Məhkəmə qərarları › İş №2(010)-355/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-355/2021

01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-355/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X8, Cavabdeh1 nümayəndəsi X9, Üçüncü şəxs X4, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na qarşı tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na qarşı X24 şəhadətnamənin ləğvi, mirasın faktiki qəbul edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.12.2018-ci il tarixdə vəfat etmiş əmisi X5 qalmış ev müxəlləfatı predmetləri olan əmlakın və bununla da bütün mirasın iddiaçının tərəfindən qəbul edilmiş hesab edilməsinə; Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli qanun üzrə X24 şəhadətnamənin və bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında «VAZ-21154» markalı 90GU165 (indiki 99UB568) dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.10.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 21.12.2018-ci il tarixdə vəfat etmiş əmisi X5 «Vaz-21154» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil və ev müxəlləfatı predmetləri miras qalmışdır. Onun qanun üzrə birinci növbəli vərəsələri yoxdur. Mövcud vərəsələrdən yalnız miras qoyanın bacı və qardaşları vardır. Həmin sıradan da o, miras qoyanın ikinci növbəli vərəsəsidir, onun atası miras açılandan daha əvvəl ölüb. Cavabdeh əmisi Cavabdeh1 onun miras əmlakdan pay hüququnun olduğunu, mirasın bir hissəsini faktiki olaraq qəbul etdiyini və onun avtomobildən pay almaq niyyəti olduğunu bildiyi halda notariusa onun barəsində məlumat verməmişdir. Cavabdehin həmin avtomobili ələ keçirmək niyyəti əvvəldən olub və bu istiqamətdə saxtakarlığa əl atmaqdan da çəkinməyib. O, miras qoyan tərəfindən ona verilmiş etibarnamədən etibaredənin ölümündən sonra istifadə edərək miras əmlakı öz oğlu X1. Suraxanı rayon məhkəməsinin 2(010)-3887 saylı, 02.08.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş və cavabdehlər Cavabdeh1 ilə X28 arasında bağlanmış “VAZ-2115” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir. Bundan sonra isə cavabdeh əmisi Bakı şəhəri 35 saylı notariat ofisinə həmin əmlakla bağlı vərəsəliyin açılması barədə ərizə ilə müraciət etmişdir. Ərizəsində isə bildirmişdir ki, mərhumun ən yaxın vərəsəsi odur, gələcəkdə digər vərəsələrlə hər hansı bir maneə olarsa məsuliyyəti öz üzərinə götürərək onlara düşən payı verməyi öhdəsinə götürür. Avtomobili adına Qeydiyyat şəhadətnaməsini aldığı günün səhəri onu aradan çıxarmaq üçün digər cavabdehə satmışdır. Xüsusilə qeyd edir ki, o, miras qoyan əmisi ilə bir ünvanda yaşamış və birgə təsərrüfat aparmışdır. Eyni həyətdə ayrıca tikilidə yaşamış miras qoyan əmisinin həmin tikilisində indi o, yaşayır və ondan qalan bütün müxəlləfatı predmetlərindən və digər əşyalardan o, istifadə edir. Cavabdeh əmisinin notariat ofisinə müraciət edərkən verdiyi ərizəsindən görünür ki, o, məqsədli olaraq özündən başqa digər vərəsənin olduğunu gizlətmişdir. Odur ki, İddiaçı 21.12.2018-ci il tarixdə vəfat etmiş əmisi X5 qalmış ev müxəlləfatı predmetləri olan əmlakın və bununla da bütün mirasın iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsinə; Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə X24 şəhadətnamənin və bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında «VAZ-21154» markalı 90GU165 (indiki 99UB568) dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.10.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 21.12.2018ci il tarixdə vəfat etmiş X5 qalmış ev müxəlləfatı predmetləri 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsinə və bununla da onun tərəfindən miras qalmış «VAZ-21154» markalı 90GU165 dövlət qeydiyyat nişanlı avtomobilin də qəbul edilmiş hesab edilməsinə; Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə X24 şəhadətnamənin və bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında «VAZ-21154» markalı 90GU165 (indiki 99UB568) dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.10.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək əmisi X5 qalmış ev müxəlləfatı predmetləri olan əmlakın və bununla da bütün mirasın onun tərəfindən qəbul edilmiş hesab edilməsini deyəndə aşağıdakıların başa düşülməsini istəyir. İddiaçının əmisi X5 qalmış ev müxəlləfatına ona məxsus olmuş 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyam maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları daxildir. Həmin ev müxəlləfatı mirasın açıldığı vaxtdan iddiaçının istifadəsindədir. Yuxarıda qeyd etdiyi maddi hüquq normalarına görə iddiaçı mirasın ev müxəlləfatına aid olan hissəsinə sahiblik etməyə və idarə etməyə faktik başladığından və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras onun tərəfindən qəbul edilmiş sayılır və bununla da hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 25 may 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı X29 izahatında göstərmişdir ki, mübahisəli avtomobillə bağlı tərəfindən notariat kontoruna müraciət edilməmişdir. Lakin əmisi ilə aralarında danışıq olmuşdur ki, 40 mərasimindən sona maşını gətirib qaytaracaq. Özünün sürücülük vəsiqəsi yox idi və əmisinə inamı var idi deyə maşının onda qalmasına etiraz etməmişdir. Vərəsəlik işi ilə bağlı bu günə qədər də notariat kontoruna tərəfindən müraciət olunmamışdır. Bir həyətdə yaşayırdıq. Maşının açarlarını əmisinə verəndə eyni zamanda evin də açarlarını vermişdir. Əşyaları əmisinin ölümündən qabaq də istifadə etmişdir. Həyətdə iki mənzil var. Əmisinə özünjən başqa heç kəs qulluq etmirdi. Əmisi maşını öz qardaşına məcbur vermişdi çünki iddiaçının sürücülük vəsiqəsi yox idi. İddiaçı qeyd edilən mənzildə yaşamırdı, orada əmisi özü yaşayırdı. Lakin onun vəziyyəti yaxşı olmayanda qalırdı. Əmisi evdəki əşyalardan istifadə etməyimə etiraz etmirdi. Məhkəmə iclasında iddiaçı X10 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil öz izahatında 21.12.2018-ci il tarixdə vəfat etmiş əmisi X5 qalmış ev müxəlləfatı predmetləri olan əmlakın və bununla da bütün mirasın iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsinə və Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il il tarixli qanun üzrə X24 şəhadətnamənin və bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisə predmeti olan həmin maşını ona qardaşı bağışlamışdır. O, maşının pulu yas xərclərinə getmişdir. O, evə girib hər şeyi mənimsəmişlər, o evdən heçnə bağışlanmamışdır. Həmin maşını həm o sürmüş, həm rəhmətlik qardaşı, sonra isə oğluna bağışlamışdır. Sonda o, iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X28 izahatında hal-hazırda evi atası ilə o, birlikdə tikmişdir. Əmisi maşını sürə bilmədi və rəhmətə getməmişdən qabaq atasına bağışlanmışdır. Böyük qardaş kimi o evə hamı girmişdir, əmisinin 40 mərasimini, yasını mərasimini onlar vermişdir. Babasından miras qalmışdır, hansı ki, hamının istifadəsində idi. Kamran həmin bu həyətdə yaşayıbdır. Əmisinin ölümündən sonra üçü və qırx mərasımi orada verilmişdir. Sonda o, iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X30 izahatında göstərmişdir ki, X31 qanun üzrə 2018-ci ildə rəhmətə getmişdirsə, həmin əmlakla bağlı notariusa müraciət edilə bilərdi. Faktiki mirasın qəbulu yoxdur. Tərəflərə pay verilmiş, həmin əşyalar isə mübahisəlidir. Həmin avtomobilin pulu Aydının yas mərasimində xərclənmişdir. Sonda o, iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X17 izahatında evdə olan ev müxəlləfatlı əşyalarını da İddiaçı tərəfindən istifadə edilməsini, mübahisəli maşının ailə maşını olduğunu, mərhum şəxsin öləndən sonra həmin maşını Ramizin sürdüyünü bildirmiş, mərhumun evində iddiaçının yaşadığını, ev əşyalarından istifadə etdiyini, sonda məhkəmədən heç bir xahişi olmadığını, tək istəyinin tərəflərin barışması olduğunu bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs X25 izahatında evdə olan ev müxəlləfatlı əşyalarını da mərhum Aydının sağlığında həmin maşını Ramizə vermiş, həmin maşın əvvəllər Aydının istifadəsində olduğunu, mərhumun evində iddiaçının yaşadığını, ev əşyalarından istifadə etdiyini bildirmişdir. Sonda o, heç bir əmlak tələbinin olmadığını məhkəməyə bildirmişdir. 04 noyabr 2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsinə etiraz edərək, maşının sahibi olduğunu, maşını bazardan aldığını, artıq 5 aydır ki, öz adına keçirtdiyini, sonradan 1-2 aydır ki, xalasının adına keçdiyni digər cavabdehlə heç bir qohumluğu olmadığını, maşının 8100 manata aldığını bildirmişdir. Digər cavabdehlər Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru və X26 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 verdiyi ifadəsində iddiaçının əmisini tanışı olduğunu, yas mərasimində də iştirak etdiyini, mübahisəli mənzildən halhazırda iddiaçı istifadə etməyini, əşyalar hər biri mənzildə olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzilə gedib-gələndə əşyaların orada olduqlarını görmüşdür. Mübahisəli həyətdə 1 mərtəbəli kürsülü ev və onların köhnə 4 otaq və qarajları var. Aydın ilə münasibətləri əvvəldən yaxşı olmuşdur. Kamran mübahisəli həyətdə uşaqlıqdan yaşamışdır. Aydının evində yas mərasimində iştirak etmişdir. Mənzildə olmasını ehtimal etdiyi əşyalardan - çarpayı, stol, soyuducu, paltaryuyan maşın, mətbəx mebeli, yataq mebeli və.s qeyd edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində həyətdə 2 evin olduğunu, bir ev əmisinin biri isə iddiaçının olduğunu, Kamran hal-hazırda əmisinin evində yaşadığını bildirmişdir. mübahisəli evdə dünən də olduğunu, Aydının vaxtından qalan əşyalar hələ də mənzildədir və müəyyən qədər əlavələr var. Aydının evində iddiaçı yas mərasimində olmuş, Aydının rəhmətə getdiyi tarix dəqiq yadımda deyil, evdəki əşyalar Aydın o evdə yaşayan zamandan mövcud olub, evə bacıları, gəlib gedirdilər. Aydın sağlığında demişdir ki, maşını verirəm Kamrana. Əşyalar hamısı işlənmiş əşyalardır. Mübahisəli mənzildə soyuducu ağ rəngdədir. Yas mərasimi məsciddə olub. 3 mərasimi həyətdə olub. Kamran əmisi rəhmətə getdikdən 1 həftə sonra o evdə yaşamağa başladı. Otaqlar hamısı balaca otaqlardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 öz izahatında bildirmişdir ki, mərhumun 3 mərasimi həyətdə keçirilmiş, Hövsandan yas mərasimi üçün müəyyən əşyalar gətirsələr də, sonra geri qaytarmışlar. Elçin, Əlixan və Pərvin qalan əşyaları götürmək üçün gəldilər lakin evə daxil ola bilmədilər. Evin açarı dəyişdirilmiş, lakin tərəflərindən bunun ilə bağlı polisə müraciət edilməmiş, evin açarını deyilənə görə Kamran dəyişmiş, evdə olan əşyalar yəqin ki, hələ də evdədir. Aydının evindən əşyaları götürməmişlər. Əsasən mübahisəli həyətdə olduğunu, evə daxil olmadığını bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin, cavabdehin, cavabdehin vəkilinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Müki işin materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 35 saylı notariat kontoruna verilmiş 11.10.2019-cu il tarixli ərizəyə əsasən, 21 dekabr 2018-ci il tarixdə vəfat emiş mərhum qardaşı X19 məxsus olan **-GU-*** dövlət nömrə nişan VAZ 21154 minik markalı avtomobilə dair onun tərəfindən ona 17 aprel 2018-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. Həmin avtomobil mərhum rəhmətə gedənə qədər onun istifadəsində olubdur. Həmin əmlakla bağlı vərəsəliyin açılması barədə müraciət edərək, bildirir ki, mərhumun ən yaxın vərəsəsi odur. Gələcəkdə digər vərəsələrlə hər hansı bir maneə olarsa məsuliyyəti öz üzərinə götürərək onlara düşən payı verməyi öhdəsinə götürür. Müki işin materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 35 saylı notariat kontoruna verilmiş 10.10.2019-cu il tarixli ərizəyə əsasən, 21 dekabr 2018-ci iltarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X51 küçəsi, ev 14 ünvanında yaşamış qardaşı X31 vəfat etmişdir. Ondan qalan miras əmlak “** GU ***” dövlət nömrə nişanlı VAZ-21154 minik markalı avtomobildən ibarətdir. Mərhumun ondan başqa vərəsəsi yoxdur. Göstərilən əmlaklara dair qanun üzrə X24 şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-in 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Müki işin materiallarına əlavə edilmiş 10.10.2019-cu il tarixli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışa əsasən, “VAZ 21154” minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 mülkiyyətindədir. Mülki iş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusuna verilmiş 04.10.2019-cu il tarixli məktubuna əsasən, 02 oktyabr 2019-cu il tarixli X\296 nömrəli məktuba cavab olaraq bildirir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat -imtahan İdarəsinin komputer uçot bazasına görə “VAZ-21154” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.03.2019-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olan 31.01.1989-cu il təvəllüdlü X9 adında qeydiyyatdadır. Mülki iş materiallarına əlavə edilmiş Əmircan qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş 01.10.2019-cu il tarixli arayışa əsasən, mərhum X31 həqiqətən 26.06.1970-ci il tarixdən vəfatına kimi (21.12.2018- ci il) Əmircan qəsəbəsi, X51 küçəsi ev 14 ünvanında qeydiyyatda olub. Mərhumun ailə üzvləri: atası - X35 - 23.01.1986-cı il tarixdə qeydiyyatdan çıxıb, 22.03.1996-cı il tarixdə vəfat edib, anası - X6- 23.01.1986-cı il tarixdə qeydiyyatdan çıxıb, 23.03.1998-ci il tarixdə vəfat edib, qardaşı - X20 - 02.04.2014-cü il tarixdə vəfat edib, qeydiyyatdan çıxıb, qardaşı - X36 - 30.01.1979-cu il tarixdə vəfat edib, qeydiyyatdan çıxarılıb, bacısı - X21 - 09.08.2017-ci il tarixdə vəfat edib, qeydiyyatdan çıxıb, qardaşı - X32 - 30.01.1986-cı il tarixdə qeydiyyatdan çıxıb, bacısı - X12 - 04.01.1979-cu il tarixdə qeydiyyatdan çıxıb, bacısı -X22 23.01.1986-cı il tarixdə qeydiyyatdan çıxıb, bacısı -X46 qızı - 23.01.1986-cı il tarixdə qeydiyyatdan çıxıb, qardaşı - Cavabdeh1 - 23.01.1986-cı il tarixdə qeydiyyatdan çıxmışdır. Mülki iş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən AZ-İ seriyalı 985665 saylı, 28 dekabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X31 28 dekabr 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 dekabr 2018-ci il tarixdə 2400 sayla qeyd edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə X24 Şəhadətnaməyə əsasən, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edilir ki, 21.12.2018 tarixdə ölmüş X31 vərəsəsi qardaşı Cavabdeh1 Bakı, Hövsan qəsəbəsi, E.məmmədov küçəsi, ev 5, mənzil 21 (AZE ********, 26.11.2012- Suraxanı RPİ, FİN) və miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 01.03.2019 tarixli və AD459979 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540A4830992, mühərrikin nömrəsi ******* və buraxılış ili 2009 olan VAZ 21154 Minik markalı 90GU165 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ibarətdir. Mülki iş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02.08.2019-cu il tarixli qətnaməyə əsasən, İddiaçı, cavabdehlər Cavabdeh1 və X16 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə X28 arasında bağlanmış “VAZ 21154” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 01.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilməsi qət edilmişdir. İddia avtomobilə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınmasına dair hissədə təmin edilməməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2019-cu il tarixli qətnaməyə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(010)- 571/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə — “22.03.1996-cı ildə vəfat etmiş X35 tərəfindən miras qalmış İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 0,11 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evi və Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi M.F.Axundov küçəsindəki 14 saylı fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilmiş hesab olunsun.” hissəsində ləğv edilməsi qət edilmişdir. Müki işin materiallarına əlavə edilmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətə əsasən, “VAZ-21154” markalı **-UB-***8 dövlət nömrə nişanlı (ban nömrəsi XTA211540A4830992) avtomobilin üzərinə həbs qoyulmasına və müvəqqəti saxlanma meydançasına yerləşdirilməsinə dair müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Müki işin materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2020-ci il tarixli qərardada əsasən, Cavabdeh1 məxsus olan, **-UB-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı avtomobili (Ban-XTA211540A4830992) avtomobilin üzərinə iddianın təmin etmə tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Müki işin materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş 23.11.2020-ci il tarixli şikayətə əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(010)-4394/2020 saylı qərardadını ləğv edilməsini və mübahisə predmeti olan **- UB-*** dövlət qeydiyyat nişanlı, “VAZ-1154” markalı qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair ərizənin təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Müki işin materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsi tərəfindən qəbul edilmiş 25.11.2020-ci il tarixli qərardada əsasən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-4394/2020 nömrəli iş üzrə qəbul etdiyi 08 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmaması və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Müki işin materiallarına əlavə edilmiş Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli qərardada əsasən, şikayət qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(010)- 4394/2020 saylı qərardadı ləğv edilmiş,iddianın təmin etmə tədbiri barədə ərizə qismən təmin edilmiş və cavabdeh X7 mülkiyyətində olan **-UB-*** dövlət qeydiyyat nişanlı, VAZ- 21154 markalı avtomobilin (BAN-XTA211540A8309920) özgəninkiləşdirilməsi mülkiyyətçi X14 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddiaçı vəfat etmiş əmisi X5 qalmış miras əmlakdan pay hüququnun olduğunu, mirasın bir hissəsini faktiki olaraq qəbul etdiyini və onun avtomobildən pay almaq niyyəti olduğunu bildiyi halda notariusa onun barəsində məlumat verməməsini qeyd edərək, cavabdeh tərəfindən öz adına aldığı vərəsəlik şəhadətnaməsininin etibarsız olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Mülki iş materiallarından müəyyən edilmişdir ki, 21.12.2018-ci il tarixdə vəfat etmiş əmisi X5 «Vaz-21154» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil və ev müxəlləfatı predmetləri miras qalmışdır. Onun qanun üzrə birinci növbəli vərəsələri yoxdur. Mövcud vərəsələrdən yalnız miras qoyanın bacı və qardaşları vardır. Cavabdeh1 İddiaçı əmisidir. Vəfat etmiş X54 oğlunun qardaşı və eyni zamanda İddiaçı oğunun atası X37 miras açıldığı vaxtdan daha əvvəl, daha doğrusu 30.01.1979-cu il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd olunan mülki qanunvericiliyinin tələblərinə əsasən İddiaçı 21.12.2018-ci il tarixdə vəfat etmiş X15 ikinci növbəli vərəsəsidir. Bundan əlavə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Hacı oğlu Bakı şəhəri 35 saylı notariat ofisinə həmin əmlakla bağlı vərəsəliyin açılması barədə ərizə ilə müraciət etmişdir. Notariat kontoruna verdiyi ərizəsində özünün yeganə vərəsə kimi təqdim etmiş, digər vərəsələr barədə məlumat verməmiş, qeyd etmişdir ki, mərhumun ən yaxın vərəsəsi odur, gələcəkdə digər vərəsələrlə hər hansı bir maneə olarsa məsuliyyəti öz üzərinə götürərək onlara düşən payı verməyi öhdəsinə götürür. Nəticə etibarı ilə Bakı şəhər 35 saylı notariat kontoru tərəfindən Cavabdeh1 miras əmlakından 1/1 hissədə pay alınması haqqında 11 oktyabr 2019-cu il tarixli qanun üzrə X24 şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, şəhadətnamə verilmiş miras əmlak AR DİN BDÜPİ Qİİ tərəfindən verilmiş 01/03/2019 tariixli AD459979 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211 540A4830992, mühərrikin nömrəsi 518433 və buraxılış ili 2009 olan VAZ 21154 Minik markalı 90GU165 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ibarətdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi Cavabdeh1 üçün hüquqi nəticələri yaradarkən birtərəfli əqd olaraq, həmin şəhadətnamənin etirbarsızlığı ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən əqdlərdən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə yuxarıda qeyd olunan şəhadətnamənin verilməsini birtərəfli əqd hesab edilməklə, həmin əqdin bağlanmasını əqdlər və əqdlərin etibarsızılığı haqqında normalarına uyğun dəyərləndirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh1 Hacı olu və Bakı şəhəri 35 saylı Dövlət Notariat kontoru mülki qanunvericiliyinin tələblərinə zidd olaraq mərhum X40şunun ikinci növbəli digər vərəsələr olduğu halda, qanun üzrə vərəsəni yalnız Cavabdeh1 Hacı oğlunu hesab etmiş və yalnız onun adın qanun üzrə vərəsəlik şəhadətnaməsini vermişdir. Bununla əlaqədar Cavabdeh1 Hacı oğlunun adına verilmiş 11 oktyabr 2019-cu il tarixli qanun üzrə şəhadətnamə Mülki Məcəllənin müddəalarının pozulması ilə verildiyindən etibarsız hesab olunmalı, həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş qeydiyyat şəhadətnaməsi da etibarsız hesab edilməlidir. Bundan əlavə İddiaçı Həmid oğlu 21.12.2018-ci il tarixdə vəfat etmiş əmisi X5 qalmış ev müxəlləfatı predmetləri olan əmlakın, o cümlədən 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsung» markalı televizor, 1 ədəd «Mitsubisi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın faktiki surətdə qəbul edilməsini iddia edir. Həmçinin miras qalmış «VAZ-21154» markalı 90GU165 dövlət qeydiyyat nişanlı avtomobilin də qəbul edilmiş hesab edilməsini iddia edir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 307.2 və 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyindən ərizəçi həmin faktların məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmək məcburiyyətində qalmışdır. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə araşdırılması zamanı dindirilmiş şahidlərin ifadələrinə, eyni zamanda hər iki tərəfin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddianın dəqiqləşdirilməsinə dair ərizəsində göstərilmiş ev müxəlləfatlı əşyalar, o cümlədən 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları vəfat etmiş X19 məxsus olmuş, onun vəfatından əvvəl həmin əşyalar mərhumun yaşadığı evində yerləşdirilmiş və o, həmin əşyalarından istifadə etmiş, vəfatından sonra həmin əşyalardan iddiaçı istifadə etmiş, bununla da İddiaçı vəfat etmiş X5 miras qalmış əşyaları faktik surətdə qəbul etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras qalmış «VAZ-21154» markalı 90GU165 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı tərəfindən qəbul edilməsini iddia etsə də, məhkəmə iclas protokollarından əks olunmuş hər iki tərəfin ifadələrində, eyni ilə şahidlərin ifadələrinə əsasən X3 maşından açarları Cavabdeh1 vermiş, ölümündən sonra Cavabdeh1 avtomobildən istifadə edib, onu idarə etmişdir. Bununla əlaqədar iddia «VAZ-21154» markalı 90GU165 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı tərəfindən faktiki surətdə qəbul edilməsinə dair hissədə əsaslı olmamaqla, rədd edilməlidir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında «VAZ-21154» markalı 90GU165 (indiki 99UB568) dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.10.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair hissəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 cavabdehin qohumu olmamış, əqd bağlayarkən avtomobilin mülkiyyət hüququ əsasında cavabdehə məxsus olduğunu düşünmüş, həmin avomobilin ona məxsus ola bilməcəyi barədə xəbərdar olunmamış, vicdanlı alıcı olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olmamaqla, rədd edilməlidir. Beləliklə, yuxarıda sadalanan qanun normalarını, araşdırılmış mülki işin materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 21.12.2018-ci il tarixdə vəfat etmiş X5 qalmış ev müxəlləfatı predmetləri 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməli, Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə X24 şəhadətnamə və bunun əsasında verilmiş 11 oktyabr 2021-ci il tarixli, AD626433 saylı qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 (beş) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21.12.2018-ci il tarixdə vəfat etmiş X5 qalmış ev müxəlləfatı predmetləri 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə X24 şəhadətnamə və bunun əsasında verilmiş 11 oktyabr 2021-ci il tarixli, AD626433 saylı qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 (beş) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar