Məhkəmə qərarları › İş №2(010)-3551/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3551/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3551/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, *3.0*.*982-cii ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunda doğulmuş X* *3.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, *3.0*.*982-ci ildə Ermənistanda doğulmuş X6 onun qardaşımdır. Qardaşı Nicat ürəyindən xəstə idi və o, *3.*2.2020-ci il tarixdə evdə vəfat etmişdir. O, qardaşını Suraxanı rayonu, Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn etmişdir. Dəfndə yaxın qohum və qonşular da iştirak etmişlər. Lakin o, bu günkü günədək qardaşının adına ölüm haqqında şəhadətnaməsini almamış və hal-hazırda da ala bilmir. Qardaşının ölüm haqqında şəhadətnaməsi ona həmin şəhadətnaməni müvafiq orqanlara təqdim edib onu evdən qeydiyyatdan çıxarmaq üçün lazımdır. Ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı o, poliklinikaya müraciət etmiş və ona imtina cavabı verilərək ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar o, Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etsə də ona imtina edilərək bildirilmişdir ki, bu işin həlli yalnız məhkəmə vasitəsi ilə mümkündür. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Ərizəçi mərhum Nicatın bacısı kimi tanıyır. Mərhum Nicatla dost olmuşlar. Nicat ürək tutmasından təxminən 2020-ci ildə vəfat etmişdir. Ona zəng elədilər ki, Nicatın halı dəyişib, o da gəlib çatana kimi Nicat artıq vəfat etmişdir. Nicatın dəfn və yas mərasimlərində iştirak etmişdir. X** qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt pandemiya dövrü idi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, mərhum X3 tanıyırdı. Nicatla birlikdə Qum karyerində usta işləyirdi. İş yerində Nİcatın halı pisləşdi, ürəyi tutmuşdu. Onu evə aparmışlar və yolda Təcili yardım çağırmışlar. Evlə iş yerinin arası azdı. Evə çatdıqdan sonra təcili yardım həkimi gəlmiş və Nicatın öldüyünü bildirmişdir. X*2 qəbirstanlığında dəfn olunmuşdur. İşi ilə əlaqədar olaraq Nicatın yas mərasimində iştirak edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 3*.03.2023-cü il tarixdə verilmiş Ərizəçi ünvanlanmış məktubdan görünür ki, *3.*2.2020-ci il tarixdə vəfat edən X* ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X* ölümünün qeydə alınması mümkün olmamışdır. Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 25.**.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 *3.0*.*982-ci ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunda doğulmuşdur. Təcili və təxirəsalınmaz Tibbi yardım Stansiyasının *3.*2.2020-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, *3.*2.2020-ci il tarixdə Dədə Qorqud ev *2 -yə X* adına çağırış olmuş və çağırışa gələn həkim «həkimə qədər ölüm, kişi cinsli meyit» aşkar olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin *9.*0.2023-cü il tarixli 2(0*0)-373*/2023 saylı qətnaməsindən görünür ki, Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, 23.08.*977-ci ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunda doğulmuş X2 09.03.202*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X6 *3.*2.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qardaşı X* ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin qardaşı X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *3.0*.*982-ci ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunda doğulmuş X* *3.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *3.0*.*982-ci ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunda doğulmuş X* *3.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar