər hansı növ müavinət və ya pensiya təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. **. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 02.03.*986-cı il təvəllüdlü X*4 və X*9 0*.0*.20*2-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” p.h.ş.-nin Bakı şəhərinin rayon şöbələrində, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişlər. *2. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna *8.07.2022-ci il tarixli cavab məktubundan görünür ki, 02.03.*986-cı il təvəllüdlü X*4 və və 03.09.*989-cu il təvəllüdlü X*9 barəsində 20*2-ci il tarixdən hazırkı vaxta qədər Suraxanı RPİ-də heç bir axtarış işləri açılmamışdır. *3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 02.03.*986cı il təvəllüdlü X7 və 03.09.*989-cu il təvəllüdlü X*0 0*.0*.20*2-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında *2.05.20*2-ci ildə çıxışı qeyd olunmuşdur. *4. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna 28.*2.2023-cü il tarixli cavab məktubundan və nikah haqqında akt qeydinin surətindən görünür ki, X4 Günel İltifat qızı ilə *8.**.20*0-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə nikah haqqında akt qeydinin *496 nömrəsi ilə qeydə alınmışdır. *5. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, R.Xaspoladovun *8.03.*986-cı ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının xx.xx.*963-cü il təvəllüdlü Ərizəçi, anasının isə *3.02.*965-ci il təvəllüdlü X*2 olduğu müəyyən edilmişdir. G.Əliyevanın 29.09.*989-cu ildə adıçəkilən qurumda tərtib edilmiş doğumu haqqında akt qeydində onun doğum tarixi sorğuda qeyd edildiyi kimi 03.09.20*7-ci il deyil, 20.09.*989-cu il, atası *3.*0.*960-cı il təvəllüdlü X2*, anası isə 25.*0.*968-ci il təvəllüdlü X*6 yazılmışdır. R.Xaspoladov *8.**.20*0-cu ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində G.Əliyeva ilə nikah bağlamış və həmin nikahdan 07.*0.20**-ci ildə Abdullah Xaspoladov, *4.**.20*4-cü ildə isə Musa Xaspoladov doğulmuşdur. Həmçinin bildirilir ki, "Vətəndaşlıq vəziyyəti aktları” X* sisteminə baxış keçirilərkən R.Xaspoladovla G.Əliyevanın nikahının pozulması, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır.

Tətbiq edilən hüquq:

*6. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.*. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 305.*.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*3. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.

Məhkəmənin mövqeyi:

*8. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, ərizə qismən təmin olunmalıdır. *9. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, 02.03.*986-cı il təvəllüdlü X*4 və 03.09.*989-cu il təvəllüdlü X*9 *2.05.20*2-ci il tarixdə ölkə hüdudlarını tərk edərək getmiş və geri qayıtmamışdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, 02.03.*986-cı il təvəllüdlü X*4 və 20.09.*989-cu il təvəllüdlü X*9 ekstremis yönümlü şəxslər kimi məlumdurlar. Qeyd olunan şəxslər Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək msqsədilə *2.05.20*2-cı il tarixdə ölkəmizi tərk etmiş və bu günədək geri qayıtmamışlar. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən, R.Xaspoladov və G.Əliyeva münaqişə bölgələrində öldürülmüşlər. Lakin onların İraq və ya Suriyanın nəzarətsiz bölgələrində öldürüldükləri səbəbindən ölüm faktının müəyyən edilməsinə dair təsdiqləyici sənədlər əldə etmək mümkün olmamışdır.

20. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, 02.03.*986-cı il təvəllüdlü X7 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilməlidir. 2*. Məhkəmə ərizənin gəlini 03.09.*989-cu il təvəllüdlü X*0 ölmüş elan edilməsi tələbinə münasibətdə hesab edir ki, həmin şəxs ərizəçinin gəlinidir və onunla yaxın qohumluq əlaqəsi yoxdur. X*0 anası hal-hazırda sağdır və belə bir ərizə ilə məhkəməyə müraciət etmək onun səlahiyyətinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə ərizə təmin olunmamalıdır.

22. X7 ölüm gününün dəqiq müəyyən edilməsi mümkün olmadığından, ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə:

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*6-220, 3*2-3*5, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. 02.03.*986-cı il tarixdə Bakı şəhərində anadan olmuş X*4 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün - X7 ölüm günü hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar