Məhkəmə qərarları › İş №2(010)-3547/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3547/2020

06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3547/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus əmlakın yaşayış evindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İbrahimov X4 Nəzakət Qəşəm qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus əşyaların ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması və otağın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, Seriya RX № ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 8X, yeni qaydalarla AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 86 saylı fərdi yaşayış evi onun paylı mülkiyyətindədir və hazırda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun qardaşı X2 ilə qeyri-rəsmi ailə qurmuş və bir müddət ailə kimi birlikdə yaşamışdılar. Sonradan onların arasında mübahisə yaranmış və ayrılmışlar. Həmin vaxt cavabdehin başqa yerdə yaşamağa evi və kirayə qalmağa imkanı olmadığından bir müddət onun mülkiyyətində olan evdə yaşamağa ona icazə vermişdir. Sonradan o, (iddiaçı) cavabdehə başqa yerə köçməsini və özünə məxsus əşyalarını mənzildən çıxarılmasını bildirmişdir. Cavabdeh evi tərk edib getsə də, özünə məxsus olan 1 (bir) ədəd şfoner, 1 (bir) ədəd divan, 1 (bir) ədəd televizor, yorğan döşək və şəxsi geyim əşyalarını bir otağa yığaraq qapısını kilidlə bağlamışdır. Hazırda o, mülkiyyətində olan evin cavabdeh tərəfindən qapısı bağlı saxlanılan otağından istifadə edə bilmir. Cavabdeh bu günə kimi cəmi 4 otaqdan ibarət olan evin bir otağına öz əmlaklarını yerləşdirərək qapısını qıfıllı vəziyyətdə bu günə kimi saxlayır. Artıq bir aydan artıqdır ki, bu vəziyyət davam edir. Baxımsızlıq üzündən həmin otaq qapalı vəziyyətdə qalmış və belə davam edərsə gələcəkdə otaq havasızlıqdan yarasız vəziyyətə düşəcəkdir. Cavabdeh bu hərəkəti ilə onun mülkiyyətində olan mənzildən istifadəsini məhdudlaşdırır. Ona görə də Cavabdeh Qəsəm qızına qarşı əşyaların yaşayış evindən cıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh və onun uşaqları sözügedən evdə qeydiyyatda deyil. Cavabdeh keçmiş həyat yoldaşından ayrıldığı üçün onun barəsində Suraxanı RPİ-nin 32-ci polis bölməsinə şikayət edib. Cavabdehin bu şikayətinə görə o, narahat olur, çünki polis əməkdaşları şikayəti araşdırarkən ondan da izahat istəyirlər, gəlib onun evinə baxış keçirirlər. Buna görə də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 8X, yeni qaydalarla AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 86 saylı fərdi yaşayış evindən Cavabdeh məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək eyni məzmunlu izahat verərək bildirmişdir ki, Cavabdeh evdə söz-söhbət yaradaraq polisə əsassız şikayətlər edir və nəticədə polis əməkdaşları gələrək evə baxış keçirir. Məhəllədə cavabdeh tərəfindən tez-tez səs-küy yaranır ki, bu da qonşuların haqlı narazılığına səbəb olur. Ümumiyyətlə cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozur və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o həmin mənzildə 1994-cü il tarixindən yaşayır və onun üç övladı həmin evdə dünyaya gəlib. Hal-hazırda İddiaçı məxsus olan fərdi yaşayış evində ona məxsus olan 1 (bir) ədəd şifoner, 1 (bir) ədəd divan, 1 (bir) ədəd televizor, yorğan-döşək və şəxsi geyim əşyaları qalmışdır. Onun qalmağa başqa yeri yoxdur və hal-hazırda bacısının-qardaşının evində müvəqqəti yaşayır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə paylı İddiaçı və X1 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur. O, miras əmlakdan irs almışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixli 29 nömrəli reyestr kitabında 4371 qeydə alma 30№12852 qeydə alınmış Qeydiyyat Vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 06/857 saylı Arayışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi mərhuma məxsus mirasdan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 8X, yeni qaydalarla AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 86 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X10 Azadlıqların müdafiəsi haqqında X5 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 8X, yeni qaydalarla AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 86 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan və mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi təmin olunmalı və Cavabdeh məxsus olan əmlaklar 1 (bir) ədəd şifoner, 1 (bir) ədəd divan, 1 (bir) ədəd televizor, yorğan-döşək və şəxsi geyim əşyaları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 8X, yeni qaydalarla AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 86 saylı fərdi yaşayış evindən çıxarılmalıdır və otaq boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan 1 (bir) ədəd şifoner, 1 (bir) ədəd divan, 1 (bir) ədəd televizor, yorğan-döşək və şəxsi geyim əşyaları İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, ev 8X, yeni qaydalarla AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi, 86 saylı fərdi yaşayış evindən çıxarılsın və otaq boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar