Məhkəmə qərarları › İş №2(010)-3551/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3551/2022

20.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3551/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X11 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 və Üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh (üçüncü şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və əmlak bölgüsü” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, həmin nikahdan doğulmuş yetkinlik yaşına çatmayan X2 öz yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin iddianın verildiyi tarixdən etibarən cavabdehdən tutularaq ona verilməsi, Cavabdeh ilə birgə mülkiyyətindəki əmlakın onlar arasında bərabər paylarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin ayrıca icraata ayrılması.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2515/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddiaya ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus əmlaklar barədə iddiaçıda məlumat yoxdur. Belə ki, bununla bağlı müvafiq orqanlara vəkil sorğusu ilə müraciət edilsə də, müvafiq məlumatların verilməsindən imtina edilmişdir. Birgə əmlakın müəyyən edilməsi barədə məhkəmə qaydasında müvafiq sorğu göndərilməsi üçün vəsatət iddia ərizəsi məhkəmə tərəfindən qeydiyyat alındıqdan sonra təqdim ediləcəkdir.

İddia tələbinin dəqiqləşdirilməsi.

4. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı razılığı olmadan Cavabdeh nikah dövründə əldə edilmiş üç nəqliyyat vasitəsinin – “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı; “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı; “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin dəyərinin yarısının – 43750 manat məbləğində pul vəsaitinin iddiaçıya dəymiş zərərin əvəzi kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, “X33 Rover” markalı, ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin özgəninkiləşdirilməsinə dair BDYPİ vasitəsilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “X33 Rover” markalı, ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iddiaçı və cavabdehə bərabər paylarla paylı mülkiyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı tərəfindən pay tələb edilən avtomobillər tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Bu barədə müvafiq reyestrdən çıxarışlar mötəbər sübut kimi məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfin mübahisələndirdiyi digər hallar iddiaçını maraqlandırmır. Aidiyyəti dövlət orqanının məlumatından görünür ki, həmin avtomobillər tərəflərin birgə nikahı dövründə əldə edilmiş, cavabdehin adına qeydiyyatda olduğu müddətdə faktiki olaraq elə cavabdehin sahibliyində olmuşdur. Əvvəlki iclaslarda qeyd edilən müddətdə faktiki olaraq ayrı olmuşlar, lakin onların faktiki olaraq ayrı olmaları bu məsələ üçün həlledici xarakter daşımır. İş materiallarına sübut kimi reyestrdən çıxarışlar əlavə olunumşdur ki, bunlar da qeydiyyatın əsasını təşkil edir. İddiaçının mübahisəsi başqasının mülkiyyətində olan əmlak olsa idi o, şahidlərlə, sahibliklə bağlı, mülkiyyətin müəyyən olunması ilə bağlı mübahisələndirmə ilə razılaşardı. Lakin əmlakların cavabdehə məxsus olmaması ilə bağlı şahid ifadələri onun sübut kimi təqdim etdiyi reyestrdən çıxarışlara ekvivalent sübut deyil. Eyni zamanda, nəzərə alınmalıdır ki, birgə nikah dövründə tərəflərin bu avtomobilləri ala biləcək miqdarda gəliri olmasa belə, iddiaçının həmin avtomobillərlə bağlı iddia qaldırmağa hüququ vardır. Reyestr məlumatlarından görünür ki, onların iddiaları əsaslıdır. Onlar yalnız reyestrdən çıxarışı sübut kimi təqdim etmişlər və bu vəziyyətdə iddiaçının üzərinə gəlirləri ilə bağlı hansısa sübutu təqdim etmək öhdəliyi qoyula bilməz. Qəbul edir ki, tərəflər nikahda olduqları dövrdə kirayədə yaşamışlar. Bununla belə əgər iddiaçıdan gəlirin mənbəyi tələb edilirsə, maraqlı şəxsdən də həmin avtomobilləri hansı gəlirlə əldə etdiyini soruşmaq lazımdır. Maraqlı şəxs hansı səbəblə 115000 ABŞ dolları qiymətinə olan avtomobili qan qohumluğu belə olmayan şəxsin adına keçirmişdir? Bəlkə qanundankənar fəaliyyətlə məşğuldur, bəlkə də vergidən yayınmaq üçün belə etmişdir. Lakin maraqlı şəxs həmin avtomobilləri hansı gəlirlə əldə etdiyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Əlavə gəlirlə bağlı sübutları da yoxdur. Cavabdeh bildirmişdir ki, sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 300 manat təşkil edir. Keçən iclasda qeyd etmişdir ki, avtomobil satışı ilə də məşğul olmuşdur. İddiaçının verdiyi etibarnaməyə gəldikdə qeyd edir ki, bu etibarnamə təmsil etmək üçün verilən sənəddir və onun üçün verilmir ki, avtomobili mənimsəyərək heç bir ödəniş edilməsin. İddiaçı avtomobillərin satılmasını mübahisələndirmir, o, sadəcə satışdan özünə çatası pulu tələb edir. Həmçinin, hesab edir ki, şahid ifadələri sübut kimi qəbul edilməməlidir. Çünki üçüncü şəxsin oğlu, eləcə də yoldaşı gəlib bildirə bilər ki, avtomobil üçüncü şəxsə məxsus olmuşdur. Onu da qeyd edir ki, avtomobillərin üçü də eyni vaxtda satılmışdır. Bu avtomobillərin 2021-ci ilin yanvar ayında özgəninkiləşdirilməsi təsadüf ola bilməz. Bu, onun göstəricisidir ki, tərəflər həmin vaxt faktiki olaraq ayrılmaq dövründə olmuş, münasibətləri pozulmuş, boşanmaq ehtimalları olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Həmçinin, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə səs yazısının sübut qismində qəbul olunmasına etirazla müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli baxış iclasında cavabdeh tərəfindən sübut qismində məhkəməyə “Whatsapp” tətbiqi üzərindən göndərilmiş səs yazıları təqdim olunmuşdur. Bu səs yazıları sübut qismində qəbul oluna bilməz. Səs yazısı şəklində təqdim olunmuş sübutlar yalnız o zaman qanunu pozmaqla əldə olunmuş hesab olunmayacaqdır ki, belə səs yazmalardan yalnız iş üzrə birbaşa əlaqədar şəxslər arasında gedən danışıqlarda istifadə olunmuş olsun. Cavabdeh tərəfindən sübut qismində təqdim olunmuş səs yazmalarda isə cavabdeh özü tərəf olaraq iştirak etməmişdir. Bu səbəblə də cavabdeh tərəfindən təqdim olunmuş səs yazmalarının sübut qismində qəbul edilməməsini xahiş etmişdir.

7. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş etibarnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur. Həmçinin onu da qeyd etdi ki, idiaçı 300 manata kirayə evdə yaşayır. O, məhkəmə iclasında iştirak etmək istəmir. Ona görə ki, onun mənəvi – psixoloji vəziyyəti məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Birgə nikah dövründə əldə olunmuş avtomobillər cavabdehin adına olmuşdur. Bu baxımdan avtomobillərin etibarnamə ilə başqa şəxslərin istifadəsinə verilməsi onların cavabdehin mülkiyyətində olması halını istisna etmir. İddiaçı ilə cavabdeh 2020-ci ilin sonunda 3 ay ayrı yaşamış, sonra yenidən barışıb birlikdə yaşamağa başlamışlar. Hesab edir ki, bu hal nəzərə alınmalıdır. Həmçinin, belə bir məhkəmə təcrübəsi formalaşmışdır ki, əgər əmlak birgə nikah dövründə ər-arvaddan birinin mülkiyyəti kimi qeydiyyata alınmışdırsa, bu əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, “Mercedes Benz 240” markalı avtomobili 2016-da almış, 2020-ci ildə Quliyev Elşənə satmışdır. Quliyev Elşən də başa şəxsə satmışdır. O, hələ evlənməmişdən əvvəl avomobil satışı ilə məşğul olmuşdur. Digər avtomobillərə münasibətdə də iddia tələbini qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun mülkiyyətində olan “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydyyat nişanlı minik və “X33 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobillər onun adına qeydiyyatdan keçsə də faktiki olaraq Maraqlı şəxs əmlakı olmuşdur. İş materiallarında olan etibarnamədən görünür ki, avtomobillər alınan gündən Maraqlı şəxs və onun oğlu X8 istifadəsində və etibarnamə ilə sahibliyində olmuşdur. Alqı-satqı müaviləsinin onun adına bağlanmasında məqsəd Kənan Babayevə məxsus tikinti şirkətinə qarşı qaldırılmış iddialarla bağlı yaranmış hər hansı tələbin avtomobillərə yönəldilməsinin qarşısını almaq olmuşdur. Sonradan maşınları öz adından qeydiyyatdan çıxarmasına səbəb arvadı ilə arasında baş verən münaqişələr zamanı arvadının onu həmin avtomobilləri əlindən almaqla təhdid etməsi olmuşdur. Qəbul edir ki, birgə nikah dövründə əldə olunmuş “Hyundai Elantra” markalı avtomobil həqiqətən onun mülkiyyətində və ona məxsus olmuş, lakin o, bu avtomobili birgə nikah dövründə əldə olunmuş qazanc hesabına əldə etməmişdir. Belə ki, “Mercedes Benz 240” markalı avtomobildən əvvəl onun başqa bir “Mercedes” markalı avtomobili olmuş, həmin köhnə avtomobili sataraq “Mercedes Benz 240” markalı avtomobili almış, “Mercedes Benz 240” markalı avtomobili sataraq isə “Hyundai Elantra” markalı avtomobili almışdır. Həmin avtomobillər satıldığı vaxt iddiaçı ilə ailə münasibətləri hələ pozulmamış, satışdan əldə etdiyi vəsaiti ailəsinə xərcləmişdir. İddiaçı ilə faktiki olaraq yeddi aydır ki, ayrı yaşayırlar. Onun aylıq qazancı 300 manat təşkil edir, iddiaçı isə müəllimə işləyir. Bundan əlavə, onlar ailəli olduqları dövrdə 500 manata kirayə qalmışlar. Bu qədər qiymətli avtomobilləri onların hər ikisinin maaşı hesabına əldə etməkləri qeyri-mümkündür. Babayeva Kəmalə onun əmisi qızı və müdiri Maraqlı şəxs arvadıdır. İddiaçının hazırda pay tələb etdiyi avtomobillər Maraqlı şəxs məxsusdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahuş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 yazılı izahat və məhkəmə çıxışına uyğun məzmunda izahat verərək bildirdi ki, İddiaçı iddia ərizəsində Cavabdehla nikaha daxil olduğu xx.xx.2015-ci il tarixdən indiyədək olan müddətdə cavabdehin adına qeydiyyata alınmış buraxılış ili 2019 olan, “Toyota Camry” minik markalı, ** UD *** nömrə nişanlı və buraxılış ili 2015 olan, “X33 Rover” minik markalı, ** KQ *** nömrə nişanlı avtomobillərin onların ümumi birgə mülkiyyəti olduğunu iddia edərək, buna məhkəməni inandırmağa çalışmışdır. Lakin İddiaçı adları və markaları qeyd edilən həmin avtomobillərin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsini təsdiq edən hər hansı sübutu və dəlili iddia ərizəsinə əlavə etməmiş, belə sübutu işin məhkəmə baxışına hazırlanması zamanı da məhkəməyə təqdim etməmiş və məhkəmə baxışının davam etdiyi hazırkı vaxtadək də qeyd edilən sübut mövcud deyildir. İddiaçı “Toyota Camry” minik markalı, ** UD *** nömrə nişanlı və “X33 Rover” minik markalı, ** KQ *** nömrə nişanlı avtomobillərin yalnız cavabdehlə nikahda olduqları müddətdə cavabdehin adına qeydə alınmasına əsaslanaraq, onların ümumi birgə mülkiyyətlərində olan əmlak qismində qiymətləndirilməsinə cəhd etmişdir. Lakin, cavabdeh həqiqətə uyğun olmayan bu tələblə qətiyyən razılaşmır. Hazırkı iddia tələbinin əsassızlığı həm də onunla təsdiq edilir ki, həm yazılı vəsatət verməklə, həm də dəfələrlə şifahi qaydada tərəflərindən bildirilməsinə baxmayaraq, həqiqətin aşkara çıxarılması, məhkəmə iclasında bilavasitə iddiaçının özünə qarşı yönəlmiş və özünün cavab verə biləcəyi sualların səsləndirilməsinə imkan və şərait yaradılması üçün iddiaçı məhkəmə iclasına çağırılsa da, İddiaçı buna məhəl qoymayıb heç bir səbəb göstərmədən məhkəməyə gəlməmişdir. İddia ərizəsində göstərsə də məhkəmə baxışı zamanı İddiaçı həmin minik avtomobillərin birgə nikah dövründə ya özünün, ya cavabdehin, ya da hər ikisinin birgə gəlirləri hesabına əldə edilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməyəcəyini və bununla bağlı cavabdeh tərəfin və hakimin suallarını cavablandırmasının mümkünsüzlüyünü yaxşı başa düşmüşdür. Əks təqdirdə, İddiaçı prosessual hüquqlarından məhkəmə baxışı zamanı şəxsən istifadə etməkdən çəkinməzdi. Hazırkı iddia ərizəsinin əsassızlığını təsdiq edən hallardan biri də ondan ibarətdir ki, birgə yaşadıqları və gəlirlərinin çox az olduğu yeddi ilə yaxın müddət ərzində cavabdehin guya onların ümumi birgə gəlirləri hesabına 2019-cu ildə iki ədəd bahalı avtomobil əldə etməsi qətiyyən inandırıcı və ağlabatan deyil, heç bir sübuta və fakta əsaslanmır. Çünki tərəflərin nikahda olduqları bütün müddət ərzində onların özlərinə məxsus ayrıca mənzilləri olmamış, kirayə mənzillərdə yaşamağa məcbur olmuşlar. Belə vəziyyətdə isə normal məntiqlə pul olmuş olsa idi, onu mənzil almağa sərf edərdilər. Bundan başqa, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində sürücü işləyərək, ayda 375 manat əmək haqqı almış, İddiaçı isə heç bir yerdə işləməmiş, yalnız müəyyən müddətdə kurslarda iştirak etməklə ayda təxminən 200-250 manat qazanc əldə etmişdir. Nəticədə isə ər-arvadın aylıq ümumi gəlirinin məbləği təxminən 600 manata yaxın olmuşdur. Aydındır ki, 600 manat pulla Bakı şəhərində yaşamaqla, həm yaşadıqları mənzilin kirayə haqqını ödəmək, həm də ailənin ehtiyaclarını ödəmək çox çətindir. Göstərilənlərdən başqa, iddiaçı ilə cavabdehin birgə nikahları dövründə onların hər hansı mənbədən və hər hansı formada başqa gəlirləri olmamış, valideynləri tərəfindən də onlara hədiyyə şəklində hər hansı əmlak verilməmişdir. Birgə nikahları dövründə istər iddiaçı, istərsə də cavabdeh sahibkarlıq və ya intellektual fəaliyyətlə məşğul olub gəlir əldə etməmişlər. Belə vəziyyətdə İddiaçı prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan sui-istifadə edərək, məhkəməyə əsası olmayan və yanlış məlumat vermişdir. Ona görə ki, adları və markaları yuxarıda göstərilən iki ədəd minik avtomobilindən hər hansi biri ər-arvadın ümumi gəliri hesabına əldə edilmiş və onlara məxsus olmuş olsa idi, onda iddiaçı bununla bağlı konkret faktları (hansı avtomobilin alınması üçün nə vaxt, nə qədər və hansı mənbədən pul ödənildiyini, onların haradan alındığını yəni, həmin pulun onun, yoxsa cavabdehin və ya birgə fəaliyyətləri nəticəsində əldə edildiyini) iddia ərizəsində sadalayar, lazım olan sübuları təxirə salınmadan məhkəməyə təqdim edərdi. Hazırkı iddia ərizəsinin əsassızlığını təsdiq edən başqa bir hal ondan ibarətdir ki, 2019-cu ildə istehsalı edilmiş “Toyota Camry” minik markalı, ** UD *** nömrə nişanlı minik avtomobilinin qeydiyyat şəhadətnaməsində xx.xx.2019-cu il tarixdə Cavabdeh adına yazılsa da, onun faktiki sahibi və mülkiyyətçisi X15 olmuşdur. Ona görə də qeyd edilən avtomobil üzərində Kənan Babayevin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən avtomobil üçün ilkin ödənişin onun alındığı xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs tərəfindən edildiyini onun özü də məhkəmə iclasında şahid qismində dindiriləndə təsdiq etmişdir. Bu halı “Toyota Bakı Mərkəzi”nin işçisi də təsdiq edə bilər. Bundan başqa, həmin avtomobilin alındığı xx.xx.2019-cu il tarixdən indiyədək hər ay 1543.39 manat bank kreditinin ödənilməsi Maraqlı şəxs tərəfindən təmin edilmişdir. Bununla bağlı müvafiq maliyyə və bank sənədləri məhkəməyə təqdim edilmişdir. Daha sonra, göstərilən avtomobil alındığı xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixədək axşamlar Cavabdeh yaşadığı ünvanda deyil, oradan uzaqda yerləşən Kənan Babayevin atası Maraqlı şəxslə birlikdə yaşadığı ünvan 1 ünvanında "xxxx" MTK-ın inşa etdiyi "xxxx" MMC-yə məxsus 18 mərtəbəli yaşayış binasının parkinqində Maraqlı şəxs məxsus 14 saylı dayanacaqda saxlanılmışdır. Bu barədə məhkəməyə arayış təqdim edilmişdir. Bu avtomobildən Cavabdeh yalnız "xxxx" Mənzil Tikinti Kooperativində sürücü işlədiyi müddətdə sürücü kimi istifadə etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, istər İddiaçı, istərsə də hüquqlarını müdafiə etdiyi Cavabdeh xx.xx.2021-ci il tarixdə daşınmaz əmlak istisna olmaqla, onların bütün daşınar əmlakları üzərində X1 vermək hüququnun olmasını nəzərdə tutan və on il müddətində qüvvədə olan etibarnamələr vermişlər. X6 həmin avtomobillərin faktiki sahibi və mülkiyyətçisi Maraqlı şəxs həyat yoldaşıdır. Bununla da onlar faktiki olaraq, bu avtomobilin Maraqlı şəxs məxsus olmasını təsdiq etmişlər. İddia ərizəsində göstərilən “X33 Rover” minik markalı, ** KQ *** nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi Cavabdeh adına olsa da, onun pulunu Maraqlı şəxs şəxsən ödəmişdir. Həmin avtomobil alınan vaxtdan indiyədək Maraqlı şəxs faktiki sahibliyində və mülkiyyətində olmuşdur. Həmin avtomobilin pulunun Maraqlı şəxs tərəfindən ödənilməsini onun özü və avtomobili satan mağazanın işçisi məhkəmə iclasında şahid qismində dindiriləndə təsdiq etmişlər. Ən nəhayət, “Toyota Camry” minik markalı, ** UD *** nömrə nişanlı və “X33 Rover” minik markalı, ** KQ *** nömrə nişanlı avtomobillərin dəyərinin Maraqlı şəxs tərəfindən ödənildiyi, bu avtomobillərin Maraqlı şəxs faktiki sahibliyində və mülkiyyətində olmalarını sübut qismində təqdim edilmiş CD diskdəki səs yazısında Maraqlı şəxs həyat yoldaşı Kəmalə Babayeva ilə İddiaçı arasında olan danışıq da təsdiq edir. Beləliklə, sadaladığım faktların və halların məcmusu ilə məhkəmə baxışında tam təsdiq edildi ki, hər iki avtomobil ər-arvad olaraq iddiaçı ilə cavabdehin ümumi gəlirləri hesabına deyil, Maraqlı şəxs vəsaiti hesabına əldə edilmişdir. Ona görə də qeyd edilən avtomobillər ər-arvadın ümumi birgə mülkiyyəti sayıla və onlar arasında paylara uyğun bölünə bilməz. Həmçinin qeyd edilməlidir ki, “X33 Rover” minik markalı, ** KQ *** nömrə nişanlı avtomobil hazırkı iş üzrə tərəflər olan ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmədiyinə və onların ümumi birgə mülkiyyətini təşkil etmədiyinə görə İddiaçı həmin avtomobil üzərində hər hansı səlahiyyət əldə etməmişdir və onun özgəninkiləşdirilməsinə dair BDYPİ vasitəsilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilməz. Bu səbəblərdən iddia ərizəsinin dəlilləri bu hissədə qanuni və əsaslı deyildir. Cavabdeh məhkəmə baxışındakı izahatında buraxılış ili 1998 olan, “Mercedes Benz 240” minik markalı avtomobilini iddiaçı ilə nikahı dövründə xx.xx.2016-cı il tarixdə 6000 (altı min) manata aldığını, həmin vaxt avtomobilin nömrə nişanının ** XB *** olduğunu, bu avtomobili xx.xx.2020-ci il tarixdə X16 9000 (doqquz min) manata baş etibarnamə əsasında satdığını, həmin tarixdə 14300 (on dörd min üç yüz) manata buraxılış ili 2013 olan, gömrükdən keçirilməklə gətirilmiş “Hyundai Elantra” minik markalı avtomobil aldığını, bu zaman pulu çatmadığına görə başqasından borca 5300 (beş min üç yüz) manat borc aldığını, “Mercedes Benz 240” minik markalı avtomobilinin ** XB *** nömrə nişanını dəyişdirib, yeni aldığı “Hyundai Elantra” minik markalı avtomobilinin nömrə nişanı kimi qeydə aldırdığını, “Mercedes Benz 240” minik markalı avtomobilinə yeni ** RO *** nömrə nişanı qeyd etdirdiyini bildirmişdir. O, izahatında daha sonra göstərmişdir ki, nömrə nişanı ** XB *** olan “Hyundai Elantra” minik markalı avtomobilini xx.xx.2021 -ci il tarixdə X12 14500 (on dörd min beş yüz) manata satmış, lakin elə həmin gün alıcı avtomobilin mühərrikində və sürətlər qutusunda ciddi nasazlıqlar aşkar etdiyini və ona görə də avtomobili qaytarıb pulunu geri almaq niyyətində olduğunu bildirmişdir. Avtomobilə yeni alıcı tapmaqda çətinlik çəkəcəyini və pula ehtiyacının olduğunu nəzərə alıb o, satdığı avtomobili həmin günün axşamı götürüb tam təmir etdirib saz vəziyyətdə geri qaytaracağını vəd etmişdir. Bundan sonra o, avtomobili yaxşı tanıdığı “Saşa” adlı ustanın yanına aparmış, usta avtomobili diqqətlə yoxladıqdan sonra təxminən 5500 (beş min beş yüz) manat məbləğində xərcinin olacağını ona demiş, o isə çıxış yolu olmadığından bu təkliflə razılaşmağa məcbur olmuşdur. Bununla da Cavabdeh nömrə nişanı ** XB *** olan, “Hyundai Elantra” minik markalı avtomobilini tam işlək vəziyyətə gətirərək, aparıb satdığı şəxsə, yəni Əfqan Quliyevə təhvil vermişdir. Nəticədə isə onun nömrə nişanı ** XB *** olan, “Hyundai Elantra” minik markalı avtomobilinin satışından 2021 -ci ilin fevral-mart aylarında cəmi 9000 (doqquz min) manat pulu qalmışdır. Başqasından aldığı borcu tam ödəyə bilmədiyi üçün həmin puldan təxminən 2500 (iki min beş yüz) manatını borclarına görə vermişdir. Qeyd edilməlidir ki, 2021-ci ilin ortalarında o və ailə üzvləri koronavirus xəstəliyinə yoluxmuşlar. Onun özünün vəziyyəti ağır olmuş və ciddi müalicələr almışdır. Özünün və ailə üzvlərinin bu xəstəlikdən tam müalicə olunmaları və dərmanlar alınması üçün təxminən 4000 (dörd min) manata yaxın pul xərcləmişdir. Bundan başqa, pulun qalan hissəsi qızının ad gününün restoranda təntənəli qeyd edilməsinə, ailəliklə Quba və Tovuz rayonlarında gəzib dincəlməyə, mənzil kirayə haqqının və bank kreditin ödənməsinə, həmçinin ailənin digər ehtiyaclarına xərclənmişdir. Xüsusilə qeyd edilməlidir ki, istər “Mercedes Benz 240” minik markalı, istərsə də “Hyundai Elantra” minik markalı avtomobillərin alınıb satılmasından İddiaçı xəbəri olmuş və buna heç bir etirazını bildirməmişdir. Çünki, “Hyundai Elantra” minik markalı avtomobilini satdıqdan sonra qalan pullar ailənin ehtiyaclarına, mənzil kirayə haqqının ödənilməsinə yönəldilmiş və bu xərclərin təyinatının müəyyən edilməsində İddiaçı da iştirak etmişdir. Onların başqa gəlirləri olmamışdır. Beləliklə, yuxarıda istinad edilmiş faktlarla və hallarla təsdiq edilir ki, həm “Mercedes Benz 240” minik markalı avtomobil, həm də “Hyundai Elantra” minik markalı avtomobil İddiaçı ilə nikahda olduqları dövrdə alınıb satılmış, bunlardan iddiaçının xəbəri olmuş, lakin o, narazılığını bildirməmişdir. “Mercedes Benz 240” minik markalı avtomobilin xx.xx.2020-ci il tarixdə satılmasından əldə edilmiş pula bir qədər borc alınmış pul əlavə edilməklə “Hyundai Elantra” minik markalı avtomobil alınmış, həmin avtomobil isə xx.xx.2021-ci il tarixdə satılaraq, əldə edilmiş pullar ailə ehtiyaclarının həllinə sərf edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin bu hissəsi də qanuni və əsaslı deyildir. Əlavə olaraq bildirdi ki, “Mercedes Benz 240” markalı avtomobil faktiki olaraq xx.xx.2020-ci ildən etibarnamə əsasında Quliyev Elşənə satılmışdır. Lakin rəsmi olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Təqdim edilmiş bütün sübutlardan görünür ki, avtomobillər onun tərəfindən alınmışdır. Digər tərəfin qeyd etdiyi qan qohumluğu ilə bağlı məsələyə əsas gətirmişdir ki, cavabdeh onun arvadının doğma əmisi oğludur. Cavabdehin maddi vəziyyəti bu avtomobilləri almağa imkan vermir. İddiaçıda bir az vicdan varsa, məhkəmə iclasında şəxsən iştirak edərək onun üzünə desin ki, həmin avtomobillər cavabdehlə onun birgə nikahı dövründə əldə olunmuşdur. O özü həmin avtomobillərin sahibidir və öz əmlakını müdafiə etmək üçün məhkəmə iclasına gəlmişdir. Əgər iddiaçının iddiası əsaslıdırsa, o da gəlib öz iddiasını müdafiə etsin. İddiaçının məhkəmə iclasında iştirak etməməsi onun qaldırdığı iddianın əsassız olduğunun göstəricisidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

12. Məhkəmənin əvvəlki iclasında üçüncü şəxs Maraqlı şəxs iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddianı qəbul etmir, “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı minik və “X33 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobillər ona məxsusdur və həmin avtomobillərə görə pul onun tərəfindən hər ay banklara ödənilir. Cavabdeh isə onun şirkətində sürücü işləyir. Avtomobillər cavabdehin adına qeydiyyata alınsa da, faktiki olaraq alındığı gündən etibarnamə əsasında onun və oğlunun istifadəsində və sahibliyində olmuş, həmin avtomobillər cavabdeh və iddiaçının birgə nikah dövründə əldə edilmiş gəlirləri hesabına alınmamışdır. Avtomobillər ona məxsusdur və onlardan biri lizinq şirkətində ipoteka ilə yüklüdür. Aralarında faktiki olaraq alqı-satqı olmamışdır, çünki avtomobillər ona məxsus olduğundan cavabdehə heç bir ödəniş etməmişdir. O, iddiaçını vicdanlı olmağa səsləyir. Dəfələrlə iddiaçı və cavabdehi barışdırmağa çalışmışdır. Avtomobillərlə bağlı kredit ödənişlərinin onun işçisi tərəfindən ödənildiyini bildirmiş və bu halı təsdiqləmək üçün həmin işçinin məhkəmə iclasında şahid kimi dindirilməsini xahiş etmişdir.

13. Üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

14. xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 286083 nömrəli etibarnamədən görünür ki, İddiaçı daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün daşınar əmlaklarının üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmaq səlahiyyəti, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, baratlar almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, sığorta şirkətində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ QİŞ səlahiyyətli nümayəndəsi olmağı, sənədləri təqdim edib onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almağı, aldığına dair imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün hərəkətləri etməyi, üzərində istənilən sərəncamı verməyi və idarə etmək səlahiyyəti ilə etibar edir.

15. xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 286082 nömrəli etibarnamədən görünür ki, Cavabdeh daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, özünün bütün daşınar əmlaklarının üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, satmaq səlahiyyəti bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, baratlar almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, sığorta şirkətində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ QİŞ səlahiyyətli nümayəndəsi olmağı, sənədləri təqdim edib onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almağı, aldığına dair imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün hərəkətləri etməyi, üzərində istənilən sərəncamı verməyi və idarə etmək səlahiyyəti ilə etibar edir.

16. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən "xxxx" Mənzil Tikinti Kooperativində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sürücü işləmiş və ştat üzrə aylıq əmək haqqı 375 manat təşkil etmişdir.

17. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0352 saylı arayışdan görünür ki, Maraqlı şəxs həqiqətən ünvan 1 ünvanında “Kristal-MTK”nın inşa etdiyi, "xxxx" MMMC-yə məxsus 18 mərtəbəli yaşayış binasının 389 saylı mənzilində xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək yaşamışdır. Vətəndaş Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən özünə məxsus “Toyota” markalı, ** UD *** qeydiyyat nişanlı avtomobili binanın parkinqində 14 saylı dayanacaqda saxlamışdır. xx.xx.2019-cu il tarixdən “Range Rover” markalı, ** KC *** qeydiyyat nişanlı avtomobili 13 saylı dayanacaqda saxlamışdır. Bu avtomobilləri sürücüsü Cavabdeh idarə etmişdir.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla verilmiş kompüter çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin adına qeydiyyat alınan “X33 Rover” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda da "xxxx" QSC-nin adına qeydiyyatdadır. Qeyd: lizinq müqaviləsinə əsasən özgəninkiləşməsin.

19. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “X33 Rover” minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015ci il olan nəqliyyat vasitəsini 160000 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satmışdır.

20. Lizinq verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və lizinq alan Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007/21 saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" QSC Maraqlı şəxs tərəfindən seçilmiş və bu Müqaviləyə Əlavə 2-də qeyd olunmuş və ətraflı təsviri verilmiş Cavabdeh məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Maraqlı şəxs xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu Müqavilənin müddəalarına uyğun olaraq Maraqlı şəxs müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Əlavə 2: lizinq obyektinin adı: “X33 Rover minik” markalı (ban SALGA3EF7FA200007, buraxılış ili:2015, rəngi:qara metallik) avtomobil

21. Alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və satıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AK-007/21 nömrəli avtomaşının alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “X33 Rover” minik markalı, buraxılış ili 2015, ban SALGA3EF7FA200007, mühərrik 0, rəngi qara metallik olan avtomaşını bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" QSC-yə satmağı, "xxxx" QSC isə Cavabdeh həmin avtomaşını lizinq obyekti məqsədi ilə mülkiyyət hüququ ilə əldə etməyi və 160000 AZN müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürür.

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla verilmiş kompüter çıxarışlarından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyat alınan “X33 Rover” minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, qara metallik rəngli avtomobil xx.xx.2019-cu il tarixdə etibarnamə ilə Maraqlı şəxs və X9 istifadəsinə verilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyat alınan “Mercedes Benz 240” minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, gümüşü metallik rəngli avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınan “Toyota Camry” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı, qara metallik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış, daha sonra həmin tarixdə X8 adına qeydiyyata alınmış və hazırda da X8 adına qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınan “Hyundai Elantra” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, qara rəngli avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən onun adından qeydiyyatdan çıxarılmışdır.

23. "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********41419 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Borcalana 36 ay müddətinə, 43900 AZN məbləğində, kreditdən istifadəyə görə illik 16% ödənilməsi şərt ilə kredit verməyi, Borcalan isə kreditdən nəqliyyat vasitəsinin alınması üçün istifadə etməyi, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytamağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.

24. "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Bank ASC qarşısında xx.xx.2019-cu il tarixli, **********41419 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə verilmiş kredit hesabına əldə edilən “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Bank ASC-nin ipoteka hüququ ilə yüklü edilməsi bu müqavilənin predmetini təşkil edir.

25. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 41 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus olan “Hyundai Elantra” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 19000 manat təşkil edir.

26. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 42 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus olan “Mercedes Benz E 240” minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 12000 manat təşkil edir.

27. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus olan “Toyota Camry” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 58000 manat təşkil edir.

28. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 55 nömrəli avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus olan “Hyundai Elantra” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı minik avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 17000 manat təşkil edir.

29. Bir ədəd CD-dən görünür ki, üç müxtəlif səs yazısı qeydə alınmışdır.

30. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2515/2022 saylı qətnaməsindən görünür ki, iddiа təmin edilmiş, İddiaçı ilə cаvаbdeh Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2015ci il tarixdə 895 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən bаşlаyаrаq, hər ay 193manat sabit pul məbləğində alimentin cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir.

Şahid ifadələri.

31. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X6 bildirmişdir ki, Cavabdeh onun əmisi oğlu, iddaiçı İddiaçı isə Namiqin arvadıdır. Mübahisə predmeti olan iki avtomobil - “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydyyat nişanlı minik, “X33 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobillər özlərinə məxsus olmuş, bu avtomobillərdən biri əri Maraqlı şəxs, digəri isə oğlu Babayev Kənanın istifadəsində olmuş və alındığı gündən onlar istifadə etmişlər. İddiaçı xx.xx.2022-ci il tarixli etibarnaməni ona məhz avtomobillərlə bağlı, avtomobillər onlara məxsus olduğu üçün vermişdir. İddiaçı və cavabdeh arasında dəfələrlə söz-söhbət olmuş, lakin onları həmişə barışdırmışlar. Hətta iddiaçı cavabdehə hədə qorxu gəlmişdir ki: “Görün sizin başınıza nə oyun açacam”.

32. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X17 bildirmişdir ki, cavabdeh anasının əmisi oğlu, iddiaçı isə anasının əmisi oğlunun arvadldır. Mübahisəli avtomobillər kredit müqaviləsinə əsasən alınmış, faktiki olaraq cavabdehin adına qeydiyyatdan keçsə də alındığı gündən “Toyota Camry” markalı avtomobili etibarnamə əsasında o, “X33 Rover” markalı minik avtomobili isə etinarnamə əsasında atası Maraqlı şəxs idarə etmişdir. Maşın formal olaraq cavabdehin adına olmuş, buna görə də cavabdeh tərəfindən bu avtomobillərin alqı-satqısı zamanı heç bir ödəniş edilməmişdir. Avtomobilin sonradan onun adına qeydiyyata alınması üçün özü də heç bir ödəniş etməmişdir.

33. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X21 bildirmişdir ki, Cavabdeh xatırlamır, lakin onun müdiri Maraqlı şəxs tanıyır. Təxminən üç il əvvəl Bakir müəllimlə görüşmüş, Bakir müəllim ona məxsus olan “X33 Rover” markalı avtomobili görmüş və avtomobili bəyənmişdir. Bakir müəllim avtomobili ona satmağı təklif etmişdir. O da bunnula razılaşmış, avtomobili 115000 manata satmış və Bakir müəllim pulu nağd şəkildə ona vermişdir. Avtomobili Namiqin adına rəsmiləşdirmişlər.

İşin faktiki halları.

34. İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Lakin tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşağın anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ata Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

35. İddiaçı Cavabdehla olan nikahının pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, eyni zamanda cavabdehlə birgə nikahları dövründə əldə edildiyini iddia etdiyi əmlak üzərində payının müəyyən edilməsini xahiş etmişdir. Lakin məhkəmənin müvafiq qərardadı ilə əmlak bölgüsünə dair tələb nikahın pozulması və ona bağlı digər tələblərdən ayrılmışdır. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək məhkəmədən cavabdehlə birgə nikahı dövründə əldə edildiyini və onun məlumatı olmadan özgəninkiləşdirildiyini iddia etdiyi üç avtomobil – “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı; “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı minik avtomobillərin dəyərinin yarısının – 43750 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, eləcə də “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin özgəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, avtomobil üzərində cavabdehlə bərabər payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Öz növbəsində cavabdeh isə iddianı qəbul etməmiş, iddaçının mübahisələndirdiyi avtomobillərdən yalnız “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, və “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı minik avtomobillərin özünə, qalan avtomobillərin isə əmisi qızı Kəmalə Babayevanın əri Maraqlı şəxs məxsus olduğunu, Maraqlı şəxs şirkətində sürücü işlədiyini, həmin avtomobillərin formal olaraq onun adına qeydiyyata alındığını, bundan iddiaçının da məlumatı olduğunu, bu səbəbdən iddiaçının da onunla birlikdə avtomobillərə görə Kəmalə Babayevaya etibarnamə verdiyini, bu avtomobillərin heç vaxt faktiki sahiblik və istifadəsində olmadığını bildirmişdir. “Hyundai Elantra” markalı və “Mercedes Benz 240” markalı minik avtomobillər isə özünə məxsus olsa da bu avtomobilləri iddiaçı ilə nikahı dövründə satdığını, pulunu ailə xərclərinin qarşılanmasına sərf etdiyini iddia etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs da bu qeyd edilənləri təsdiq etmiş, məhkəmə iclasında dindirilən şahidlər də avtomobillərin formal olaraq Cavabdeh adına qeydiyyata alındığını, əslində isə Maraqlı şəxs məxsus olduğunu təsdiq etmişlər.

Tətbiq edilən hüquq.

37. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

38. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

41. İddia tələbindən görünür ki, tələb ayrı-ayrı dörd avtomobilə yönəlmiş dörd hissədən ibarətdir: 1) “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; 2) “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; 3) “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyərinin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; 4) “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin özgəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobil üzərində tərəflərin bərabər payının müəyyən edilməsi.

42. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş kompüter sistemindən çıxarışdan görünür ki, “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2019-cu il tarixdə, “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2020-ci il tarixdə, “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2020-ci il tarixdə, “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobil isə xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Göründüyü kimi bu avtomobillərin dördünün də Cavabdeh adına qeydiyyata alındığı tarix tərəflərin nikahı dövrünə təsadüf edir.

43. Lakin bu avtomobillərin dördü də artıq Cavabdeh mülkiyyətində deyil. Belə ki, “Toyota Camry” markalı avtomobil xx.xx.2022-ci il tarixdə X13, “Mercedes Benz 240” markalı avtomobil xx.xx.2021-ci il tarixdə X5, “Hyundai Elantra” markalı avtomobil xx.xx.2021-ci il tarixdə X12, “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobil isə xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır. Görünür, İddiaçı da elə bu səbəbdən artıq özgəsinin mülkiyyətində olan bu avtomobillərin üçünün üzərində payının müəyyən edilməsini yox, avtomobillərin dəyərinin yarısının ona ödənilməsini tələb etmişdir.

44. Məhkəmə ilk növbədə razılaşır ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə ki, bu, ər-arvadın əmlakının qanuni rejimindən irəli gəlir və həm ailə, həm də mülki qanunvericilikdə təsbit edilmişdir. Bununla belə iddiaçı tərəfin mövqeyindən fərqli olaraq, təkcə əmlakın nikah dövründə tərəflərdən birinin adına qeydiyyata alınmış olması faktı əsasında bu əmlak onların birgə mülkiyyəti hesab edilə bilməz.

45. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş “ər-arvadın əldə etdikləri əmlak” anlayışı dar mənada başa düşülməməlidir. Belə ki, bu zaman söhbət əmlakın formal olaraq ər-arvaddan birinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış olmasından yox, onlardan hər birinin ayrı-ayrılıqda, yaxud ümumi gəlirləri hesabına, sözün həqiqi mənasında “əldə edilmiş” əmlaklarından söhbət gedir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2-ci maddəsində ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlaklar sadalanarkən, bu əmlakların “ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri”, “ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən” əmlak olması xüsusi vurğulanmışdır. Deməli, qanunverici ər-arvadın əmlakının qanuni rejimini müəyyən edərkən, nikah dövründə ər-arvadın adına qeydə alınmış istənilən əmlakı yox, məhz yuxarıda göstərildiyi şəkildə “əldə edilmiş” əmlakı nəzərdə tutmuşdur.

46. Bu baxımdan məhkəmə mübahisəli avtomobillərin nikah dövründə cavabdehin adına qeydiyyata alınmış olması faktının iddianın mütləq əsaslılığına dəlalət etdiyini, bu avtomobillərin həqiqətən tərəflərin gəlirləri hesabına alınıb-alınmaması istiqamətində araşdırma aparmağa heç bir zərurət olmadığını təkidlə müdafiə edən iddiaçı tərəfin mövqeyi ilə razılaşmır. Əksinə, məhkəmə hesab edir ki, sözügedən avtomobillərin tərəflərin nikahda olduğu dövrdə cavabdehin adına dövlət qeydiyyatına alınmış olması ilə kifayətlənilməməli, bu avtomobilləri məhz bu iş üzrə tərəflərin yuxarıda qeyd edilmiş mənada əldə edib-etmədiyi müəyyən edilməlidir.

47. Bu cür araşdırmanın aparılması həm də ona görə zəruridir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs cavabdehin adına qeydiyyata alınmış bu avtomobillərin ikisinin əslində onun vəsaiti hesabına alındığını, sadəcə formal olaraq iş üzrə Cavabdeh adına qeydiyyata alındığını iddia etmiş, Cavabdeh da onun iddialarını təsdiq etmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim edilmişdir.

48. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamələrdən görünür ki, həm İddiaçı, həm də Cavabdeh daşınmaz əmlak istisna olmaqla, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün daşınar əmlakları üzərində sərəncam verməyi X4 (üçüncü şəxs Maraqlı şəxs arvadı) etibar etmişlər.

49. Bundan başqa, iş materiallarına içərisində üç müxtəlif səs yazısının yerləşdirildiyi CD əlavə edilmişdir. Cavabdeh tərəf bu səs yazılarının İddiaçı məxsus olduğunu və bu yazılarda iddiaçının pay tələb etdiyi avtomobillərin əslində Cavabdeh məxsus olmadığını etiraf etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) isə bu sübuta etiraz verərək, təqdim edilmiş səs yazılarından eşidilən danışıqlarda cavabdeh tərəf iştirak etmədiyindən və yalnız iş üzrə tərəflər arasında qeydə alınmış səs yazılarının sübut kimi qəbul edilməsi mümkün olduğundan müvafiq səs yazılarının sübut kimi qəbul edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) bu mövqeyini “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

50. Məhkəmə isə iddiaçı tərəfin bu mövqeyi ilə razılaşmır. İlk növbədə ona görə ki, həmin səs yazılarında ümumiyyətlə hansısa qarşılıqlı danışıq yoxdur. Belə ki, hər üç səs yazısından yalnız bir şəxsin səsi qeydə alınmışdır. Üstəlik, bu səsyazma səsi yazılan şəxsin məlumatı olmadan, gizlin qeydə alınmış səsyazma deyil. Əksinə, şəxs özü könüllü şəkildə öz səsini yazaraq, belə görünür, “Whatsapp” mesajlaşma proqramı vasitəsilə audio material şəklində qarşısındakı şəxsə göndərmişdir. Bu baxımdan məhkəmə bu səs yazısını qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirmir və işin həqiqi hallarının müəyyən edilməsi üçün bu səs yazılarının tədqiqini zəruri hesab edir.

51. Bu səs yazılarından birindən görünür ki, öz səsini yazan şəxs səsini göndərdiyi tərəfə deyir: “Kəmalə,... indi mən sizinkidir bilirəm, amma bunu o fikirləşməlidir. Bunların altından o, necə çıxacaq bunu o, fikirləşməlidir... Ömür boyu işləyib sizə qaytarar, eybi yox, maaşından çıxarsız ona...Onun adınadır, o da işçidir. O da heç nədən ailəsini atırsa, başına da bu işlər gələcək də”. İkinci səs yazısında deyilir: “Kəmalə,... dəfələrlə bunu sənə də dedim ki, yəni Namiqi hədələyin ki, qorxudun ki, “Sən bütün bunları gözə almısanmı Namiq?”... Mən heç kimin maşınının “görməmiş”i deyiləm... Namiqi hədələ sən bunlarla, qoy bilsin ki, nədir nə deyil”. Üçüncü səs yazısında deyilir: “Onun atası-anası almayıb bilmirəm. Amma ki, onun anası siz istəsəniz də-istəməsəniz də ailəsinin dağılmasında böyük rolu var. Ana-bala işləyərlər, ömür boyu sizə borc qaytararlar. Onlar ki, mənim bir uşağımı, məni bu vəziyyətə qoyublar... Burada sizin heç bir günahınız da yoxdur. Sizin də xətrinizi mən necə istəyirəm, yaxşı bilirsən onu. Amma mənim işim onlarladır. O da bilirdi ki, o, bu məsuliyyətin altına girir, girəcək, yaxşı bilirdi. Eləyib, indi Hörmətlə də Namiq ömür boyu işləyib sizin borcunuzu qaytarar. Yenə də deyirəm, bilmirəm olacaq, ya olmayacaq. Əgər olunacaqsa da mən heç bir şeyə əl qoymayacam, yəni qırağa çəkilməyəcəm. Bilsinlər ki, məni, mənim qızımı boş-boşuna necə belə atdılar, qoy indi ömür boyu Hörmətlə Namiqdədi mənim işim, işləyib sizə qaytarar”.

52. Danışıqların ümumi məzmundan görünür ki, səsini yazan şəxs “Kəmalə” deyə müraciət etdiyi şəxsə anası ilə birlikdə boş yerə onun ailəsini dağıtdığına, onu və bir uşağını atdığına görə əri Namiqin başına bunların gəldiyini, ömür boyu anası ilə işləyib onların borcunu qaytarmalı olduğunu, bundan geri durmayacağını bildirir. Həmçinin əlavə edir ki, onun heç kimin maşınında gözü yoxdur, sadəcə olaraq onun işi Namiq və anası ilədir və istəyir ki, onlar ömür boyu işləyib borc ödəsinlər.

53. Məhkəmə hesab edir ki, bu səs yazısı iş üzrə İddiaçı aiddir. İlk növbədə ona görə ki, səs yazısında verilmiş spesifik məlumatlar (Namiq adlı əri olması, əri Namiqin bir qızı ilə onu atması, Namiqə qarşı avtomobillə bağlı tələbi olması, bu avtomobillərin əslində başqasına məxsus olması və s.) məhz bu iş üzrə tərəflər arasında baş vermiş münasibətlərə uyğundur. Digər tərəfdən, səs yazısının sübut kimi qəbul edilməməsi üçün etirazla məhkəməyə müraciət edən iddiaçının nümayəndəsi (vəkili) səs yazısının İddiaçı məxsusluğunu mübahisələndirməmiş, əksinə, səs yazısında məhz cavabdeh tərəf iştirak etmədiyindən yazının sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Bununla da iddiaçının nümayəndəsi (vəkili) faktiki olaraq qəbul etmişdir ki, səs yazısında eşidilən səs iddiaçıya məxsusdur.

54. İş materiallarında mübahisəli avtomobilləri iş üzrə üçüncü şəxs Maraqlı şəxs və onun ailə üzvləri ilə əlaqələndirən başqa sübutlar da mövcuddur. Belə ki, iş materiallarından görünür ki, “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh adına qeydiyyata alındığı gün (xx.xx.2019-cu il) avtomobili idarə etmək üçün Maraqlı şəxs və X14 etibarnamə verilmişdir. Bundan başqa, “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı minik avtomobil cavabdehin adına qeydiyyata alındıqdan qısa müddət sonra X18, Maraqlı şəxs, X17 və X10 etibarnamələr verilmişdir.

55. Daha sonra məhkəmə iclasında ifadəsi dinlənilən şahidlər də avtomobillərin faktiki sahibinin Maraqlı şəxs olduğunu təsdiqləmişlər. Bu şahidlərdən ikisi Maraqlı şəxs ailə üzvü olması etibarilə ifadələri mötəbər sübut kimi qəbul edilməsə belə digər şahid “X33 Rover” markalı avtomobili ondan alanın məhz Maraqlı şəxs olduğunu təsdiq etmişdir.

56. Tədqiq edilmiş bütün bu sübutlara əsasən məhkəmə hesab edir ki, “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı minik avtomobil və “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobil iş üzrə tərəflərin nikahı dövründə, onların gəlirləri hesabına əldə edilmiş əmlak yox, üçüncü şəxs Maraqlı şəxs vəsaiti hesabına əldə edilmiş əmlakdır. Belə görünür, üçüncü şəxs bu avtomobilləri sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirmişdir. Bu səbəbdən iddiaçı bu avtomobillərdən heç biri üzərində pay tələb edə, avtomobillərin dəyərinin yarısının ona ödənilməsini tələb edə bilməz.

57. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, iş üzrə nə iddiaçı, nə də cavabdehin nikahları dövründə iki bahalı avtomobil almağa maddi imkanı olduğu məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Əksinə, cavabdeh bildirmişdir ki, ailəli olduqları dövrdə 500 manata kirayə qalmışlar, iddiaçının vəkili isə bu qeyd ediləni təsdiq etmişdir. Bu səbəbdən tərəflərin nikah dövründəki gəlirlərinin araşdırılması üçün məhkəmə tərəfindən dəfələrlə İddiaçı şəxsən məhkəmə iclasında iştirakının təmin edilməsinin zəruri olduğu iddiaçının vəkilinə bildirilsə də, hətta sırf bunun üçün məhkəmə iclasları bir neçə dəfə təxirə alınsa da iddiaçı iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməmiş, əvəzində gedib ikinci bir vəkillə müqavilə bağlamağa üstünlük vermişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında şəxsən iştirak etməməsini ümumən onun əleyhinə şərh etməsə də yuxarıda qeyd edilmiş sübutların (xüsusən səs yazılarının) fonunda daxili inamını formalaşdırarkən nəzərə alır.

58. Bununla belə məhkəmə hesab edir ki, “X33 Rover” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satılmasına dair xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, eləcə də bu avtomobilin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Maraqlı şəxs lizinqə verilməsinə dair xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Ona görə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh, eləcə də üçüncü şəxs tərəfindən mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh bu avtomobilin əsl mülkiyyətçisi olmamış, dolayısı ilə nə bu avtomobili “alarkən”, nə də “satarkən” heç bir vəsait xərcləməmiş/qazanmamışdır. Bu baxımdan məhkəmə həmin müqavilələrin hər ikisini görüntü üçün bağlanmış yalan əqd kimi qiymətləndirir. Hər bir halda bu vəziyyət iddia tələbinin bu avtomobillərə münasibətdə əsassız olmasını dəyişdirmir.

59. Digər iki avtomobil - “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı minik avtomobillərə münasibətdə isə məhkəmə qeyd edir ki, bu avtomobillərin dövlət qeydiyyatı məlumatlarından görünür ki, avtomobillərin hər ikisi xx.xx.2020-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmış, “Mercedes Benz 240” markalı minik avtomobil xx.xx.2021-ci il tarixdə, “Hyundai Elantra” markalı minik avtomobil isə xx.xx.2021-ci il tarixdə satılmışdır. Məhkəmə hesab edir ki, bu avtomobillərin hər ikisi tərəflərin nikahda olduqları dövrdə, daha dəqiqi aralarındakı ailə münasibətlərinin hələ pozulmadığı dövrdə satıldığından iddia bu avtomobillərə münasibətdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehlə olan nikahının pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə 2022-ci ilin iyul ayında müraciət edilmiş və həmin ərizədə tərəflərin bir neçə aydır ki, ayrı yaşadıqları göstərilmişdir. Elə cavabdeh də işin bu halına istinad etmiş, avtomobillərin satıldığı dövrdə onlar arasındakı ailə münasibətlərinin pozulmadığını, dolayısı ilə iddiaçının bu avtomobillərin satışından məlumatlı olduğunu və avtomobillərin satışından əldə edilən vəsaitin ailə xərclərinin qarşılanmasına sərf olunduğunu bildirmişdir. Öz növbəsində iddiaçı tərəf isə tərəflər arasındakı ailə münasibətlərinin çox daha əvvəl pozulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

60. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı minik avtomobillərə münasibətdə də təmin edilməməlidir.

61. Yekunda, məhkəmə qeyd edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı, “X23rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

Məhkəmə xərcləri.

62. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

63. Bundan başqa iş materiallarında "xxxx" MMC tərəfindən verilmiş avtomobilin və məişət əşyalarının qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi mövcuddur və bu rəy üçün xidmət haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən avtomobillə bağlı qiymətləndirmə xərci də iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

64. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, 400 manat məbləğində mütəxəssis xidməti haqqı İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

65. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. 400 (dörd yüz) manat məbləğində mütəxəssis xidməti haqqı İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, İcraçının hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ******************** nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar